Толковый словарь азербайджанских мужских имен.

Всего статей – 6895, статей на «B» – 339
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
BA BE BO BU
 

BABA

ata və ya ananın atasının onların uşaqlarına olan qohumluq münasibəti (Sovet dövrünə qədər Azərbaycanda "ata" mənasında işlənmiş, müasir Türkiyədə də eyni anlayışda işlənir).

BABABƏY

baba olan, baba kimi bəy; böyük ağa bəy.

BABACAN

can baba, əziz baba; yetkin, inanılan adam.

BABAƏLİ

«baba» (böyük) və «Əli» sözlərindən düzəlmiş, «böyük Əli» deməkdir.

BABAƏMİ

«baba» (böyük) və «əmi» sözlərindən düzəlmiş, «baba əvəzi əmi», «böyük əmi» mənasındadır.

BABAGÜL

babanın gülü, çiçəyi; babanın sevimli nəvəsi.

BABAXAN

bax: Baba və Xan: böyük xan, hörmətli xan.

BABAKİŞİ

hörmətli adam, babaya layiq kişi.

BABALAR

"baba" sözünün cəmi.

BABALI

bax: Baba və Əli; yaşlı və hörmətli Əli.

BABASEYİD

bax: Baba və Seyid; yaşlı və hörmətli seyid.

BABAŞ

"Baba" və tərkibində "baba" olan mürəkkəb isimlərin əzizləmə forması.

BABAYAR

babanın dostu, yardımçısı, atanın köməkçisi.

BABƏK

"böyük" və "bəy" sözlərindən düzəlmiş, "başçı" anlamındadır (IX əsr xalq qəhrəmanı Həsənin ikinci adından yayılmışdır).

BABIŞ

"baba" ilə başlanan adların əzizləmə forması.

BABUŞ

"baba" ilə başlanan adların əzizləmə forması.

BABULLA

Allahın qapısı, Tanrının dərgahı.

BABUR

“bəbir” sözündən olub “xallı pələng, yırtıcı heyvan” mənasındadır. Hindistanda Böyük Moğollar dövlətinin banisi Zəhirəddin Məhəmməd Babur (1483-1530) həm də şair olmuş və onun “Baburnamə”si məşhurdur.

BAFA

kiçik dərz, dəstə, dəmət; balaca və sarışın oğlan.

BAFADAR

bax: Vəfadar.