AMAN
AMATÖR
OBASTAN VİKİ
Alber Jan Amato
Alber Jan Amato (türk. Albert Jean Amateau; 20 aprel 1889, Milas[d], Muğla ili – 9 fevral 1996, Santa-Roza[d], Kaliforniya) — əslən Türkiyədən olan ABŞ ravvini, biznesmeni, hüquqşünası və ictimai xadimi. O, erməni soyqırımını inkar edənlərdəndir. == Həyatı == Alber Jan Amato 20 aprel 1889-cu ildə Osmanlı imperiyasının Milas şəhərində (indiki Türkiyə) səfərad yəhudisi ailəsində anadan olmuşdur. O, Türkiyənin İzmir şəhərində Amerika Beynəlxalq Kollecində oxumuşdur. Amato 1908-ci il "Gənc türklər" inqilabından sonra hərbi xidmətdən yayınmaq üçün 1910-cu ildə ABŞ-yə mühacirət etmişdir.O, erməni soyqırımını andiçmə bəyanatı ilə inkar etmiş, ABŞ Senatında senator Robert Dol tərəfindən təqdim edilmiş sözügedən soyqırımın tanınması ilə bağlı qətnamənin təsdiqlənməsinə qarşı çıxmışdır.Amato 1996-cı ildə 106 yaşında vəfat etmişdir.
Amatiqnak adası
Amatiqnak adası (ing. Amatignak Island, aleut. Amatignax̂) — Andreyanov adaları qrupuna, Delarov yarımqrupuna daxil olan ada. == Coğrafiya == Adanın uzunluğu 9 km, eni 5 km-dir. Maksimal hündürlüyü 515 metrdir. Ulak adası ondan 4 mil (6 km) şimal-şərqdə yerləşir. Vulkanik mənşəllidir. Ada olduqca seysmik zonada yerləşir. Tundra zonasında yerləşir. Sahil qayalıqlarında dəniz quşları yaşayır.
Amator
Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir..
Amatory
Amatory — Rusiya metal musiqi qrupu. == Haqqında == Əsl adı "[AMATORY]" olan qrup Rusiyanın məşhur alternativ metal qruplarından biridir. 2001-ci ildə Sankt Peterburqda yaradılıb. 2005-ci ildə isə Rock Alternative Music Prize ilinin qalibi adına sahib olmuşlar. Və həmən ildə Rock Alternative Music Prize tərəfindən "Çyorno-belıe dni" (rus. Черно-белые дни) adlı mahnılarına klip çəkdirildi. 2006-cı il 13 oktyabrda buraxdıqları "Kniqa myortvıx" (rus. Книга мертвых) albomlarından sonra qrup Rusiyanın şəhərlərində və bir sıra ölkələrdə konsertlər verib. 2007-ci ildə "Amatory"nin "Live Tour Evil" dvd-si satışa buraxılır. Dvd qrupun kliplərindən və müxtəlif konsertlərindən ibarətdir.
Amatunilər
Amatuni yaxud Vaçuteanlar — IV əsrdə Maku ətrafı torpaqları və Oşakan qəsrini idarə edən Kaspi-Midiya mənşəli sülalə. Midiyanın son çarı Astiaqın nəslindən hesab olunurdular. Parfiya hökmdarı I Arşak tərəfindən Ermənistana köçürülən ailə zamanla erməniləşdi. == Görkəmli üzvləri == Vahan Amatuni - 428-ci ildə Sasani hökmdarı V Bəhram tərəfindən mərzban təyin olunmuşdur. 451-ci ildə məcburi zərdüştçülüyə üsyan etmişsə də Gürgana sürgün olunmuşdur. Varaz Sapuh - 482-ci ildə ermənilərin Sasanilərə üsyan planını mərzbana xəbər vermişdir. Kotit Amatuni - 596-cı ildə Ktesifonda edam olunmuşdur. Sapuh və Haman Amatuni - 775-ci ildə 12.000 erməni ilə birlikdə Bizansa köçmüşdür. == Tarixi == Sülalə 9-cu əsrdə hələ də Maku və ətrafını idarə edirdi. XIII-XIV əsrdə isə bu sülalə Vaçutean adı ilə tanınmağa başladı.
Antti Amatus Aarne
Antti Amatus Aarne (fin Antti Amatus Aarne; 5 dekabr 1867 – 5 fevral 1925, Helsinki) — Finlandiya folklor tədqiqatçısı, filoloq, süjetlərin sistemləşdiricisi. == Həyatı == Antti Amatus Aarne 5 dekabr 1867-ci ildə anadan olmuşdur. O, folklor nümunələrinin müqayisəli təhlili və təsnifatı metodologiyasını işləyib hazırlamışdır. Aarnenin nəzəri prinsipləri sxematikliyi və formalizmi ilə seçilir. O, "Nağıl növlərinin əsas indeksi"ni tərtib etmişdir (1910). Aarne "Nağılların müqayisəli tədqiqinin əsasları" (1913), "Nağıllara dair ədəbiyyata baxış" (1914), "Tapmacaların müqayisəli tədqiqi" (1918) əsərlərinin müəllifidir. Onun indeksi əsasında Nikolay Andreyev rus dilində "Aarne sisteminə görə nağıl süjetləri indeksi"ni (1929) tərtib etmişdir.
Covanna Amati
Covanna Amati (it. Giovanna Amati; 20 iyul 1959, Roma) Formula 1 pilotu, italyan avtomobil yarışçısıdır. Hazırkı dövrə qədər, Formula 1 Dünya Çempionatında iştirak edən son qadın sürücüdür. Zəngin bir ailənin yetişdirdiyi Amati, 1978-ci ildə qaçırıldı və sonra 800 milyon liraya sərbəst buraxıldı. Yarış karyerasına Formula Abarth seriyasında iştirak edərək başladı və 1985–86-cı ildən Formula 3-ə qatılaraq davam etmişdir. 1987-ci ildə Formula 3000-ə girmək çox da uğurlu olmadı, lakin növbəti illərdə Amati performansını yaxşılaşdırdı.1989-cu ildə Yaponiyaya köçdü, lakin bu da uğursuz oldu. 1990-cı ildə Avropaya qayıdaraq daha yaxşı nəticələr əldə etdi və bu 1991-ci ilə qədər davam etdi.1992-ci ildə Amati Brabham'a imza atarkən beşinci qadın Formula 1 sürücüsü oldu. == Həyatı == Zəngin iş adamının qızı olan Amati, 20 iyul 1959-cu ildə İtaliyanın Roma şəhərində anadan olmuşdur. 15 yaşında, 500cc motosiklet almış və iki il valideynlərindən gizlədə bilmişdir. Bununla yanaşı, o, Elio de Angelis ilə birlikdə gizli olaraq yarış məktəbini oxumağa müvəffəq olmuşdur.
Terra Amata
Terra Amata — E.ə. 400 000 — E.ə. 300 000-ci illərə aid Fransadakı ən köhnə və ilk mənzil olaraq qəbul edilir. Ovçuların sığınacaqları olan quruluş, mülayim bölgədə, mütəmadi ovçuluq dönəmini açıq şəkildə göstərir.
Yelena Amato
Yelena Amato (5 noyabr 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Yelena Amato İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
İzyomski-Amatuni binası (Rostov-na-Donu)
İzyomski-Amatuni binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Suvorov küçəsinin tinində - Juravlyova xiyabanı, ev 102 ünvanında yerləşir. Binada yazıçılar Petronıy Qay Amantuni və Boris Vasileviç İzyomski yaşamışdır. Bina 1975-ci ildə inşa edilmişdir. Doqquz mərtəbədən ibarət olub, kərpicdən inşa edilən binadır. == Tarixi == Bina Suvorov küçəsinin tinində - Juravlyova xiyabanı, ev 102 ünvanında yerləşir. Bina kərpicdən inşa edilmişdir. Doqquz mərtəbədən ibarətdir. Yazıçı Petronıy Qay Amantuni 1978-1982-ci illər ərzində bu binada yaşamışdır. O, «Qayana» triologiyasının müəllifidir.
Amaterasu
Amaterasu Yaponiya mifologiyasının, eləcə də sintoizmin əsas tanrılarındandır. O, günəş və kainatın tanrısıdır. Amaterasunun adının mənası yaponcadan "cənnətdə parıldayan" deməkdir. İnanclara görə Yaponiya imperatorları birbaşa Amaterasunun nəslindəndir. == Tarixi == Amaterasu haqqında ilkin məlumatlara Kojiki və Nihon Şoki adlı ən qədim iki yazılı mənbədə rast gəlmək olar. Amaterasu Izanaqidən onun Yomiyə, yeraltı dünyaya Izanamini xilas etmək üçün etdiyi uğursuz səfərdən sonra təmizlənərkən doğulmuşdu. O, İzanaqinin sol gözündən doğuldu və günəşin tanrısı oldu. İzanaqinin sağ gözündən doğulan qardaşı Tsukuyomi isə gecənin tanrısı oldu. Tsukuyominin qida tanrısı olan Uke Moçini öldürənə kimi Amaterasu səmanı qardaşı Tsukuyomi ilə bölüşürdü. Yaranmış narazılığa görə Amaterasu Tsukuyomidən aralandı və beləcə gecə-gündüz yarandı.
бе́женский бха́кти ка́нцелинг ло́гика лю́тневый углено́сность фе́рменный вознести́сь главре́ж изнача́льный мифологизи́роваться семяизверже́ние игра ловь aneroid brainstormer glutinous Muscovy obeli R&R siss ворковать злонравны капюшон фланкировать