RÜKN

ibadətlərin əsasları belə adlanır. Məsələn, namazın rüknləri qiyamda durmaq, rükuya getmək və iki dəfə səcdə etmək, sonuncu rükətin sonunda oturub təşəhhüd duasını oxumaqdır. Orucun rüknü səhər açılandan axşama qədər qidanın qəbul edilməməsindədir. Rüknlər icra edilməsə istənilən ibadət pozulmuş olur. Rüknlərə daxil olmayan rituallar isə ibadəti pozmur. Məsələn, namazda təsadüfən vacib olmayan duanın oxunmamaması ibadəti pozmaz.
RÜKƏT
RÜKU
OBASTAN VİKİ
Rüknəddin Məsud Məsihi
Məsihi (1580, Kaşan, İsfahan ostanı – 1655) — mənşəcə Azərbaycan türklərindən olan məşhur şair və həkim. Məsihi XVII əsrin ən gorkəmli şair və həkimlərindən biridir. Əslən həkimlər sulaləsindən olan Məsihinin atası Nizaməddin Əli İran və Hindistanın müxtəlif hökmdarlarının saraylarında həkimbaşı olmuşdur. Onun qardaşları Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd Hüseyn də həkim olmuşlar. Onların hamısı o dövrün butun savadlı adamları kimi şer yazmışlar. Nizaməddin Əli oğlunun təbabət sahəsində savadlanması ilə şəxsən məşğul olur və Məsihi artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə başlayır, hətta müalicə həkimləri üçün sonralar böyük şöhrət qazanmış "Zabitət ül-əlac" ( "Müalicə qaydaları") adlı kitab da yazır. Lakin poetik irsinin əksər qisminin itirilməsinə baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Bir sıra kiçik həcmli lirik və epik əsərləri ilə yanaşı onun 1629-cu ildə Azərbaycan türkcəsində qələmə aldığı "Vərqa və Gülşa" poeması da bizə çatmış və şairə böyük şöhrət qazandırmışdır. Bu əsərin nadir əlyazma nüsxələri Britaniya muzeyində və Tehran universitetinin kitabxanasında saxlanır. Həmin nüsxələrdən ikincisi əvvəlcə alim və şairlərə himayədarlığı ilə şöhrət tapmış, özü də ortabab şair olan Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu Qacara (bu vəzifəyə 1664-cü ildə təyin olunub) məxsus olmuşdur.
Rüknəddin Əbülmüzəffər Börkiyaruq ibn Məlikşah
Rüknəddin Əbülmüzəffər Börküyarıq ibn Məlikşah (fars. ابو المظفر رکن الدین برکیارق بن ملکشاه‎‎, translit. Rukn əl-Dib Əbül-Mozəfffr Börkyaruk ibn Maəlik-Şah) və ya sadəcə Börküyarıq (fars. برکیارق‎; 1080, İsfahan – 2 dekabr 1104, Bürucərd, Luristan ostanı) — Böyük Səlcuq imperiyasının V sultanı (hak. 1094–1105). I Məlikşahın (hak. 1072–1092) oğlu və xələfi olan Börküyarıq imperiyanın tənəzzül və parçalanma dövrünün başlanğıc mərhələsində hökm sürmüşdür. Nəticədə, Kirmandan Anadoluya, Anadoludan Suriyaya qədər uzanan türkmən atabəylər və bəyliklər güc qazanmışdır. Onun hakimiyyəti dövrü üçün digər səlcuqlu şahzadələrinə qarşı daxili çaxnaşmalar xarakterikdir. 1105-ci ildə vəfat etməsindən əvvəl artıq onun nüfuzu böyük ölçüdə yoxa çıxmışdı.
Sultan Rüknəddin Firuz
Sultan Rüknəddin Firuz (1236)—Müəzzilər dövlətinin sultanı. Atası Şəmsəddin Eltutmuşun 1236-cı ildə vəfatından sonra taxta əyləşdi. Anası Türkan xatunun köməyi ilə hakimiyyətə gəlsə də, qətiyyən dövlət işlərinə marağı olmamışdır. Əvvəllər Lahor hakimi vəzifəsində çalışmışdı. Onun taxta çıxarılmasından narazı olan əmirləri və qardaşları üsyan qaldırdılar. Əvvəlcə heç nəyə fikir verməyən Firuz şah gününü eyş-işrətlə keçirirdi. Səhərdən axşamacan əyyaşlıqla məşğul olur, xəzinənin pulunu sağ-sola xərcləyirdi. Lakin vəziyyətin ciddiliyini görən Firuz şah qoşun toplayıb qiyamçıların üzərinə gedir. Olduqca bacarıqsız və ürəyiyumşaq olan sultanın ətrafı və qoşun əhlindən bir hissəsi qiyamçıların tərəfinə keçir. Eyni zamanda Dehlidə üsyan qalxır və hakimiyyəti bacısı Raziyə bəyim ələ keçirir.
Şeyx Rüknəddin Məhəmməd Sücasi
Şeyx Rüknəddin Məhəmməd Sücasi o, Şeyx Rüknəddin Əbü’l-Qənaim Qənimət ibn Müfəzzəl Sücasi kimi də tanınır. (?-1211)—Azərbaycan alimi. Şeyx Rüknəddin Məhəmməd Zəncan vilayətinin Sücas qəsəbəsində doğulmuşdu. İbtidai təhsilini doğma yurdunda almışdı. XII-XIII əsrlərdə yaşamış fütuvvət şeyxi idi. O, Şeyx Qütbəddin Əbhərinin müridi və xəlifəsi olmuşdu. Şeyx Qütbəddin Əbhərinin mürşidi isə məşhur Şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdi (öl. 1178) idi. Şeyx Rüknəddin Məhəmməd Sücasi "Sührəvərdiyyə" və "Əbhəriyyə" təriqətlərində mürid, sonra mürşid olmuşdu.Əkməlul-məayih Höccətüllah fi’l-xalq xəlifət-i Rəbbi’l-aləmin Qütbül-aləm Sultanul-arifin bürhanul-mühaqqiqin əbul-Qənaim Rüknül-millə vəddin əl-Sücasi kimi Şərqdə tanınmağa başladı. Şeyx Rüknəddin Sücasi Bağdadda yaşamış və buradakı "Dərəcə" xanəgahında mənəvi tərbiyə və irşadla məşğul olmuşdu.
Rüknəddin Baybars Çaşnigir
əl-Məlikül-Müzəffər Rüknəddin Baybars əl-Çaşnigir (d.? - ö. 16.4.1310) — Misir Məmlük sultanı (1309-1310). == Həyatı == Sultan Kalavunun Çərkəz əsilli məmlüklərindəndir. Kalavunun oğlu Məhəmmədin ilk səltənəti sırasında özünü göstərdi. Kitbuğanın taxtı ələ keçirməsindən sonra nüfüzunu daha da artdırdı və Burciyyə Məmlüklərinin qüvvətli əmirləri arasına girdi. Sultan Laçının qətlindən (1299) sonra, Misir Məmlük taxtına ikinci dəfə keçirilən Məhəmməd tərəfindən üstadüddarlığa gətirildi (9 fevral 1299). Naibüssaltana Əmir Seyfəddin Salar ilə birlikdə Sultan Məhəmmədin kiçik yaşda olmasından faydalanaraq dövlət işlərini əlinə keçirdi. Hətta sultan üzərində onun ən bəsit ehtiyaçlarına dəxi müdaxilə edəcək qədər ağır bir basqı qurdu. Bir-biriylə iş birliyi halında olan Salar ilə Baybars arasında gizli bir nüfuz mücadiləsi də vardı.

Значение слова в других словарях