Слово AB в словаре арабских и персидских слов азербайджанской литературы.

f. 1) su; 2) ərimiş, əzgin; 3) göz yaşı; 4) şərab; 5) m. lətif, yüngül (su haqqında). Abi-atəşparə – «od parçası kimi su» bax abi-atəşrəng; abi-atəşrəng – «od rəngli su» bax abi-əngur; abi-bəqa bax abi-heyvani; abi-co bax abco; abi-çeşm 1) göz yaşı; 2) m. şərəf, ləyaqət; abi-didə göz yaşı; abi-ənar nar suyu, narşərab; abi-əngur 1) üzüm suyu, üzüm şirəsi; 2) m. şərab, çaxır; abi-Fərat 1) Fərat çayının suyu; 2) m. içki; abi-guşt bax abguşt; abi-heyvani bax abi-həyat; abi-həyat bax abi-zindəgani; abi-Xızr Xızır suyu, dirilik suyu; abi-kasni kasni arağı (dərman); abi-kövsər 1) behiştdə bir çayın adıdır; 2) m. içki; abi-qənd qənd suyu, qəndab; abi-leysan bax abi-neysan; abi-mirvarid mirvari suyu, qara su (göz xəstəliyi); abi-müshil işlətmə dərmanı; abi-neysan 1) neysan (aprel) ayında yağan yağış (baharın ilk yağışı); 2) m. çox axan göz yaşı; abi-pər çayın bir növü; abi-rəvan axar su; abi-şur 1) şor su; 2) m. Xəzər dənizi; abi-zəmzəm 1) Kəbənin yaxınlığında müsəlmanlar tərəfindən təbərrük sayılan quyunun suyu; 2) m. içki; abi-zindəgani əfsanəyə görə, zülmətdə olan bir çeşmənin suyudur ki, onu içən heç vaxt ölmür; abi-zülal sərin, duru su.

← A

ə. fars və əski Azərbaycan əlifbalarının 1-ci hərfi.

ABA →

ə. «əb» c. atalar, ata-baba.