Rafil Hüseynov
Rafil Hüseynov (tam adı: Hüseynov Rafil İsrafil oğlu; 14 aprel 1953, Gülgəzli, Bərdə rayonu) — Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir.
15.08.1969–05.02.1977-ci illərdə Bərdə rayonu "Kommunizm yolu" qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır.
15.02.1977–25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi,
02.07.1980–03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti,
03.10.1981–22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi,
22.12.1988–30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri,
30.10.1990–23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini,
23.10.1991–05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı,
08.11.1991–10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi,
10.07.1992–18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
18.12.1992–04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi,
04.10.1996–10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi,
10.12.1998–23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi.
26.09.2003–05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri,
01.02.2006–03.02.2007-ci illərdə "Qara Torpaq" konsalting MMM-in icraçı direktoru,
03.02.2007–13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru,
13.07.2007–04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi,
04.09.2007–31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri,
31.03.2009–04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri,
04.08.2010–14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Masallı Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.