SƏBİR-ARAM

bax səbir-qərar. Səbir-aramı qalmamaq.
[Əbülhəsənbəy:] Səbrim-aramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi. M.S.Ordubadi.

Синонимы

  • SƏBİR-ARAM səbir-aram bax səbir I
SƏBİR₂
SƏBİR-QƏRAR
OBASTAN VİKİ
Səbir
Səbr — xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səbir (Lənkəran)
Səbir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. “Səbir” sözünün mənası müqəddəs “Quranda” Allahın “birinci” adı deməkdir. Əvvəllər bağ olan bu kənddə sırf azərbaycanlılar yaşayan “səbir edən” qəbilə yaşamışdı. 1900-cu illərdən sonra kəndin məscidi və dəyirmanı fəaliyyətdə olub.Çünki kənd camaatı taxılçılıq, maldarlı, bostançılıq və əkinçiliklə məşğul olublar. 1932-ci ildə “Səbir” kəndində yaradılan kolxoza “Bolşevik kolxozu” adı verilmişdi. Kəndin özünün dəyirmanı,xirmanı, 500 hektardan çox taxıl-əkin sahəsi, barıt anbarı və indiyə qədər yerdən 1 m-yə qədər kürsüsü toxunulmaz qalan Məscidi olub-qalmaqdadır və ocaq-pir kimi qorunur. Lənkərançayın bir qolu məhz bu kənddən keçib Xəzər dənizinə axirdı.Ona görə də çəltikçilik və çay sahələri salinib. Bu illərdə Lənkəranda məhz “Səbir” kəndində şəkər qamışı və şəkər çuğunduru əkilib-istehsal olunurdu. Ona görə də bu kolxoza “Şəkər bağı” adı verilib ki, 2000-ci illərdə “Leninçi” qəzetində öz əksini tapıb.
Səbir (dəqiqləşdirmə)
Səbir Səbir (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd.
Səbir qalası
Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır. Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar. Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər. Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi. 1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi. Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi.
Aram Açıqbaşyan
Aram Açıqbaşyan (erm. Արամ Աչըքպաշյան, türk. Aram Açıkbaşyan; gerçək adı: Qriqor Qarabedyan, erm. Գրիգոր Կարապետյան; 1867, Ərəbgir[d] – 15 iyun 1915, Konstantinopol) — Osmanlı ermənilərindən olan hüquqşünas, siyasətçi, təşkilatçı, fədai, terrorçu, Sosial Demokrat Hnçak partiyasının üzvü. == Həyatı == Aram Açıqbaşyan 1867-ci ildə Osmanlı imperiyasının Mamurətül-əziz vilayətində yerləşən Ərəbgir kəndində anadan olmuşdur. O, ali təhsilini 1886-cı ildən Konstantiniyyə Darülfünunun hüquq fakültəsində almışdır. Açıqbaşyan 1889-cu ildə Boyacıyan Hampartsum Murad Əfəndinin tövsiyəsi ilə Sosial Demokrat Hnçak partiyasının üzvləri ilə dostluq əlaqəsi qurmuşdur. O, 27 iyul 1890-cı ildə Qumqapı nümayişlərinin təşkilatçısı olmuşdur. 1894-cü ildən etibarən Anadaoludakı erməni fədailər hərəkatının təşkilatçısı olmağa başlamış və 1903-cü ildə Sosial Demokrat Hnçak partiyasının mərkəz komitəsinin üzvü olmuşdur. Açıqbaşyanın 1985-ci ildə gerçəkləşən Şəbinqarahisar üsyanında əhəmiyyətli bir rolu var idi.
Aram Kostandyan
Aram Kostandyan (22 yanvar 1894, Şuşa – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri. Aram Kostandyan 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Aram Mp3
Aram Sarqsyan (erm. Արամ Սարգսյան; 5 aprel 1984, İrəvan) — erməni müğənni, bəstəkar, teleaparıcı, aktyordur.
Aram Sarkisyan
Aram Qasparoviç Sarkisyan (erm. Արամ Գասպարի Սարգսյան; 14 avqust 1949, İrəvan) — Ermənistan siyasətçisi, rus dili və rus ədəbiyyatı müəllimi, kommunizm və sosial-demokratiya aktivisti. == Bioqrafiya == Aram Qasparoviç Sarkisyan 14 avqust 1949-cu il tarixində SSRİ-nin respublikalarından biri olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1967–1972-ci illərdə İrəvan Dövlət Dil Universitetində, daha sonra isə Moskva Yüksək Komsomol Məktəbində təhsil almışdır. Gənclik dövründə bir çox zavod və fabriklərdə işləmişdir. 1970–1980-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasında "Komsomolskaya pravda" və "Pravda" qəzetlərinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1971–1972-ci illərdə "Komsomolets" qəzetinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyət göstərmişdir. 14 may 1991-ci il tarixindən 7 sentyabr 1991-ci il tarixinə qədər Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. 1992–1995-ci illərdə "Azdarar" qəzetinin ümumi nəşriyyat direktoru olaraq fəaliyyət göstərmişdir.
Aram Xaçaturyan
Aram İliç Xaçaturyan (24 may (6 iyun) 1903, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası[…] və ya Kocori, Tiflis quberniyası, Rusiya imperiyası – 1 may 1978[…], Moskva, RSFSR, SSRİ[…]) — erməni mənşəli bəstəkar; Azərbaycan SSR xalq artisti (1973), SSRİ xalq artisti, 4 dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1950). Ermənistan SSR Dövlət himninin müəllifidir (1944).
Aram Yergenyan
Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti – 2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür. Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir. Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur. Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi.
Aram Şah
Aram şah və ya Erem şah (XII əsr – may 1211, Dehli) — Dehli Sultanlığının ikinci sultanı idi. O, 1210-cu ildə Sultan Qütbəddin Aybəkin gözlənilmədən ölümündən sonra Müəzzilər dövlətinin ikinci hökmdarı kimi Lahorda taxta çıxdı. Lakin o, tezliklə Eltutmuş tərəfindən məğlub edilərək 1211-ci ildə taxtdan endirildi. == Həyatı == Aram şah haqqında çox şey məlum olmayan bir şəxsdir. Onun atasının kim olduğu və Qütbəddin Aybəklə münasibəti bəlli deyil. Minhac-i Siracın “Təbəqat-i Nasiri”nin bəzi əlyazmalarında onun adından sonra “bin Aybək” (“Aybəkin oğlu”) ifadəsi gəlir. Bu, bəzi tarixçilərin onu Qütbəddin Aybəkin oğlu kimi qəbul etmələrinə səbəb olmuşdur.Aram şahın hakimiyyəti cəmi 8 ay davam etdi. O, bu qısa müddət ərzində heç bir ciddi uğur qazana bilmədi. 1211-ci ildə Eltutmuşla döyüşdə məğlub olub öldürüldü. Eltutmuş Dehli Sultanlığının üçüncü sultanı kimi taxta çıxdı.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Aram dili
Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) —— sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı. == Tarixi == Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur.
Aram Torqomyan
Aram Torqomyan — polkovnik.
Tək səbir (qəzet)
Tək səbir — ictimai-siyasi, satirik və yumorlu qəzet. "Şirvan" xeyriyyə cəmiyyəti tərəfindən 1992-ci ildə təsis edilmişdir. Ayda iki dəfə nəşr olunur. "Molla Nəsrəddin" jurnalının bugünkü xələflərindən biridir. Naşiri və redaktoru İsgəndər Etibardır. Qəzetin ilk sayındakı proqram səciyyəli yazıda deyilir: "...bu günün ictimai-siyasi hadisələrini onların (C.Məmmədquluzadə, M.Ə.Sabir - red.) ruhuna sədaqətlə şərh etməyə, gülməlilərə gülməyə, ağlamalılara ağlamağa çalışacağıq". Qəzetin adı M.Ə.Sabirin ilk dəfə "Molla Nəsrəddin" jurnalında (1908, N3) imzasız çap olunmuş "Səbir", sonrakı nəşrlərə "Tək səbir" adı ilə daxil edilmiş şeirindən götürülmüşdür. Təzə həyat (qəzet) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.
Aram küçəsi (İrəvan)
Aram küçəsi (erm. Արամի փողոց) — İrəvan şəhərinin mərkəzi hisdəsində yerləşən küçə. Küçə Birinci Ermənistan Respublikasının siyasi liderlərindən biri olmuş Aram Manukyanın şərəfinə adlandırılmışdır. O, 1918–1919-cu illərdə ölkənin daxili işlər, əmək və təhsil naziri vəzihələrini daşımışdır. == Maraqlı faktlar == Aram küçəsi Xancyan küçəsindən başlayır. Bu başlanğın İrəvanın ən böyü bazarı olan Vernisajın önündən baş verir. Küçənin sonucu isə Ermənusysnın baş poçt idarəsi qarşısında bitir. Ermənistan Rusiya imperiyası tərkibində olduğu zaman küçə Çarskaya adını daşıyırdı. İrəvanın ən qədim küçələrindən biridir. Üstəlik sovetlər dönəmindən öncəyə aid barmaqla sayııacaq küçəsində biridir.
Məlik Aram Məlikyeqanlı
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Sultan Aram şah
Aram şah və ya Erem şah (XII əsr – may 1211, Dehli) — Dehli Sultanlığının ikinci sultanı idi. O, 1210-cu ildə Sultan Qütbəddin Aybəkin gözlənilmədən ölümündən sonra Müəzzilər dövlətinin ikinci hökmdarı kimi Lahorda taxta çıxdı. Lakin o, tezliklə Eltutmuş tərəfindən məğlub edilərək 1211-ci ildə taxtdan endirildi. Aram şah haqqında çox şey məlum olmayan bir şəxsdir. Onun atasının kim olduğu və Qütbəddin Aybəklə münasibəti bəlli deyil. Minhac-i Siracın “Təbəqat-i Nasiri”nin bəzi əlyazmalarında onun adından sonra “bin Aybək” (“Aybəkin oğlu”) ifadəsi gəlir. Bu, bəzi tarixçilərin onu Qütbəddin Aybəkin oğlu kimi qəbul etmələrinə səbəb olmuşdur.Aram şahın hakimiyyəti cəmi 8 ay davam etdi. O, bu qısa müddət ərzində heç bir ciddi uğur qazana bilmədi. 1211-ci ildə Eltutmuşla döyüşdə məğlub olub öldürüldü. Eltutmuş Dehli Sultanlığının üçüncü sultanı kimi taxta çıxdı.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.

Значение слова в других словарях