rayé
rayonner
OBASTAN VİKİ
Dünkerk (rayon)
Dünkerk (fr. Dunkerque) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Nor. Suprefektura — Dünkerk. Rayonun əhalisi 2012-cı ildə 377 314 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 235 nəf / km² . Rayon ərazisi — 1608 km².
Evri (rayon)
Evri (fr. Évry) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Evri. Rayon əhalisi 2006-cı ildə 500 139 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1066 nəf / km². Rayon sahəsi — 469 km².
Evrö (rayon)
Evrö (fr. Évreux) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ör. Suprefektura — Evrö. Rayon əhalisi 2014-cı ildə 247 817 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 259 nəf / km². Rayon sahəsi — 958 km².
Fijak (rayon)
Fijak (fr. Figeac) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo (departament). Suprefektura — Fijak. Rayon əhalisi 2006-cı ildə 52 869 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 1550 km².
Florak (rayon)
Florak (fr. Florac) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lozer. Suprefektura — Florak. Rayon əhalisi 2006-cı ildə 13 042 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 8 nəf / km². Rayon sahəsi — 1687 km².
Fontenblo (rayon)
Fontenblo (fr. Fontainebleau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Fontenblo. Rayon əhalisi 2006-cı ildə 147 507 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 120 nəf / km². Rayon sahəsi — 1227 km².
Forbak (rayon)
Forbak (fr. Forbach) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Forbak. Rayon əhalisi 2006-cı ildə 171 779 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 306 nəf / km². Rayon sahəsi — 561 km².
Forkalkye (rayon)
Forkalkye (fr. Forcalquier) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Provans Alpları (departament). Suprefektura — Forkalkye. Rayon əhalisi 2006-cı ildə 83 045 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 39 nəf / km². Rayon sahəsi — 2112 km².
Rayon
Rayon (fr. rayon — radius, şüa) — böyük yaşayış məntəqəsi. Rayona tabe kəndlər, qəsəbələr, qismən də şəhər və şəhər tipli qəsəbələr vardır.
Kabale (rayon)
Kabale — Uqandanın Qərb bölgəsində rayon. Mərkəzi Kabale şəhəridir. Yerli dildə "kabale" kiçik bir daş mənasının verdiyi üçün, Kabale bəzən "Kastoun" (ing. Kastone) da adlandırılır. == Yer == Kabale rayonu şimaldan Rukunqiri rayonu, şimal-şərqdən Rukiqa rayonu, şərq və cənubdan Ruanda, qərbdən isə Rubanda və Kanunqu rayonları ilə həmsərhəddir. Kabale, Uqandanın paytaxtı Kampaladan cənub-qərbdə, yol ilə təxminən 420 kilometr (260 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il milli siyahıyaalması nəticəsində rayon əhalisi 417 200 nəfər olaraq qiymətləndirilmişdir. 2012-ci ildə əhalinin sayı 498 300 nəfər olmuşdur.
Kale (rayon)
Kale (fr. Calais) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Pa-dе-Kale. Suprefektura — Kale. Rayon əhalisi 2006-cı ildə 122 456 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 214 nəf / km². Rayon ərazisi — 572,71 km².
Kalvi (rayon)
Kalvi (fr. Calvi) — Fransanın Korsika regionun rayonlarından biri. Departamenti — Yuxarı Korsika. Suprefektura — Kalvi. Rayon əhalisi 2006-cı ildə 19 395 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon ərazisi — 861 km².
Kambre (rayon)
Drö (fr. Cambrai) — Fransanın O-de-Frans regionun rayonlarından biri. Departamenti — Nor. Suprefektura — Kambre. Rayon əhalisi 2012-cı ildə 162 211 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 179,8 nəf / km². Rayon ərazisi — 902 km².
Kayenna (rayon)
Kayenna (fr. Cayenne) — Fransanın Fransa Qvianası regionun rayonlarından biri. Departamenti — Fransa Qvianası. Suprefektura — Kayenna. Rayon əhalisi 2006-cı ildə 154 014 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 3,62 nəf / km². Rayon ərazisi — 42 726,6 km².
Kommersi (rayon)
Kommersi (fr. Commercy) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Möz. Suprefektura — Kommersi. Rayon əhalisi 2006-cı ildə 44 995 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1932 km².
Kompyen (rayon)
Kompyen (fr. Compiègne) — Fransanın Pikardiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Uaza. Suprefektur — Kompyen. Rayon əhalisi 2006-cı ildə 179 768 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 141 nəf./km². Rayon sahəsi — 1275 km².
Kondom (rayon)
Kondom (fr. Condom) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jer. Suprefektura — Kondom. Rayon əhalisi 2006-cı ildə 63 872 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon sahəsi — 2437 km².
Konfolan (rayon)
Konfolan (fr. Confolens) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şaranta. Suprefektura — Konfolan. Rayon əhalisi 2009-cı ildə 65 088 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 29 nəf / km². Rayon sahəsi — 2 268 km².
Konyak (rayon)
Konyak (fr. Cognac ) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şaranta. Suprefektura — Konyak. Rayon əhalisi 2006-cı ildə 91 004 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 73 nəf / km². Rayon sahəsi — 1240 km².
Korte (rayon)
Korte (fr. Corte) — Fransanın Korsika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Korsika. Suprefektura — Korte. Rayon əhalisi 2006-cı ildə 53 422 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 2853 km².
Kutans (rayon)
Kutans (fr. Coutances) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş. Suprefektura — Kutans. Rayon əhalisi 2015-cı ildə 71 055 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 1142 km².
Lanqon (rayon)
Lanqon (fr. Ajaccio) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lanqon. Rayon əhalisi 2006-cı ildə 87 584 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 38 nəf / km². Rayon sahəsi — 2306 km².
Lanyon (rayon)
Lanyon (fr. Lannion) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kot-d’Armor. Suprefektura — Lanyon. Rayon əhalisi 2006-cı ildə 98 171 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 109 nəf / km². Rayon sahəsi — 904 km².
Larjatyer (rayon)
Larjatyer (fr. Largentière) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardeş. Suprefektura — Larjatyer. Rayon əhalisi 2006-cı ildə 92 267 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 48 nəf / km². Rayon sahəsi — 1928 km².
Laval (rayon)
Laval (fr. Ajaccio) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mayen. Suprefektura — Laval. Rayon əhalisi 2006-cı ildə 148 964 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 1812 km².
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Eleşgird rayonu
Ələşgird (türk. Eleşkirt) — Ağrı ilinin ilçəsi. == Etimologiya == Ələşgird adı köhnə erməni mənbələrində Alaşkert olaraq adı çəkilir. Ancaq erməni mənbələri bu adı, dövrün ilçə mərkəzi olan Topraqqala kəndi üçün istifadə etmişdir. Çünki tarixdə Ələşgird ilçəsi, Urartu qalası ilə əhatə olunmuşdur. Osmanlı mənbələrində, Şəmsəddin Saminin Kamus-ül Alam'ın kitabında, ilçə mərkəzini Alaşkerd olaraq istifadə edir. Digər tərəfdən bölgədə Axısqa türkləri və azərbaycanlılar yaşayır. Kürdlər, rayon mərkəzini də əhatə edən Zêtka düzənliyini Elajgir adlandırırlar. == Tarixi == İlçəyə bağlı 3 şəhər, 61 kənd və 8 məhəllədən ibarətdir. 1926-cı ilə qədər rayon mərkəzinin indi kənd statusu daşıyan Topraqqala tərəfində olduğu deyilir.
Ellər rayonu
Abovyan rayonu (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir. == Tarixi == Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi. 9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir. Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir. 1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur.
Ermənilər tərəfindən işğalı edilmiş Qazax rayonun kəndləri
Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndləri — Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qazax rayonunun işğal altında olan anklav kəndləri: Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Qazax rayonunun işğaldan azad olunan kəndləri: Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir. == İşğal edilmiş anklav kəndlər == === Yuxarı Əskipara === Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s. === Barxudarlı və Sofulu === Barxudarlı və Sofulu kəndlərinə ermənilərin hücumu 1992-ci ilin aprelin 23-dən başlayıb və çətinliklə də olsa onlar bu kəndləri aprelin 27-də işğal ediblər. Bir neçə gün davam edən döyüşlərdə kənd sakinləri Barxudarlıda 11, Sofuluda 9 post quraraq ermənilərə qarşı döyüşüblər. Qazax rayonundan köməyə gələn olmasın deyə, bura gələn dəmir yolu xəttidə ermənilər tərəfindən partladılıb. Sofulu və Barxudarlı yalnız 4 gün mühasirədə saxlanıldıqdan sonra çətinliklə işğal edilib. Hadisələrin şahidi Barxudarlı kənd sakin Əhmədin dedikləri: Hadisələr zamanı 7 nəfər kənd sakini şəhid olur, 3 nəfər ağır yaralanır.
Eçmiədzin rayonu
Eçmiədzin rayonu (1945-ci ilədək Vağarşapat rayonu) — Ermənistan SSR və Ermənistan tərkibində 1930–1995-ci illərdə mövcud olmuş inzibati-ərazi vahidi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. 1945-i il martın 12-nə qədər Vağarşapat rayonu, həmin tarixdən etibarən isə Eçmiədzin rayonu adlandırılıb. Ərazisi 379 kv km-dir. Rayon mərkəzi respublika tabeli Üçkilsə (dəyişdirilmiş adı Vağarşapat, Eçmiədzin) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir. Rayon mərkəzindən Abaran (Kasax) çayı, Güney Azərbaycanla sərhəddindən isə Araz çayı axır. Qədim xəritələrdə qeyd olunan Kasax çayının adı (Qazax sözündə olduğu kimi) qədim Kaz+as (kas+as) tayfa adı ilə bağlı olub,xəzər-azər tayfaları adı ilə eyni kökdəndir. 1932-ci ilin inzibati bölgüsünə görə Üçkilsə rayonu ərazisində olan kəndlərdən 52-də sırf azərbaycanlılar yaşayırdılar, lakin Zəngibasar rayonunun tez-tez yaradılıb ləğv edilməsi Üçkilsə rayonu da ərazi dəyişikliyinə məruz qalıb. Eçmiədzin toponiminin qədim türk dilində "Əcdad", "ata", "baba" mənasını verən "eçi" (m- I şəxsin təkinə aid mənsubiyyət şəkilçisidir) və "çöl" mənasını verən "yazı" komponentlərindən ibarət olduğu ehtimal edilir.
Fontene-le-Kont (rayon)
Fontene-le-Kont (fr. Fontenay-le-Comte) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vandeya. Suprefektura — Fontene-le-Kont. Rayon əhalisi 2006-cı ildə 125 696 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 59 nəf / km². Rayon sahəsi — 2129 km².
For-de-Frans (rayon)
For-de-Frans (fr. Fort-de-France) — Fransanın Martinika regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Martinika. Suprefektura — For-de-Frans. Rayon əhalisi 2006-cı ildə 165 494 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 967,80nəf / km². Rayon sahəsi — 171 km².
Fyodorovka rayonu (Başqırdıstan)
Fyodorovka (başq. Фёдоровка районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Fyodorovka kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstan Respublikasının cənub-qərbində, Uralın quraq çöl zonasında yerləşir. Qərbdən Orenburq vilayətinin Şarlıkski rayonu ilə, şimaldan Sterlibaş ilə, cənubdan Köyörqəze ilə, şərqdən Mələeuz rayonları ilə həmsərhəddir. Rayonun ümumi sahəsi 1693 km² -dir. Regional mərkəz Ufadan 230 km məsafədə yerləşir. == Əhalisi == Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə: 2024 - 15,99 min nəfər. 2035 - 13,68 min nəfər. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 31,9 %, ruslar - 23,1 %, başqırdlar - 20 %, çuvaşlar - 12,2 %, mordvalar — 10,4 %, digər millətlərdən olanlar - 2,4 %.
Füzuli rayonu
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Füzuli şəhəridir. Birinci Qarabağ müharibəsi'ndə 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır.
Füzuli rayonunun abidələri
Füzuli rayonunun abidələri — Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. == Tarixi-dini abidələri == Məscid (XVII əsr) — Qarğabazar kəndi (İNV № 4212) Məscid (XVIII əsr) — Qoçəhmədli kəndi (İNV № 4228) Məscid (XIX əsr) — Qacar kəndi (İNV № 4216) Məscid (XIX əsr) — Dədəli kəndi (İNV № 4214) Məscid (XIX əsr) — Merdinli kəndi (İNV № 4217) Məscid (1889-cu il) — Horadiz şəhəri (İNV № 4220) Məscid (XX əsr) — Horadiz şəhəri (İNV № 4221) Məscid (XIX əsr) — Böyük Bəhmənli kəndi (İNV № 4211) Məscid (XIX əsr) — Yuxarı Veysəlli kəndi (İNV № 4225) Məscid (XIX əsr) — Araz Dilağarda kəndi (İNV № 4227) Sərdərli məscidi (XIX əsr) — Qoçəhmədli kəndi (İNV № 4231) Məscid (XIX əsr) — Gecəgözlü kəndi (İNV № 4223) Məscid (XIX əsr) — Qoçəhmədli kəndi (İNV № 4233) Məscid (XVIII əsr) — Qaradağlı kəndi (İNV № 4237) Məscid (XIX əsr) — Qaraxanbəyli kəndi (İNV № 4240) Məscid (XIX əsr) — Qorqan kəndi (İNV № 4205) Məscid (XIX əsr) — Pirəhmədli kəndi (İNV № 4239) == Ziyarətgahları == İbrahim türbəsi (XVIII əsr) — Aşağı Aybasanlı kəndi Palıd ocağı — Böyük Bəhmənli kəndi İmamzadə ocağı (XIX əsr) – Horadiz şəhəri (İNV № 4222) Yel piri — Pirəhmədli kəndi Sarı baba ocağı — Qoçəhmədli kəndi İlan ocağı — Sərdarlı kəndi Pirocaq ocağı — Qacar kəndi Cəlil türbəsi (XIX əsr) — Qarğabazar kəndi Arqalı türbəsi (XIII əsr) — Aşağı Veysəlli kəndi Arğalı türbəsi (XIII əsr) — Əhmədalılar kəndi Türbə (XVIII əsr) — Qarğabazar kəndi (İNV № 4213) Türbə (XIX əsr) — Seyidəhmədli kəndi (İNV № 4226) Türbə (XIX əsr) — Divanalılar kəndi (İNV № 4238) Seyid Əşrəf ocağı — Horadiz şəhəri İbə (İbn İbrahim) piri — Seyidəhmədli kəndi == Tarixi memarlıq abidələri == Hamam (XIX əsr) — Füzuli şəhəri (İNV № 4201) Alı körpüsü (XIX əsr) — Saracıq kəndi (İNV № 4234) Kərəm körpüsü (XIX əsr) — Saracıq kəndi (İNV № 4236) Sandığabənzər başdaşı (1624-1625-ci illər) — Əhmədalılar kəndi Şah Abbas karvansarası — Qarğabazar kəndi Şah Abbas məscidi (1683-1684-cü illər) — Qarğabazar kəndi XII əsrə məxsus qəbiristanlıq — Aşağı Veysəlli kəndi Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) — Horadiz şəhəri Oğuz qəbri — İşıqlı kəndi Karvansara (XVII əsr) — Qarğabazar kəndi == İstinadlar == == Xarici keçidlər == "Füzuli rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 1 iyun 2021. "Füzuli rayonunun tarixi türbələri". news.milli.az. İstifadə tarixi: 1 iyun 2021. "Əsirlikdə olan Azərbaycan abidələri". armenianvandalism.preslib.az. İstifadə tarixi: 1 iyun 2021.
Fəlavərcan rayonu
Fəlavərcan şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəlavərcan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 232,019 nəfər və 60,613 ailədən ibarət idi.
Fərze rayonu
Fərze rayonu — Əfqanıstanın Kabil vilayətində rayon. == Haqqında == 18.000 nəfər əhalisi var. Kabil vilayətinin ən yaşıl rayonlarından biridir. Mərkəzi Dehnouye Fərze olan bu rayon 1991-ci ildə Mir Baça Kot vilayətindən müstəqil rayon kimi ayrılmışdır. Fərze rayonu 18 kənddən ibarətdir. Əhalinin əsas gəliri əsasən kənd təsərrüfatındandır. İstalif rayonundan cənubda, Güldərə rayonundan şimalda, Kələkan rayonundan qərbdə, Mir Baça kot rayonundan isə qərb və şimal qərbdə yerləşir.
Goranboy rayonu
Goranboy rayonu (əvvəlki adı: Qasım İsmayılov rayonu) — Azərbaycan Respublikasında İnzibati-ərazi vahidi. Mərkəzi Goranboy şəhəridir. Goranboy rayonu ilə Bakı arasında məsafə 317 km-dir. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 574,82 ha (o cümlədən, Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qaşaltı Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 26,4 ha və Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun inzibati ərazisindən 489,0 ha (o cümlədən Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Tap Qaraqoyunlu kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 133,84 ha, Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmiş, Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. = Ümumi məlumat = Sahəsi 1790 km², əhalisi 107,900 nəfərdir.(01.01.2024). Mərkəzi Goranboy şəhəridir. Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var. (ümumilikdə, 87 yaşayış məntəqəsindən 85-də yaşayış var, 2 məntəqədə Gülüstan və Baş Qışlaq kəndlərində yaşayış yoxdur.) = Şəhərlər və iri qəsəbələrin adları = Goranboy rayonunda 2 şəhər (Naftalan istisna), 7 şəhər tipli qəsəbə var. = Kəndləri = Goranboy rayonunda 79 kənd var.
Gorus rayonu
Gorus rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Gorus şəhəridir. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra o dövrün ərazi inzibati bölgüsünə görə yaradılmış Yelizavetpol quberniyasının Zəngəzur qəzasının mərkəzi Gorus şəhəri olmuşdur. Zəngəzur Ermənistana verildikdən sonra isə Ermənistan SSR-in tərkibində 1930-cu il sentyabrın 9-da Gorus rayonu yaradılmışdır. Rayonun ərazisi 752 km²-dir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər, Gorus. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Tarixi == Gorus Qafqazda ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu Gorusdan keçib gedərmiş. Qarabağ xanları Gorus ermənilərinə qarşı həmişə xoş münasibət bəsləmişlər.
Gulrıpş rayonu
Gulrıpş bölgəsi (gürcü: გულრიფშის რაიონი, Abxaz: Гәылрыҧшь араион) Gürcüstanın ayrılmış respublikalarından biri olan Abxaziyanın rayonudur. Eyni adlı Gürcüstan bölgəsinə uyğundur. Paytaxtı eyni adlı bir şəhər olan Gulrıpşdır. 2008-ci ilin Avqustunda Kodori Vadisi Döyüşünə qədər, Gulrıpş rayonunun şimal-şərq hissəsi Gürcüstanın nəzarət etdiyi Abxaziyanın bir guşəsi olan Yuxarı Abxaziyanın bir hissəsi idi. Yuxarı Abxaziyada, əksəriyyəti etnik Svanlar (gürcü xalqının bir alt qrupu) olan 19.918 rayon əhalisinin 1.956 -sı yaşayırdı. Onların çoxu döyüşdən əvvəl qaçdı və geri qayıtmadı. Abxaziyanın əsas hava limanı olan Suxumi Dranda Hava Limanı da Gulrıpş rayonunda yerləşir. == İdarəetmə == Adqur Xarazia, 2001 -ci ilin Mart ayında rayonda keçirilən yerli seçkilərdən sonra 10 May 2001 -ci ildə yenidən İdarə Başçısı təyin edildi. 18 dekabr 2002 -ci ildə Prezident Ardzinba, Xaraziyanı İdarə Başçısı olaraq azad etdi və onu Kənd Təsərrüfatı və Ərzaq Naziri təyin etdi. 16 iyun 2003 -cü ildə Prezident Ardzinba Tamaz Qoqiayı İdarə rəisi təyin etdi.
Gəncə-Daşkəsən iqtisadi rayonu
Gəncə-Daşkəsən iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Daşkəsən, Goranboy, Göygöl, Samux inzibati rayonları və Gəncə, Naftalan şəhərləri daxildir. Sahəsi - 5808 km² . Əhalisi - 611,3 min nəfər.Rayonun iqtisadi və siyasi cəhətdən mərkəzi şəhəri Gəncə dir. == Tarix == 7 iyul 2021-ci ilə qədər rayon Gəncə-Qazax iqtisadi rayonu adlanırdı. Ərazisinə Gəncə və Naftalan şəhərləri, həmçinin Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları daxil idi. Gəncə-Daşkəsən iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur. == İqtisadiyyat == İqtisadiyyat Bölgənin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, seolit, bentonit, sement xammalıdır. Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəng-daşı kimi zəngin yataqlara sahibdir. Elektrik enerjisi sənayesi Gəncə və Yenikənd SES-ləri ilə təmsil olunur.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.

Значение слова в других словарях