qəsr
qəsrəbənzər
OBASTAN VİKİ
Qəsr
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Maqliç (qəsr)
Magliç (serb-kiril. Маглич) ― Serbiyada, Kralyevo şəhərindən təxminən 20 km məsafədə yerləşən 13-cü əsrə aid qəsr. Qəsr İbar çayının ətrafından döbdüyü, çaydan təxminən 100 m yüksəklikdə yerləşən təpənin üstündədir. Qala əvvəllər Böyük Morava vadisi ilə Kosovo-Pole şəhərlərini birləşdirən yeganə yolu qoruyurdu. Qəsrin adı seb dilində "duman" mənasını verən "Maqla" (serb-kiril. Магла) sözündən götürülüb. Maglič 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidələri" siyahısına daxil edilmişdir. == Tarix == Maqliç 13-cü əsrin ilk yarısında ya Stefan Nemaniç ya da oğlu I Stefan Uroş tərəfindən inşa edilmişdir. Qala iki mühüm monastırı: Sopoçani və Studenitsa monastırlarını qorumaq və gələcəkdə Serbiya torpaqlarına daha dərin monqol hücumunun qarşısını almaq üçün inşa edilmişdir. Serbiya imperiyası dövründə Magliç orada yaşayan məşhur aqioqraf və regioqraf olan baş yepiskop II Danilonun iqamətgahı idi.
Qəsr-Qədir
Qəsr-Qədir (ərəb. قصر قدور‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Tinərkuk dairəsinin bir hissəsidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimal hissəsində, paytaxt Əlcəzairdən təxminən 825 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 332 metrdir. Qəsr-Qədir kommunası Bəşar vilayətinin Tinərkruk, Uled-Səid, Uled-Aysa və Kərzaz kommunaları ilə həmsərhəddir. Sahəsi 8113 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində düşən atmosfer yağıntılarının səviyyəsi son dərəcə aşağıdır (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,7-dir °C. == Əhali == 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 4,742 nəfər idi.
Qəsr (dəqiqləşdirmə)
Qəsr (tikili) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara ) məxsus istehkam tikili. Qəsr (roman) — Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. Qəsr qənd - İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi.
Qəsr (roman)
Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanı. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur. == Məzmunu == Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəsi diskussiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məktəb qulluqçusu kimi qalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır. Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır.
Qəsr (tikili)
Qəsr (ing. castle, alm. schloss, is. castillo, fr. chateau) — özündə yaşayış və müdafiə funksiyasını birləşdirən əsasən orta əsrlərə aid zəngin feodallara (qraflara, knyazlara, hersoqlara, markizlərə, baronlara, xanlara) məxsus istehkam tikili.
Qəsr qənd
Qəsr qənd-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,826 nəfər və 1,586 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qəsr küçəsi (Bakı)
Fərid Əliyev küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səbail rayonunda, İçərişəhərdə küçə. Küçə 2023-cü ilə qədər Qəsr adlanıb. == Tarixi == 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ zamanı küçənin bəzi tikililərinə, xüsusilə 16 nömrəli yaşayış binasına ciddi ziyan dəymişdir. Zəlzələ zamanı dağılmış bəzi evlərin divarlarında erkən orta əsrlərə aid pullar aşkar olunmuşdur. 2023-cü ildə küçəyə şəhid Fərid Əliyevin adı verildi. 11 aprel 2023 tarixində küçənin açılış mərasimi keçirildi. == Əsas tikililər == Küçənin şimal hissəsində Şirvanşahlar sarayının hamam kompleksi yerləşir. == Görməli yerləri == Hacı Heybət məscidi (1791, arxitektor Hacı Heybət Əmiralı oğlu) Bakı miniatür kitab muzeyi 32 nömrəli yaşayış binası - (XVIII əsr) F.Əliyev küçəsinin Şirvanşahlar sarayına bitişik ərazisində yeddi "armudu" stəkandan ibarət İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir.
Qəsr Əl-Vətən
Qəsr Əl-Vətən (ərəb. قَصْر ٱلْوَطَن‎; Vətən sarayı, və yaxud Millət sarayı) — Birləşmiş Ərəb Əmirliklərində prezident sarayı paytaxt Əbu-Dabidə yerləşir. == Tarixi == Qəsr Əl-Vətən sarayının tikintisi 2017-ci ildə başa çatdırılmışdır. Şeyx Xəlifə bin Zayed Əl Nəhayan (Əbu-Dabinin əmiri və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti) və Məhəmməd bin Zayed Əl Nəhayan (Əbu-Dabinin vəliəhdi və BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini) 2019-cu ildə sarayı ictimaiyyətin üzünə açdılar. Bua qədər saray yalnız rəsmi məqsədlər üçün, əsasən xarici dövlət rəhbərlərinin yerləşdirilməsi və ölkənin ali şurasının iclasları üçün istifadə olunurdu. Geniş ictimaiyyətin üzünə açıldıqdan sonra saray müxtəlif məqsədlər üçün istifadə olunmağa davam edir. Açılış mərasimi 11 mart 2019-cu il tarixində baş tutdu. Açılış mərasimi Məhəmməd ibn Zayed və Məhəmməd ibn Rəşid əl-Məktum (BƏƏ-nin vitse-prezidenti və baş naziri və Dubay əmiri) tərəfindən təşkil edilmişdi. Avqust ayında səyahət və turizm saytı "Hotel and Rest" sarayı dünyanın ən yaxşı 20 incəsənət və mədəniyyət abidəsindən biri adlandırdı. 2020-ci ildə Qəsr Əl-Vətən Prezident Sarayı Yaxın Şərqdə aparıcı mədəni turistik məkan olaraq "World Travel Awards" mükafatına namizəd göstərilmişdi.
Aterk (qala)
'Ater — Arsakda qala adı. İlk dəfə VII əsrə aid "Albaniya tarixi"ndə cəkilir. Qədim ermənicə yazılışda əvvəlinə H səsi sonu isə K əlavəsilə Haterk kimidir. Mxitar Qoşun (XII əsr) əsərində Aterkqaladır. Əhməd bəy Cavanşir yazır ki, Xaçın mahalında qala Haterk adlanıb. Toponimi At-Örək kimi də bərpa etmək olar. Bax: Haterk. == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960. Azərbaycan SSR-in qısa toponimlər lüğəti.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Ceyhun Qala
Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni. == Həyatı == Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir. 2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var. == Musiqi karyerası == 2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib.
Cinli qala
Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.
Dördbucaqlı qala
Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala. == Tarixi == Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır. Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır: Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu. Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. == Tarixi == Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. == Məzmun == Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. == Nəşr və tərcümə == Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Qala (Nəmin)
Qala (fars. قلعه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Qala (Qürvə)
Qala (fars. قلعه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 4,029 nəfər yaşayır (995 ailə). Əhalisini kürdlər təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Qala (Sultaniyə)
Qala (fars. قلعه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (83 ailə).
Qız Qala
Qız Qala (Qoşaçay)
Qədim Qala
Qədimqala (Şəmkir)
Rəqəmsal qala
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman. == Süjet == ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir.