Ellər rayonu

Abovyan rayonu[3][4] (1937–1961-ci illərdə Kotayk rayonu) — Ermənistan SSRErmənistan Respublikası ərazisində rayon. Mərkəzi Abovyan şəhəridir.

Rayon
Abovyan rayonu
İnzibati mərkəz Ellər
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Sahəsi 880[1] km²
Əhalisi
Əhalisi 63 099[2] (1989) nəfər
Abovyan rayonu xəritədə

Rayonun ərazisi tarixi Qırxbulaq mahalının ərazilərini əhatə edirdi.

9 sentyabr 1930-cu ildə yaradılıb. 12 oktyabr 1961-ci ilə qədər Kotayk rayonu, həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km olmuşdur. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəri idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir.

Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.

1948–1951-ci illərin etnik təmizləmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, Yelqovan, Zar, Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli, Ərtiz və başqa rayonlarının azərbaycanlı əhalisi Azərbaycana deportasiya olunmuşdur.

1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Baş Gərni Gərni 03.01.1935
Kərpicli Geğadir 03.01.1935
Qızqala Astğaberd 03.01.1935
Çadqıran Razdan 03.01.1935
Razdan Gehaşen 21.10.1967
Göykilsə Kaputan 03.01.1935
Yelqovan Kotayk 03.01.1935
Dəvəxaraba Avad 03.01.1935
Şahab Mayakovski 11.04.1940
Başkənd Akunk 04.04.1946
Avdallar Atsavan 04.04.1946
Ərtiz Gehard 04.04.1946
Təcrəbax Dozaraxpyur 04.04.1946
Ağadərəsi Katnaxpyur 04.04.1946
Kətran Getameç 21.06.1948
Dəlləkli Zovaşen 21.06.1948
Tutiyyə Saranist 21.06.1948
Qaraqala Sevaberd 21.06.1948
Ellər Abovyan 12.10.1961
Murad təpə Kanakeravan 15.08.1964
Məəgüb Balahovit 26.12.1968
Güllücə Zovk 25.01.1978
Kəmrəz Kamaris 25.01.1978
Kənkan Hatis 25.01.1978

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Rayon 1 yanvar 1948-ci il vəziyyətinə görə şəhər tipli Kənəkir qəsəbəsindən və 25 kənd sovetliyindən ibarət idi.[1]

Sovetliyin adı Sovetliyin ərazisi Sovetliyin inzibati mərkəzi Sovetliyə daxil olan yaşayış məntəqələri
Azərbaycan dilində Rus dilində km² — lə Adı Adı
Avan Аванский 10 Avan Avan, Botanika bağı yanında qəsəbə
Başkənd Акункский 37 Başkənd Başkənd, Ağadərəsi
Aramus Арамусский 35 Aramus Aramus, Güllücə
Ərzni Арзнинский 24 Ərzni Ərzni, Ərzni kurort qəsəbəsi
Ərinc Аринджский 11 Ərinc Ərinc
Avdallar Ацаванский 27 Avdallar Avdallar, Sotsqyux
Oxçuberd Вохчабердский 22 Oxçuberd Oxçuberd, Kərpicli
Baş Gərni Гарнинский 50 Baş Gərni Baş Gərni
Ərtiz Гехардский 14 Ərtiz Ərtiz
Kolt Гохтский 15 Kolt Kolt
Kəmrəz Гямрезский 24 Kəmrəz Kəmrəz
Dəlləkli Даллаклинский 21 Dəlləkli Dəlləkli, Quyulu
Təcrəbax Дзорахпюрский 25 Təcrəbax Təcrəbax, Məngiz
Civriş Джрвежский 33 Civriş Civriş
Yelqovan Елгованский 22 Yelqovan Yelqovan, Təzəkənd
Zar Зарский 26 Zar Zar
Göykilsə Капутанский 33 Göykilsə Göykilsə
Qaraqala Каракалинский 20 Qaraqala Qaraqala, Musakənd
Kənkan Кянкянский 48 Kənkan Kənkan, Dəvəxaraba, Qızqala
Şahab Маяковский 22 Şahab Şahab, Dzaq sovxozu yanında qəsəbə, Muqub
Nurnus Нурнусский 19 Nurnus Nurnus, Nikolayevka
Ptıxni Пытхнинский 15 Ptıxni Ptıxni, Bağçılıq sovxozu yanında qəsəbə, Qətran
Çatqıran Разданский 35 Çatqıran Çatqıran
Tutiya Тутиянский 21 Tutiya Tutiya, Bəzəkli
Ellər Эларский 13 Ellər Ellər

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 38–39
  2. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
  3. Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
  4. Абовјан // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]