RU FARS

Üz, çöhrə.

Əfsus ki, oldu qəfildən

Siyah ruyum, qara baxtım!

Düşdüm tükənməz bəlaya.

Yanır cismim nara, baxtım!

              (“Dilsuz və Xəzangül”)

                               *

Nəzər qıl ruyində bir cüft xalına... (“Əsli və Kərəm”)

RİZVAN ƏRƏB
RUBƏ
OBASTAN VİKİ
.ru
.ru — Rusiyanın internet kodu.
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Gi Ru
Gi Ru — Fransalı futbol mütəxəssisi. == Həyatı == === "24 yaşlı iddia" nəhəng kluba çevrildi === 1938-ci il oktyabrın 18-də Fransanın Kolmar şəhərində anadan olan Gi Ru 14 yaşında ikən "Oser"də çıxış etməyə başlayır. O, vaxt bu klub Runun yaşadığı meşəliklərlə örtülmüş Oser şəhərini həvəskarlar liqasında təmsil edirdi. 9 il burada forma geyinir. Son dörd ildə isə komandasının kapitanlıq sarğısını daşıyır. Hər il həvəskarlar arasında çempion olsalar da, bu, komandanın üzvlərinə heç nə qazandırmır. Vəziyyəti belə görən 24 yaşlı Ru bir gün klubun rəhbərliyi ilə görüşür və deyir: "Bezmişik artıq. Hər il çempion olsaq da, irəliyə gedə bilmirik". Daha sonra isə o, rəhbərlikdən xahiş edir ki, onlara 3 ot örtüklü meydança və klub binası versinlər və gerisi ilə işləri olmasın. Klub bossları 24 yaşlı Runun dediklərini yerinə yetirirlər.
Mail.ru
mail.ru saytı Rusiyanın ən çox istifadə olunan saytdır. Mail.ru digər postsovet ölkələrində də geniş istifadə olunur. == Məşhurlaşması == Mail.ru-nun geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Mail.ru-dan Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu mail xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu.
Ok.ru
Odnoklassniki — rusdilli internetin ən populyar sosial şəbəkələrindən biri. Odnoklassniki sözünün Azərbaycan dilində mənası "sinif yoldaşları"dır. Bu sayt Albert Popkov tərəfindən 4 mart 2006-cı ildə Rusiyada yaradılıb. Saytda 45 milyondan artıq istifadəçi qeydiyyatdan keçib, 10 milyona qədər ziyarətçiyə sahibdir. Alex statistikalarına görə bu sayt dünyanın ən çox ziyarət edilən 67-ci, Rusiyanın isə 7-ci saytıdır. Bu saytda Azərbaycan, rus, ukrayna, özbək, qazax, erməni, rumın, türk, ingilis, gürcü, tacik, qırğız dilləri olmaqla ümumilikdə 12 dil var.
Sports.ru
Sports.ru — Rusiya idman internet portalı. 1 dekabr 1998-ci ildən mövcuddur. Portalın baş redaktoru Yuri Dud, baş direktoru isə Dmitri Navoşadır. Sports.ru aşağıdakı internet-mükafatların sahibidir: 2000 — "İdman" nominasiyasında ilk Milli İntel İnternet mükafatının laureatı. 2002 — "2002-ci ilin İdman saytı" nominasiyasında 1-ci yer, ROTOR ++ şəbəkə müsabiqəsi. 2008 — "Sağlamlıq və istirahət" nominasiyasında Runet mükafatı. "İlin İdman saytı" nominasiyasında ROTOR 2010 müsabiqəsinin qalibi. Rəsmi sayt Vikianbarda Sports.ru ilə əlaqəli mediafayllar var.
Vkontakte.ru
VK (rus. В Контакте - "əlaqədə", URL: vkontakte.ru, beynəlxalq versiyası: vk.com) — Runetın ən böyük sosial şəbəkəsi. Saytın müəllifi və administratoru Rusiya proqramçısı Pavel Durovdur. Hal-hazırda Vkontakte.Ru-nun istifadəçilərinin sayı 91 milyondan artıqdır. Qeydiyyat pulsuzdur, hər kəs orada qeydiyyatdan keçə bilər. Sayt dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Onun Azərbaycan dilində də versiyası var. Vkontakte.Ru-ya mobil telefon və kommunikatorlardan (m.vkontakte.ru və ya pda.vkontakte.ru) girmək mümkündür. Rusiya və Ukraynanın bəzi mobil operatorlarının abunəçiləri habelə onun pulsuz versiyasından istifadə edə bilərlər (o.vkontakte.ru, və ya 0.vk.com). Fevral 2012-ci ilin Noyabr ayında sosial şəbəkənin gündəlik istifadəçilərinin sayı 38 milyona yaxın idi..
Yandex.ru
Yandex xidməti (Yandex.ru saytı) — Rusiyanın ən çox istifadə olunan veb axtarış motorudur. Yandex digər Post-Sovet ölkələrində də geniş istifadə olunur. "Yandex"in geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Yandex-dən Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu elektron poçt xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu. 1989-cu ildə sahibkar və proqramçı Arkadi Voloj fərdi kompüterlər satan və iş yerlərinin avtomatlaşdırılması ilə məşğul olan CompTek firmasını təsis etmişdir. Voloz həmçinin məlumatların emal alqoritmləri ilə maraqlandı və dilin morfologiyasını nəzərə alaraq, böyük miqdarda mətndə informasiya axtarışını həyata keçirə biləcək bir proqram yazmaq imkanı ilə maraqlandı. Kompüter dilçiliyi üzrə mütəxəssis Arkadi Borkovski ilə birlikdə 1989-cu ildə "Arkadi"şirkətini təsis etmişdir. 1990-cı ildən sonra "Arkadi" əməkdaşları müxtəlif ETİ və Patent təşkilatlarında tələb olunan "ixtiraların beynəlxalq təsnifatı" və "mal və xidmətlərin Təsnifatçısı" informasiya-axtarış sistemlərini yazıblar. 1993-cü ildə" Arkadiya " CompTek-ə qatıldı, burada Volojanın məktəb dostu proqramçı İlya Seqaloviç işləyirdi. Həmin il kompüterin bərk diskində axtarış proqramı yaradılmışdır.
Lenta.ru
Lenta.ru — 1999-cu ildə Effektiv Siyasət Fondunun köməyi ilə Anton Nosik tərəfindən təsis edilmiş rus onlayn xəbər saytıdır. comScore-un 2013-cü ilin aprelində apardığı araşdırmaya görə, Lenta.ru bütün dillərdə olan Avropa xəbər saytları arasında trafikə görə 5-ci yeri tutmuşdur. 2014-cü ildə redaksiya heyətinə siyasi motivli müdaxilə səbəbindən nəşrin rəhbərliyində dəyişiklik oldu. Baş redaktor Qalina Timçenko və 39 işçi həmin ilin noyabrında yeni Meduza layihəsinin əsasını qoyaraq nəşri tərk etdilər.
Fars Körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Fars bəylərbəyliyi
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi. Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi.
Fars dili
Fars dili (fars. فارسی‎) Farsi endonimi ilə də tanınır, [fɒːɾˈsiː] (qulaq asmaq)) — Hind-Avropa dillərinin Hind-İran bölməsinin İran qoluna aid olan Qərbi İran dilidir. Fars dili, əsasən İran, Əfqanıstan və Tacikistanda danışılan və rəsmi olaraq üç qarşılıqlı başa düşülən standart növdə istifadə olunan plurisentrik bir dildir, yəni İran Fars dili (rəsmi olaraq fars dili kimi tanınır), Dari Fars dili (rəsmi olaraq Dari kimi tanınır) 1964-cü ildən) və tacik fars dili (1999-cu ildən rəsmi olaraq tacik kimi tanınır). Özbəkistanda, eləcə də Böyük İranın mədəni sferasında fars tarixi olan digər bölgələrdə əhəmiyyətli bir əhali tərəfindən tacik çeşidində yerli dildə danışılır. Rəsmi olaraq İran və Əfqanıstan daxilində ərəb qrafikasının törəməsi olan fars əlifbası ilə, Tacikistan daxilində isə kiril qrafikasının törəməsi olan tacik əlifbası ilə yazılıb. Müasir fars dili Sasani İmperiyasının (224–651) rəsmi dili olan Orta Fars dilinin davamıdır, özü də Əhəmənilər imperiyasında (e.ə. 550–330) istifadə edilən qədim fars dilinin davamıdır. İranın cənub-qərbindəki Fars (Fars) bölgəsində yaranmışdır. Onun qrammatikası bir çox Avropa dillərininkinə bənzəyir. Tarix boyu fars dili mərkəzi Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyada olan müxtəlif imperiyalar tərəfindən nüfuzlu bir dil kimi istifadə edilmişdir.
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. == Yayılma və yaşayış yerləri == Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fars mifologiyası
Fars mifologiyası və ya İran mifologiyası — qədim Böyük İranda yayılmış mifologiya. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir. Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı "Şahnamə"dir. Firdovsinin əsəri təkcə "Avesta"dan deyil, həm də "Bundahişn" və "Denkard" kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə "Avesta"dır. İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır. İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Fars ostanı
Fars — İranın cənub hissəsində ostan. Mərkəzi Şiraz şəhəridir . Fars ostanın ərzisi 122.416 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.336.878 nəfər əhali yaşayır . == Tarixi == === Sasanilər dövrü === === Səfəvilər dövrü === Şah Abbas I (hic.996-1038 / miladi 1588-1629) tərəfindən irana köçürülmüş minlərlə gürcü və çərkəz kəndli idi və Pers kənarındakı kəndlərdə məskunlaşmışdılar. Böyük bir gürcü və ermənilər qrupu, ehtimal ki, 1603-1605-ci illərdə Şahın Osmanlı hücumlarına mane olmaq üçün Azərbaycanın şimalındakı ərazilərdə sistematik bir azalmaya başladığı zaman İsfahanın qərbindəki Faridan bölgəsinə köçürüldü. Ərazilərindən keçən İsfahan-Borucerd yolundan Avropalı səyyahlar nadir hallarda istifadə etdikləri üçün XIX əsrə qədər bu barədə çox az məlumata sahibik. J.M. Kinneir 1810-cu ildə onları ziyarət edərkən bölgədəki gürcülərin sayını min ailəyə hesabladı. O vaxt onlar artıq İslamı qəbul etmişdilər, lakin hələ Farslarla evlənməmişdilər (s. 128).
Fars palıdı
== Təbii yayılması: == Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. == Ekologiyası: == Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Fars psevdosiklofisi
Fars eyrenisi (lat. Pseudocyclophis persicus) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Pseudocyclophis cinsinə daxil olan yeganə növü == Описание == Kiçik ilanlardır. Eyrenis cinsinə yaxınlığı ilə seçilirlər. Bədəninin nazikliyi ilə seçilirdi. Ümumi uzunluğu 37 sm-dir. Yuxarı hissəsi işiqlı-zeytunu olur və qəhvəyi nöqtəlırlə örtülü olur. Sifət hissəsi parlaq olsa da, başı qara olur. Erkəklərdə bədən bir gəngdə olur. Boğazları isə parlaq olaraq ləkəlidir.
Fars qiyamı
Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular. Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən döyüşlərdə əsasən madaylar qalib gəir və farsları geri çəkilməyə məcbur edirdilər. Lakin sonradan II Kirin rəhbərliyi ilə çox qüvvətli fars ordusunun qurulması, Midiya hökmdarından narazı olan bəzi maday sərkərdələrinin satqınlıq edərək fars ordusuna keçməsi, nəticədə e.ə. 549-cu ildə üsyana davam gətirə bilməyən Maday dövlətinin süqutuna, hakimiyyətin farsların əlinə keçməsinə səbəb oldu.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Firuzabad (Fars)
Firuzabad- İranın Fars ostanının şəhərlərindən və Firuzabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,210 nəfər və 12,888 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Fəthabad (Fars)
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Hacıabad (Fars)
Hacıabad- İranın Fars ostanının şəhərlərindən və Zərrindəşt şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,346 nəfər və 4,195 ailədən ibarət idi.