AĞARTMAQ

f.
1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. Divarları ağartmaq. Tavanı ağartmaq. Kətan tufliləri ağartmaq.
// Ağ şeyə sürtüb batırmaq. Üst-başını divara sürtüb ağartmaq.
2. Soldurmaq, rəngini qaçırtmaq. Günün altında çox gəzib paltarını ağartmaq.
3. Sürtüb təmizləmək, silib təmizləmək, pasını açmaq, sürtüb parıldatmaq.
// Qalaylamaq. Qazanı ağartmaq.
// Təmizləyib düzəltmək, qaydaya salmaq.
[Safo] həmişə Alo ilə birlikdə … taxıl əkir, balaca xırmanı ağardır, soyuq aylar düşmədən … dolanıb kəsb etməyə başlayırdı. S.Rəhimov.

4. Üzünü köçürmək, təmiz yazmaq.
Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı. Mir Cəlal.

5. məc. Aşkar etmək, açıb demək, üstünü açmaq, ifşa etmək, üzə vurmaq (bəzən “açıbağartmaq” şəklində işlənir).
[Məmmədvəli:] …Yola düşdüm, gördüm sovqatımın çoxu gedibdir, bilmədim motalı kim apardı, yağ necə oldu, qaymağı kim yedi… Heç açıb-ağarda da bilmədim. N.Vəzirov.
Biri səbəbsiz ağlar; Biri bərk yıxılanda üzə vurmaz, ağartmaz. R.Rza.
[Tapdıq] qaşlarını çatıb fikirləşdi: “Yaxşı, vursam, deyəcəklər “Aha, oğru sənsən ki?” Yox, açıb-ağartmaq lazım deyil…” Mir Cəlal.
6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və ifadələr düzəldilir; məs.: baş ağartmaq, dişlərini ağartmaq, göz(ünü) ağartmaq, üzünü ağartmaq.

Омонимы

  • AĞARTMAQ AĞARTMAQ I f. Açmaq. Buna bənzər bir hiss ürəyini gəzib dolaşdısa da onu ağartmadı (“Ulduz”). AĞARTMAQ II f

Антонимы

  • AĞARTMAQ AĞARTMAQ – QARALTMAQ Verdiyev məruzəsinin üzünü on bir dəfə ağartdı, yenə ürəyi qızmadı (Mir Cəlal); Bir eşqin şimşəyi çaxdı başımda; Yerimdə kömürtək

Этимология

  • AĞARTMAQ “Göz ağartmaq” deyirik, ağart (alart variantı da olub) odla bağlıdır: göz­dən sanki od püskürür. (Bəşir Əhmədov
AĞARTMA
AĞAYANA

Значение слова в других словарях

внема́точный дидакти́чно коли́чественно менто́вская подблю́дник расчеса́ть бо́дро гава́на гулёна пихо́ра пупа́вник реванши́стски тысячеле́тие зигзаг кляп чепурник cowman deraign digit punch Euromart uncalculated бессемеровский иммунизация квохтать уточный