RÜTUBƏTLİLİK

is. Rütubətli şeyin halı; nəmlik, yaşlıq, islaqlıq. Torpağın rütubətliliyi. Havanın rütubətliliyi.

Синонимы

  • RÜTUBƏTLİLİK nəmlilik — yaşlıq — islaqlılıq
RÜTUBƏTLİ
S
OBASTAN VİKİ
Nisbi və mütləq rütubətlilik
Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında, qalan isə su damcıları və buz halında olur. Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur. Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir. Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır. O, qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür. Mütləq rütubətlilik temperaturdan asılıdır. Temperatur artdıqca havada olan suyun miqdarı da artdı. Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.

Значение слова в других словарях