qəzavü-qədər 2021
qəzet-jurnal
OBASTAN VİKİ
Azadistan (qəzet)
Azadistan (fars. آزادیستان‎) — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Tağı Rüfət idi. Cəmmi 3 nömrəsi çıxmışdır.
Azadlıq (qəzet)
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azdarar (qəzet)
Azdarar (erm. Ազդարար) — Hindistan erməniləri tərəfindən 1794-cü ildən 1796-cı ilədək çap olunmuş qəzet. Qəzet erməni dilində çap olunurdu. Qəzetdə, siyasi, mədəni və iqtisadi xəbərlərə gündəlik şəkildə yer verilirdi. Qəzet erməni dilində çıxan ilk qəzet hesab olunur. 2007-ci ildə, Kəlkütə şəhərində qəzetin nəşri bərpa edilmişdir.
Azərbaycan (qəzet)
Azərbaycan — Cənubi Qafqazda dövlət. Həmçinin aşağıdakı mənalara da gələ bilər: Azərbaycan SSR — ZSFSR (1920–1936) və SSRİ (1936–1991) tərkibində mövcud olmuş sovet respublikası. Azərbaycan Xalq Cümhuriyyəti — 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan dövləti. Qərbi Azərbaycan — tarixi Azərbaycan, indiki Ermənistan ərazisi. Cənubi Azərbaycan — İranın şimal-qərbində tarixi bölgə. Şərqi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Qərbi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Azərbaycan Milli Hökuməti — Cənubi Azərbaycan ərazisində de-fakto müstəqil dövlət (1945–1946). Azərbaycan (tarixi ərazi) — tarixi Azərbaycan ərazisi. Azərbaycan (toponim) — müxtəlif dövrlərdə müxtəlif ərazilər və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.
Bednota (qəzet)
Bednota — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş gündəlik leqal bolşevik qəzeti. 14 sentyabr 1919-cu il tarixindən, həmin ilin 26 oktyabrına qədər fəaliyyət göstərən qəzetin cəmi 30 nömrəsi buraxılmışdır. Qəzetin məsul redaktoru Əliheydər Qarayev olmuş, qəzetdə Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları, fəhlə konfransı, digər fəhlə təşkilatlarının fəaliyyətindən, fəhlələrin kollektiv müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Kommunist İnternasionalının bir sıra rəsmi sənədləri dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş məqalələrlə çıxış etmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır.
Daşkəsən (qəzet)
Dodo (qəzet)
"Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Baş redaktoru müstəqil araşdırmaçı və tədqiqatçı İradə Məlikovadır. 2017-ci ildən nəşr olunur. Qəzet 25 may 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 8 səhifədən ibarət olan qəzet 1000 tirajla nəşr olunur. 2017-ci ildə 6 nömrəsi çap edilmişdir. Qəzetin dodoqezeti.az adlı saytı fəaliyyət göstərir. Əbülfəz Rəcəbli; İmamaverdi Həmidov; Anar İsgəndərəov; Nəsrulla Məmmədov; Mirağa Cəfərquliyev; Əli İbrahimov; Məsud Məmmədov; Rasim Heydərov; Yadulla Ağayev; Allahverdi Bayrami; Bahadur Tahirov; Mehman Ağayev; Mehman Fərzəliyev.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Ağdaş (qəzet)
"Ağdaş" – Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. "Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə" adı ilə çıxıb. 1962-1966-cı illərdə Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub. 1966-2003-cü illərdə Ağdaşda köhnə qəzet "Əmək" adı yenidən dərcini davam etdirib. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzet 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyi ilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər İttifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüblər.
Bakinets (qəzet)
Bakinets — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda rus dilində nəşr edilmiş həftəlik ictimai, siyasi və ədəbi qəzet. Qəzetin birinci nömrəsi 3 sentyabr 1907-ci il tarixində, sonuncu nömrəsi isə 26 aprel 1920-ci il tarixində çıxmışdır. 1918-ci ildə Bakı şəhərində baş vermiş Mart soyqırımından sonra bolşeviklər "Baku", "Kaspi", "Naş qolos" və digər qəzet və jurnallarla birlikdə "Bakinets" qəzetini də bağlamışdılar. Bakinets // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: [2 cilddə] / baş red. Y. M. Mahmudov. — Bakı: “Lider” nəşriyyat, 2004. — I cild. — Səhifələrin sayı: 440. — Səh.: 265. — ISBN 9952-417-14-2.
Baku (qəzet)
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990).
Bakı (qəzet)

Bildiriş (qəzet)
Bildiriş qəzeti (türk. Bildiriş gazetesi) - Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin 1930-1931-cü illərdə nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet. 1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir. Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ölkələrini tərk etmək məcburiyyətində qalan Azərbaycan ziyalıları müstəqilliklərini bərpa etmək üçün milli mübarizələrini Azərbaycandan kənarda da davam etdirdilər. Onlar özlərinə mərkəz seçdikləri yerlərdə milli mübarizəni davam etdirməyə çalışırdılar. Bu mərkəzlərin ən əhəmiyyətlilərindən biri də İstanbul idi.
Binəqədi (qəzet)
Birayəti (qəzet)
"Birayəti (qəzet)" — gündəlik siyasi qəzet. 1967-ci il mayın 6-sı Bağdadda çap edilmiş “Birayəti” gündəlik siyasi qəzet kimi ərəb və kürd dillərində nəşr edilirdi. Qəzetin təsisçisi və baş redaktoru Saleh Əl Yusifi idi. İdarə heyəti isə Həbib Məhəmməd Caf, Abdullah Səid, Nəcib Qaban, Məhəmməd Səid Caf, Rəfiq Çalaq, Məhəmməd Molla Kərim, Məhəmməd Əmin Osman və Mustafa Rəsul kimi şəxslərdən ibarət idi.
Bəsirət (qəzet)
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Bəşir (qəzet)
"Bəşir" (qəzet) — İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzet. "Bəşir" 1958-ci il 14 iyulda İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzetdir. Həftəlik türkcə-ərəbcə şəkilli ədəbiyyat nəşri olan "Bəşir" qəzeti ədəbi məqalələrdən başqa ictimai, səhiyyə, kənd təsərrüfatı və qanunvericilik kimi digər mövzuları əhatə etdiyi kimi ölkəyə aid daxili məsələlərlə bağlı siyasi məqalələrə də yer verirdi. İraq türkmanlarının haqqlarının müdafiəçisi olan bu mətbu orqan zaman keçdikcə xalq tərəfindən sevilən bir qəzetə çevrilib. "Bəşir" qəzetinin redaksiyası Kərkükdə Əvqaf küçəsində 7 qatlı Əvqaf binasının qarşısındakı ayrıca bir binada idi. Bu kirayəlik binanın bir hissəsindən qəzetin məsul müdiri vəkil ofisi kimi istifadə edirdi. Altı ay müntəzəm olaraq yayımlanmış "Bəşir" qəzetinin ilk sayı 1958-ci il 23 sentyabrda çap edilmişdir.
Diplomat (qəzet)
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Dönüş (qəzet)
Dövran (qəzet)
Dövran qəzeti — 1997–2000-ci illərdə nəşr olunan müstəqil qəzet. Həftədə bir dəfə nəşr olunan "Dövran" qəzeti iqtidaryönlü qəzet idi. "Dövran" qəzetinin təsisçisi və baş redaktoru Salman Vilayətoğlu olmuşdur.
Dərbənd (qəzet)
«Dərbənd» qəzeti — Dağıstanda, azərbaycan, rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycan türklərinin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. Qəzet 1920-ci ildə «Şurai Dağıstan» adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə «Dağıstan fuqarası» (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1931-ci ilin oktyabr ayından qəzet «Kolxoz yolu» («Kolxoz jolu»), 1932-ci ilin martından isə «Lenin bayrağı» («Lenin вajraƣь/Ленин байрағы/Ленин бајрағы») adı ilə nəşr olunur. 1960 - 1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan «Kənd mayakı» («Кәнд маjaкы»). Daha sonradan isə «Leninçi» («Ленинчи») adını alır. 1990-cı illərin əvvəllərindən isə bu gün ki adını alır. 1920 - 1922-ci illərdə Buynakskda, 1922 və 1924 - 1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cı ildən Dərbəndə dərc olunur.
Elm (qəzet)
“Elm” (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı. Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir. Elm qəzeti 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb. Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır. Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Exo (qəzet)
Exo və ya echo.az (rus. Эхо) — Azərbaycanda fəaliyyət göstərmiş rusdilli qəzet və hələ də fəaliyyət göstərən rusdilli xəbər saytı. Qəzet olaraq 2001-ci ilin yanvarından 2018-ci il mayın 26-na kimi fəaliyyət göstərmişdir.
Futbol+ (qəzet)
"Futbol+" — idman qəzeti. "Futbol+" qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür. Qəzetin təsisçisi Vüqar Məmmədov, ilk baş redaktoru Mahir Rüstəmovdur. "Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009–cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb. Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci, 4-cü, 5-ci və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur. Qəzetin 30-a yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var.
Fəryad (qəzet)
"Fəryad" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır. Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi. Cəmi 23 sayı işıq üzü görmüşdür. "Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır. Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi: Ömrünü qalma-qalla keçirdin, Ey dost, qalx ki, artıq macal çalmağa. Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir.
Azadlıq qəzeti
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azərbaycan (qəzet, 1918)
"Azərbaycan" (az-əbcəd. آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı.
Azərbaycan (qəzet, Azərbaycan)

Azərbaycan (qəzet, İran)
"Azərbaycan" qəzeti (az-əbcəd. آذربایجان‎) — 1945–1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş, 3 may 1945-ci ildə Təbriz şəhərində təsis edilmiş Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi orqanıdır. "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirmişdir. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəsmi mətbu orqanı kimi "Azərbaycan" qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və 12 dekabr 1946-cı il Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilmişdir. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilmişdir. "Azərbaycan" qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzetinin hər bir sayında çox aydın bir şəkildə təqdim etmişdir. 1945-1946- cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də "Azərbaycan" qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyirdi. "Azərbaycan" qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır: "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynamışdır. Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunurdu.
Azərbaycan müəllimi (qəzet)
"Azərbaycan müəllimi" qəzeti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı. Otuzuncu illərin ortalarında əhalinin sayının artması, xalq maarifinin inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi pedaqoji mətbuatın yaranması ehtiyacını doğururdu. Beləliklə, 1934-cü il sentyabrın 2-də "Kommunist maarifi" qəzeti nəşrə başladı. Qəzet "mədəni inqilab"ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi-pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilinin inkişafında müstəsna rol oynayırdı. O, kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, daha çox ümumxalq qəzeti, müəllim, ziyalı qəzeti olmağa çalışırdı. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək onun nəşri dayandırıldı. Qəzetin əməkdaşları döyüşən ordu sıralarında Böyük Vətən müharibəsi cəbhələrinə yollandılar. Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövrü onun taleyinin ən ağrılı, ən çətin mərhələsini təşkil edir.
Azərbaycan müəllimi qəzeti

Azərbaycan pioneri (qəzet)
"Savalan" qəzeti (1990-cı ilə qədər "Azərbaycan pioneri" (azərb-kiril. Азәрбајҹан пионери) — sovet dövründə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) MK və V. İ. Lenin adına pioner təşkilatı Respublika təşkilatı şurasının orqanı olan qəzet. Sovet Azərbaycanında ən məşhur uşaq qəzeti. Keçmiş SSRİ dönəmində Azərbaycanda ən məşhur uşaq qəzetlərindən biri olan "Azərbaycan pioneri" 1938-ci il avqust ayının 1-də işıq üzü görüb. Qəzetin ilk redaktoru M. Əliyev olub. Ondan sonra isə müxtəlif illərdə çox qısa bir zaman kəsiyində Q. Həsənov və İ. Novruzov bu vəzifəni icra ediblər. "Azərbaycan pioneri" özünün əsl intibah dövrünü 1946-cı ilin mayından yaşamağa başlayıb. Həmin vaxt qəzetə uşaq yazıçısı Eynulla Ağayev redaktor təyin olunub və o, 20 ilə yaxın bir müddətdə bu vəzifədə çalışıb. Eynulla Ağayevdən sonra qəzetə rəhbərliyi uşaq psixologiyasına yaxşı bələd olan, gənc nəslə həsr olunmuş bir çox kitabların müəllifi Əmrah Əmrahov öz üzərinə götürüb. Məlumatlara əsasən, Əmrah Əmrahov tam 22 il "Azərbaycan pioneri" qəzetinə rəhbərlik edib.
Azərbaycan qəzeti
Azərbaycan — Cənubi Qafqazda dövlət. Həmçinin aşağıdakı mənalara da gələ bilər: Azərbaycan SSR — ZSFSR (1920–1936) və SSRİ (1936–1991) tərkibində mövcud olmuş sovet respublikası. Azərbaycan Xalq Cümhuriyyəti — 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan dövləti. Qərbi Azərbaycan — tarixi Azərbaycan, indiki Ermənistan ərazisi. Cənubi Azərbaycan — İranın şimal-qərbində tarixi bölgə. Şərqi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Qərbi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Azərbaycan Milli Hökuməti — Cənubi Azərbaycan ərazisində de-fakto müstəqil dövlət (1945–1946). Azərbaycan (tarixi ərazi) — tarixi Azərbaycan ərazisi. Azərbaycan (toponim) — müxtəlif dövrlərdə müxtəlif ərazilər və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.
Azərbaycan qəzetləri
Azərbaycanda çap olunan qəzetlərin siyahısı: Azərbaycan jurnallarının siyahısı Azərbaycan xəbər saytlarının siyahısı Günay Səmədqızı, Nigar Ağayeva. "Qəzet adları - maraqlı, gülməli, qəliz, təkrarçı isimlər - ARAŞDIRMA". modern.az (az.). 2012-04-10. İstifadə tarixi: 2024-01-26. Aytən Əliyeva. "Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (I SORĞU)". modern.az (az.). İstifadə tarixi: 2024-01-25.
Azərbaycan qəzetlərinin siyahısı

Açıq söz (qəzet)
"Açıq söz" qəzeti (az-əbcəd. آچیق سوز‎) — Bakıda 1915–1918-ci illərdə nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi, demokratik beynəlxalq qəzet. "Açıq söz" qəzetinin naşirləri və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları olmuşlar. Qəzetin əsası 1915-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuşdur. Qəzet "İqbal" qəzetinin (1912-15) davamı olub, "Müsavat" partiyasının rəsmi orqanına çevrilmişdi. "Açıq söz" qəzetinin ilk sayı 1915-ci il oktyabrın 2-də "İqdam" mətbəəsində çap edilmişdi. Qəzetin ilk sayında, sərlövhə altında "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarı və "gündəlik türk qəzetidir" sözləri yazılmışdı. "Açıq söz" qəzetində ilk dəfə "müsəlman", "tatar", "tuzem" sözləri əvəzinə Azərbaycan xalqının adı ilə bağlı "türk" sözü işlədilirdi. Qəzetin məramı onun 1-ci sayında dərc edilmiş proqram səciyyəli baş məqalədə belə ifadə olunmuşdu: "Açıq söz" qəzetində Rusiyanın daxilində gedən ictimai-siaysi proseslər, Azərbaycan həyatının bütün sahələr barədə müntəzəm surətdə məlumatlar, dirçəliş, muxtariyyət məsələlərinə dair yazılar dərc olunur. Birinci Dünya müharibəsinin gətirdiyi bəlalar və dəhşətlər hərtərəfli və obyektiv işıqlandırılırdı.
Bizim Yol (qəzet)
Bizim yol - Gündəlik ictimai-siyasi qəzet. 2000-ci ildə Bahəddin Həziyevin əli ilə yaradılıb, və 2003-cü ildən çap olunur. Qəzetin baş redaktoru Bahəddin Həziyev, Birinci müavini isə Elçin Rüstəmlidir. Qəzet 31 yanvar 2019-cu ildə çap versiyasının fəaliyyətini dayandırıb. tel: (012) 434 26 17, (012) 434 24 78 e-mail: [email protected] www.bizimyol.info www.youtube.com/user/Bizimyolinfo twitter.com/bizimyolinfo instagram.com/bizimyolinfo "Bizim Yol" qəzeti, №124(1943), 14 iyul 2012-ci il.
Bizim Əsr (qəzet)
Bizim Əsr — İctimai-siyasi qəzet. 1999-cu il may ayının 5-də yaradılıb. Təsisçisi Media Holdinq şirkəti idi. “Bizim əsr” qəzeti Media Holdinq şirkətinin təsis etdiyi həftəlik ictimai-siyasi qəzet idi. 1999-cu il may ayının 5-də yaradılmışdı. Media Holdinq şirkəti həm də “Lider” TV-nin təsisçisi idi. “Bizim əsr” qəzeti burada çalışan bəzi jurnalistlər üçün “Lider” TV-yə keçmək üçün bir tramplin rolunu oynadı.
Bizim Əsr qəzeti

Bolluq uğrunda (qəzet)
Bolluq uğrunda — Sovet dövründən Lerikdə nəşr olunan qəzet İlk sayı 1937-ci ilin martında “Zuvand kolxozçusu” kimi işıq üzü görmüş qəzet sonralar “Kolxoz yolu”, “Bolluq uğrunda” və “Lerik” adları ilə fəaliyyətini davam etdirmişdir. Bu gündə fəaliyyətini uğurla davam etdirən “Lerik” qəzeti rayonun ictimai-siyasi, sosial-mədəni, tarixi keçmişi, istedadlı insanları, bir sözlə rayonun bütün sahələrinin işıqlandırılmasında mühüm rol oynayır. Dəfələrlə müxtəlif mükafatlara layiq görülən “Lerik” qəzeti həm də Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2012-ci ildə rayon icra hakimiyyəti başçısının dəstəyi ilə “Lerik” qəzetinin 75 illik yubileyi geniş qeyd edilmişdir. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, “Astara” qəzetinin baş redaktoru Azər Abdullayev, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, respublikanın digər media orqanlarının nümayəndələri iştirak etmişdir.
Bolluq uğrunda (qəzet, Lerik)

Bütöv Azərbaycan (qəzet)
Bütöv Azərbaycan — qəzet. Qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu, redaktor isə İlham Məmmədlidir. Qəzet 21 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2599. 2008-ci ildə "Bütöv Azərbaycan" qəzeti təsis edilib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının erməni-rus hərbi birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanın mütləq bütövləşəcəyinə inamının ifadəsidir. Qəzet təsiçiləri hesab edirlər ki, "Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna redaksiya heyəti olaraq özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir ".
Bütöv Azərbaycan qəzeti

Значение слова в других словарях