RƏS

RƏS

f. yetişən, çatan.

RƏ’S

ə. 1) baş; 2) təpə, uc; 3) başlanğıc.

RƏNNAN
RƏSA
OBASTAN VİKİ
Gəmiqaya rəsmləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Gəncə Dövlət Rəsm Qalereyası
Gəncə Dövlət Rəsm Qalereyası — Gəncə Dövlət Rəsm Qаlеrеyаsı (GDRQ) 1980-ci ildə yаrаdılıb. Gəncə şəhəri, Atatürk prospektində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 41 ədəddir. Burada Azərbaycanın Tеlmаn Cəfərоv, Fаiq Оsmаnоv və s. kimi tаnınmış rəssаmlаrla yanaşı, Gəncə rəssamların da əsərləri nümаyiş еtdirilir. == Haqqında == Gəncə Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmri ilə 1984-cü ilin aprel ayının 15-də yaradılmışdır. Gəncə Dövlət Rəsm Qalereyasının açılışında Ulu öndər Heydər Əliyev cənabları iştirak etmişdir. İlk öncə Gəncə Dövlət Rəsm Qalereyasının rəhbəri mərhum Fazil Əliyev, sonralar isə uzun müddət işləmiş rəssam Telman Cəfərov olmuşdur. 2004-cü ildən isə Rəsm Qalereyasına xalçaçı-rəssam Osman Faiq Məcid oğlu rəhbərlik edir. Gəncə Dövlət Rəsm Qalereyası bu günə kimi bir çox respublika və beynəlxalq miqyaslı sərgilərdə iştirak etmişdir.
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır. Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.
Hafiz Məmmədov (rəssam)
Hafiz Məmməd oğlu Məmmədov (1921, Sabunçu, Bakı qəzası – 1995, Bakı) — rəssam; əməkdar incəsənət xadimi. == Həyatı və fəaliyyəti == Hafiz Məmmədov 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1941-ci ildə Bakı Rəssamlıq Akademiyasını bitirmiş, məzunu olduğu məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Onun "Kəşfiyyatda" adlı ilk əsəri ilk dəfə 1941-ci ildə respublika sərgisində nümayiş olunmuşdur. Hafiz Məmmədov İkinci dünya müharibəsində iştirak etmiş, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, 1946–1952 illərdə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda təhsil almışdır. Hafiz Məmmədov pedaqoji fəaliyyətlə məşğul olmuş, davamçılarını yetirmişdir. Hafiz Məmmədov respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. O, 1959–1973 illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə Azərbaycan incəsənətini layiqincə təmsil etmişdir. Hafiz Məmmədovun vəfatından sonra ilk sərgisi 1996-cı ildə keçirilmişdir.
Hindistanda rəsmi statuslu dillər
Hindistandа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nüfuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin şimalında və mərkəzi hissələrində əhalinin əksəriyyəti hind-ari dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mənsubdur. == Hindistanda rəsmi statuslu dillər == Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” statusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili (bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir. Hindistan Konstitusiyasının tanıdığı 22 milli dili (national languages) və dörd milli regional dil (state languages) təsnifatlaşdırılmışdır . Milli dillər aşağıdakılardır: assam (Assam), benqali (Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəşmir), qondi (Çattisqarh, Madha-Pradeş, Orissa, Andha-Pradeş ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada (Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malayalam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri (Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Orissa), pencabi (Çandiqarh, Delhi, Haryana), santali (Carkhand, Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi (sinhi icması), tamili (Tamilnad və Pondişeri), teluqu (Andhra Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar Pradeş), sanskrit.
Holland rəssamlığının qızıl dövrü
Holland rəssamlığının qızıl dövrü Hollandiya tarixində təxminən XVII əsri əhatə edən bir dövr Hollandiyanın müstəqilliyi uğrunda Səksənillik müharibənin (1568-1648) sonrakı hissəsi zamanı və ondan sonrakı illər Holland Qızıl dövrünün rəssamlığıdır. Yeni Hollandiya Respublikası Avropanın ən firavan ölkəsi idi və Avropa ticarətinə, elminə və incəsənətinə liderlik edirdi. Yeni dövləti təşkil edən şimal Hollandiya əyalətləri cənubdakı Flandriya şəhərlərindən daha az əhəmiyyətli sənətkarlıq mərkəzləri idi. Müharibə zamanı baş verən sarsıntılar və əhalinin genişmiqyaslı köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri ilə kəskin ziddiyət, Hollandiya sənətkarlığının özünü demək olar ki, tamamilə yenidən kəşf etməli olması demək idi ki, bu işdə çox uğurlu oldu. Dini mövzular üzrə rəsm əsərləri çox kəskin şəkildə azaldı, əvəzində bütün növ dünyəvi mövzular üzrə böyük bir yeni bazar meydana gəldi. Holland rəssamlığının qızıl dövrü Barokko rəssamlığının ümumi Avropa dövrünə daxil edilsə də və tez-tez onun bir çox xüsusiyyətlərini göstərsə də, əksəriyyətində qonşu Flandriya da daxil olmaqla bir çox barokko əsərinə xas olan idealizasiya və əzəmət sevgisi yoxdur. Dövrün ən yaxşı tanınan əsərləri də daxil olmaqla əksər əsərlər Erkən holland rəssamlığından miras qalmış müfəssəl realizm ənənələrini əks etdirir. Dövrün səciyyəvi xüsusiyyəti fərqli rəsm janrlarının çoxalmasıdır , rəssamların əksəriyyətinin işlərinin əsas hissəsini bunlardan birindədir. Bu ixtisaslaşmanın tam inkişafı 1620-ci illərin sonlarından daha aydın görünür və o vaxtdan 1672-ci il Fransa istilasına qədər olan dövr Qızıl dövr rəsminin əsasını təşkil edir. Rəssamlar karyeralarının əsas hissəsini yalnız portretlər, müxtəlif məişət səhnələri, mənzərələr, dəniz mənzərələri və gəmilər və ya natürmortlar və çox vaxt bu kateqoriyalar daxilində müəyyən bir alt növ çəkməyə sərf edirdilər.
Hüseyn Axundov (rəssam)
Hüseyn Məmməd oğlu Axundov (28 aprel 1921, Balaxanı, Bakı qəzası – 6 fevral 2015, Moskva) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin nümayəndəsidir. == Həyatı == İkinci Dünya müharibəsi veteranı, rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı. Hüseyn Axundov 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış kimi, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər.
Hüseyn Rəsulbəyov
Hüseyn Cümşüd oğlu Rəsulbəyov (26 iyun 1917, Dərbənd, Dağıstan vilayəti – 17 sentyabr 1984, Bakı) — hərbi xadim, artilleriya general-leytenantı, Azərbaycanın rabitə naziri. == Həyatı == 1917-ci ilin 26 iyununda Dərbənddə poçt işçisinin ailəsində anadan olub. 1932-ci ildə Hüseyin Orconikidze şəhərindəki Rabitə və Yollar Politexnikumuna Siqnal, Mərkəzləşdirmə, Bloklama və Rabitə fakültəsinə (ORB) daxil olmuş və oranı siqnalizasiya və rabitə texnologiyası ixtisası mütəxəssisi kimi "əla" qiymətlərlə bitirmişdir. Bir müddət Mineralnıye Vodıdakı Şimali Qafqaz Dəmir yolunda uzaq rabitə mexaniki kimi çalışmış, 1936-cı ilin sentyabrında Leninqrad elektrotexnika siqnalizasiya və rabitə mühəndisləri institutuna oxumağa göndərilmişdir. == Hərbi karyerasının başlanğıcı == 1938-ci ilin oktyabrından 1941-ci ilin mayına qədər Moskvada Qırmızı Ordunun Dzerjinski adına Artilleriya Akademiyasında təhsil almışdır. 1941-ci ilin mayında Akademiyanı bitirdikdən sonra Odessadakı Dəniz Qüvvələri Qrupuna göndərilmişdir. == İkinci Dünya Müharibəsi == Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak etmişdir. Müharibə başlayanda o, 15-ci Hava Müdafiə Briqadasında rabitə cihazlarının mühəndisi kimi xidmət edirdi. 1943-cü ilin martına qədər bu vəzifədə çalışdı. 1943-cü ilin martından 1945-ci ilin mayına qədər Zaqafqaziya Cəbhəsinin 2-ci Hava Hücumundan Müdafiə Briqadasının artilleriya qrupunun rəhbəri olmuşdur.
Hüseyn Əliyev (rəssam)
Hüseyn Əlirza oğlu Əliyev (22 aprel 1911, Comardlı, Zəngəzur qəzası – 21 may 1991, Bakı) — fırça ustası, Azərbaycan xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda oxumuşdur (1932–1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. == Həyatı == Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927–1932). 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən). Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur.
Kadam Rəsul
Qadam-e-Rəsul (ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidiətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Kadam Rəsul məscidi
Qadam-e-Rəsul (ərəb : قدم الرسول) — Məhəmməd Peyğəmbərə ehtiramın bir növüdür. İslamın erkən dövrlərindən başlayan inancdan irəli gəlir ki, Məhəmməd qayaya ayaq basanda ayaq izi buraxmışdır. Bu inanc bəziləri tərəfindən heç vaxt qəbul edilmədi, lakin fikir geniş yayıldı və bu cür izlər, məsələn: Hindistandakı Dehli və Kattak bölgəsindəki Müqəddəs Ayaq izi ziyarətgahı və Topqapı sarayındakı nümayişlər və İstanbuldakı Əyyub Sultan məscidiətrafında bir çox ziyarətgahların yaranmasına səbəb oldu.
Kamal Əhmədov (rəssam)
Kamal Əhməd oğlu Əhmədov (28 fevral 1940, Bakı – 29 noyabr 1994, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992). == Həyatı == Kamal Əhmədov 1940-cı ildə fevralın 28-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama köçürlər. Atası Kamalı Əhmədovu ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Ə. Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb etmişdir. O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur. === Ailəsi === Bir müddət sonra rəssamın anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür.
Kamil Əliyev (rəssam)
Kamil Müseyib oğlu Əliyev (22 oktyabr 1921, İrəvan – 1 mart 2005, Bakı) — Azərbaycan xalçaçı-rəssamı, professor, Azərbaycan SSR xalq rəssamı (1982). == Həyatı == Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSRin mərkəzi İrəvan şəhərində anadan olmuşdur. Anası Xanım, atası Müseyib kişi olub. 1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən Kamil Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, döyüş rəşadətinə görə 22 orden və medalla təltif edilmişdir. Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olmuşdur. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Lidiya Rəsulova
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi. == Həyatı == Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərinin Sabunçu rayonunda, neftçi ailəsində anadan olmuşdur. O, Xudat Rəsulov və Məhbubə Rəsulovanın 7 övladından biri olub. 1959-cu ildə Bakıda 45 saylı orta məktəbi qızıl medalla bitirən Rəsulova Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1965-ci ildə universiteti rus dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirib. O, əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayıb. 1963-1966-cü illərdə sekçili gənclər təşkilatlarında, 1966-1981-ci illərdə partiya və sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Rəsulova 1964-1965-ci illərdən 1971-ci ilə qədər Lenin rayonu (indiki Sabunçu rayonu) partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1971-ci ildən isə Azərbaycan Kommmunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və təhsil şöbəsinin müdiri vəzifəsini icra edib. 1973-cü ildə MK-nın elm və təhsil şöbəsinin müdiri təyin edilib. O, 1975-ci ilin 25 dekabrında etibarən 5 il Nəsimi rayon partiya komitəsinin birinci katibi vəzifəsini yerinə yetirib. Burada işlədiyi dövrdə AKP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən Rəsulovanın MK-nın Təftiş komissiyasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb.
Lənkəran Dövlət Rəsm Qalereyası
Lənkəran Dövlət Rəsm Qalereyası — Qalereya Lənkəran şəhəri F.Məmmədov 1. ünvanında tarixi, dairəvi qalada yerləşir. Dairəvi qala 1747–1786-cı illərdə inşa edilmiş memarlıq abidəsidir. Lənkərаn Dövlət Rəsm Qаlеrеyаsı (LDRQ) 1981-ci ildə yаrаdılıb. Qalereyada ekspоnаtlаrın sаyı 124 ədəddir. Burada Azərbaycanın Tоğrul Nərimаnbəyоv, Nаdir Əbdürrəhmаnоv, Böyükаğа Mirzəzаdə, Lətif Fеyzullаyеv, Hаfiz Zеynаlоv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. == Fəaliyyəti == Qalereyada il ərzində 10–12 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir və tanınmış rəssamların sərgiləri nümayiş olunur. Qalereyada rəssamların sərgiləri ilə yanaşı uşaq yaradıcılığına da xüsusi yer verilir.
M.Ə.Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə və ya Rəsulzadə (az.-əski. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Madam de Pompadur (rəsm)
Madam de Pompadur (fr. Madame de Pompadour) — Fransua Buşe tərəfindən 1756-cı ildə çəkilmiş 201 x 157 sm ölçülü rəsm əsəri.
Marağa rəsədxanası
Marağa rəsədxanası — Elxan Hülakü xanın əmri himayəsi və alim astronom Nəsirəddin Tusi rəhbərliyi ilə yaradılmış astronomik rəsədxana. İranın Şərqi Azərbaycan ostanındakı Marağa şəhərində yerləşən rəsədxana 1259-cu ildə yaradılmışdır.YUNESKO 2009-cu ili "Marağa Rəsədxanası" ili adlandırıb. Bu tikili 1985-ci ildə İranın milli abidələri siyahısında qeydə alınıb və son illərdə dünya irsində qeydiyyata alınması üçün bu tarixi binanın dirçəldilməsi nəzərdə tutulub. == Tarixi == Keçmiş əsrlərin yadigarı, dünyanın hər zaman diqqət mərkəzində olan Marağa rəsədxanası 1259–1271-ci ildə yaradılmışdır. Rəsədxana Misirdən Çinə qədər geniş bir ərazinin görkəmli alimlərini öz ətrafına toplayaraq, həmin dövrün bütün elmləri ilə məşğul olduğu üçün, bir növ akademiyanı əvəz edirdi. Rəsədxana haqqında məlumat verən əsərlərdə qeyd olunduğuna görə, onun memarı Fəxrələddin Əhməd ibn Osman Mərağeyi olmuşdur. Həmin dövrdə rəsədxanada planetlərin şəkilləri, dairələr, 12 bürcün təsviri, yer üzünün, adalar və dənizlərin xəritəsi, coğrafi en və uzunluq ölçülərinin olduğu müəyyənləşdirilmişdir. Təxminən 52 il fəaliyyət göstərən Marağa rəsədxanası 600 ildən sonra, XIX əsrin ortalarında tədqiq olunmağa başlanılmışdır. Rəsədxanada işləmiş alimlərin sayı haqqında hələlik dəqiq məlumat yoxdur. Lakin "Rövzətüssəfa"nın müəllifi Mirxond, Əbqa / Abaqa xan tərəfindən Xacə Nəsirəddinin şagirdlərindən yüz nəfərinin mükafatlandırılması barədə məlumat verir.
Marina (rəssamlıq)
Marinistika (ital. marina - su) - dəniz görünüşü, dəniz döyüş səhnəsin və ya digər dənizdə hadisələri təsvir edən incəsənət janrı. == Rəssamlar == İvan Ayvazovski - erməni əsilli rus marinist.
Masallı Dövlət Rəsm Qalereyası
Mаsаllı Dövlət Rəsm Qаlеrеyаsı — Mаsаllı Dövlət Rəsm Qаlеrеyаsı (MDRQ) 1984-cü ildə yаrаdılıb. Masallı şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 130 ədəddir. Salam Salamzadə ,Maral Rəhmanzadə , Böyükağa Mirzəzadə ,Rəşad Mehdiyev , Arif Hüseynov, Şxəliyev Oqtay , Hafiz Kəngərli , Səlimov Əlisətdar , Əliyev Hüseyin , Tağı Tağıyev və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. == Xarici keçidlər == "Rəssam qızların sərgisi". masalli-ih.gov.az. İstifadə tarixi: 13.04.2021.
Mimozalı qadın (rəsm əsəri)
Mimozalı Qadın — Osman Hamdi Bey'in, həyat yoldaşı Marienin (sonrakı adıyla Nailə xanım) təsvir etdiyi 1906-cı il tarixli tablosudur. == Məlumat == Osman Həmdi Bəy, bu əsərini digər hesabatlarının əksinə şərqşünas bir şəkildə deyil, Avropada görülən axınlara uyğun olaraq çəkmişdir. Fonda hər hansı bir detal və desen yerleştirmemiş, fonu yalnız fon funksiyası görməsi üçün istifadə etmişdir. Fransız olan yoldaşının geyimləri yenə tamamilə dövrün Fransız modasına uyğundur. Həyat yoldaşı, əlində sarı rəngli bir dəstə mimoza çiçəyi tutmaqdadır.
Mingəçevir Dövlət Rəsm Qalereyası
== Haqqında == Mingəçevir Dövlət Rəsm Qalereyası — Dövlət Rəsm qalereyası şəhər əhalisinin müxtəlif təbəqələri arasında təsvir və dekorativ sənət əsərlərinin təbliği yeni yaradıcılıq nümunələrinin aşkarlanmasını təmin edən və bu vasitə ilə vətəndaşların estetik zövqünün, bədii dünyagörüşünün mədəni təfəkkürünün formalaşmasına xidmət edən mədəniyyət müəssisəsidir. == İstinadlar == == Xarici keçidlər == "Dövlət Rəsm Qalereyaları". azgallery.az. İstifadə tarixi: 19.04.2021. "Mingəçevir Dövlət Rəsm Qalereyası". medeniyyet.az. İstifadə tarixi: 19.04.2021. "Qalereyada rəsm sərgisi keçirilmişdir". www.yeniavaz.com. İstifadə tarixi: 19.04.2021.
Miniatür rəssamlığı
== Tarixi == Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. XIII əsrin əvvəllərində Əbd ül-Mömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa əlyazmasına çəkdiyi miniatürlər (Topqapı muzeyi, İstanbul) yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır. XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatiir sənəti süirətlə inkişal etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qudrətli mərkəzinə çevrilmişdi. XIV əsrin əvvəllərində Təbrizin Rəşidiyyə akademiya şəhərciyinin kitabxanasında yerli xəttat və rəssamlarla yanaşı Şərqi Türkistan, Orta Asiya və b. Şərq ölkələrindən toplanmış sənətkarlar fəaliyyət göstərir, dini, tarixi, elmi və poetik əsərlərin bədii əlyazma nüsxələrini hazırlayır, onları miniatürlərlə bəzəyirdilər. Bu dövr əlyazmalarrından Bəhtişunun “Mənafi əl-heyvan” əsərinə (1297-1298; Morqan kitabxanası, Nyu-York), Rəşidəddinin “Cami ət-təvarix” (1306-cı il nüsxəsi, Edinburq universiteti, Şotlandiya; 1314-cü il nüsxəsi, Kral Asiya Cəmiyyəti, London; 1318-ci il nüsxəsi, Topqapı muzeyi, İstanbul) əsərinin məlum nüsxələrinə çəkilmiş miniatürləri göstərmək olar. “Cami ət-təvarix” əlyazmalarının müxləlif rəssamlar tərəfindən çəkilmiş illüstrasiyaları Azərbaycan miniatür sənətinin inkişafında xüsusi mərhələ təşkil edir. XIV əsrin ortalarında Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-1350 illərə aid edilən “ Böyük Təbriz Şahnaməsi”, yaxud “ Demott Şahnaməsi” adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır.
Mirbala Rəsulov

Значение слова в других словарях