SƏBZƏLİ

прил. къацубур (къацу хъчар) галай.
SƏBZƏ
SƏBZƏVAT
OBASTAN VİKİ
Səbzəli Cavadov
Səbzəli Cavadov (ing. Sabzali Javadov; əsl adı Səbzəli Əbil oğlu Cavadov; 20 may 1960, Xaçmaz) — Azərbaycan və ABŞ alimi, tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü. == Həyatı == Səbzəli Cavadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olub. 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir. 1977-1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır. 1983-1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir. 1986-cı ildə biokimya və kardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1986-1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə etmişdir.
Mahir Səbzəliyev
Mahir Səbzəliyev (Səbzəliyev Mahir Mirzəxan oğlu; 11 fevral 1951, Ağsu rayonu) — Azərbaycan alimi, professor, riyaziyyat üzrə elmlər doktoru. == Həyatı == Mahir Səbzəliyev 1951-ci ilin fevralın 11-də Ağsu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsindən məzun olmuşdur. 1982-ci ildə "Diferensial tənliklər, Kiçik parametr daxil olan xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri" elmi işini müdafiə edərək riyaziyyat üzrə elmlər namizədi elmi dərəcəsini almışdır. 2013-cü ildə "Diferensial tənliklər, Sinqulyar həyəcanlanmış diferensial tənliklər nəzəriyyəsinin bəzi məsələləri" elmi işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mahir Səbzəliyev əmək fəaliyyətinə 1971-ci ildə Ağsu rayonunda riyaziyyat müəllimi kimi başlamış və 1977-ci ildən isə fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspirant, 1980-ci ildən isə həmin universitetdə böyük laborant kimi davam etmişdir. 1984-cü ildə "Xəzərdənizneftqazsənaye" ÜSB-nin Hesablama Mərkəzində böyük mühəndis vəzifəsində işə başlamış və 1988-ci ilə kimi bu vəzifəni icra etmişdir. 1988–2011 illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ali riyaziyyat kafedrasında baş müəllim, dosent kimi çalışmışdır. 2011–2016-cı illərdə isə həmin kafedranın müdiri vəzifəsini tutmuşdur. 2017-ci ildə həmin universitetinin ümumi və tətbiqi riyaziyyat kafedrasının professoru elmi adını almışdır.

Digər lüğətlərdə