Siyasətdə sol və sağın bölünməsi
Siyasətdə sol və sağın bölünməsi — siyasi mövqelərin, ideologiyaların və partiyaların təsnifləşdirmə sistemi. Baxmayaraq ki, müəyyən bir şəxs və ya qrup bir mövzuda solçu mövqe, başqa bir mövzuda sağçı mövqe tuta bilər, solçuluq və sağçılıq adətən bir-birlərinə zidd olaraq göstərilir. Həmçinin, bəzi mövqelər üst-üstə düşə bilər və ideologiyadan asılı olaraq həm solçu, həm də sağçı mövqe kimi qiymətləndirilə bilər. Bu terminlər Fransada yaradılmışdır. Sol "hərəkət partiyası", sağ isə "intizam partiyası" adlandırılmışdır. Aralıq mövqe mərkəzçilik, bu mövqeni tutan şəxs isə mərkəzçi və ya mötədil adlanır.
Ümumiyyətcə qəbul edilib ki, solçulara tərəqqipərvərlər, yaşıllar, kommunistlər, sosial-demokratlar, sosialistlər, sindikalistlər, sosial liberallar, demokratik sosialistlər, solçu libertarianistlər, sekulyaristlər, avtonomistlər, antiimperialistlər, antikapitalistlər və anarxistlər daxildir.
Ümumiyyətcə qəbul edilib ki, sağçılara mühafizəkarlar, mürtəcelər, yeni mühafizəkarlar, milliyətçi demokratlar, eləcə də kapitalistlər, sağçı liberallar, sağçı libertarianlar, milliyətçilər, sosial avtoritarlar, monarxistlər, teokratlar və sağçı populistlər daxildir.