sənədləşdirilmiş informasiya

Maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsinə imkan verən rekvizitlərə malik informasiya

sənəd abidəsi
sənədli abidələr
OBASTAN VİKİ
Sənədləşdirilmiş sübut
Sənədləşdirilmiş sübut, Yazılı sübut və ya Sənədli sübut — məhkəmə işi üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlərdən ibarət sübut. Bu mənada o, şifahi şahid ifadələrindən fərqlənir. Sənədləşdirilmiş sübut çox zaman yazılı sübutlarla (qəbz, müqavilə və ya vəsiyyətnamə kimi) əlaqədar istifadə edilir, lakin informasiyanı özündə əks etdirən digər vasitələr də, məsələn, fotoşəkillər; lent yazısı və film kimi nümayiş etdirilməsi üçün xüsusi mexaniki cihaza ehtiyacı olan vasitələr; həmçinin elektron poçt kimi rəqəmsal sübutların çap edilmiş forması da sənədləşdirilmiş sübut hesab olunur. Bir qayda olaraq, sənədləşdirilmiş sübutlar sübut kimi qəbul edilməzdən əvvəl, onların orijinallığı digər sübutlarla təsdiqlənməlidir. Əgər sənəd onun məzmununun müəyyənləşdirilməsi deyil, başqa məqsədlə təqdim edilmişdirsə, o, sənədli sübut hesab olunmayacaq. Məsələn, əgər üzərində qan ləkəsi olan məktub sadəcə cavabdehin məktubun müəllifini məktubu yazarkən arxadan bıçaqladığını göstərmək üçün təqdim olunubsa, o halda həmin məktub sənədli deyil, maddi sübut hesab olunacaq. Əəgr daha sonra eyni məktubun məzmunu qəsdən adamöldürmənin motivini sübut etmək üçün təqdim edilərsə, o halda həm maddi, həm də sənədli sübut hesab olunacaq. == Autentikasiya == Sənədləşdirilmiş sübutların təsdiq edilməsi üçün müxtəlif autentikasiya üsulları tətbiq olunur: şahid ifadələri, sənədlərin həqiqiliyinin müəyyən edilməsi, ekspertiza, güman edilən müəllifin əlyazmasını müəyyən edə biləcək şahidin ifadəsi və s.
İnformasiya
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
İnformasiya axtarışı
İnformasiya axtarışı— İnformasiya sisteminin başlıca vəzifəsi olub, sorğulara cavab verən informasiyanın axtarılıb — tapılması və istifadəçilərə çatdırılmasıdır. == Ümumi məlumat == İnformasiya axtarışı istifadəçinin sorğusuna uyğun cavabları özündə əks etdirən sənədlərin və ya həmin sənədlərin göstəricilərinin tapılması prosedurundan ibarətdir. Faktoqrafik informasiya sistemlərindlə istifadəçinin sorğusuna cavab kimi konkret faktlar (verilənlər) təqdim edilir, sənədli sistemlərdə isə informasiya axtarışı nəticəsində istifadəçiyə onun sorğusuna uyğun sənədlər verilir. Bəzən elə hallar olur ki, istifadəçiyə sənədlərin özü yox, onların göstəriciləri (saxlandıqları yer və ya şəbəkə ünvanı (URL) təqdim edilir. İstənilən sənədli və faktoqrafik sistemlərdə informasiya axtarışı, istifadəçinin informasiyaya olan tələbatlarını ödəmək üçün verdiyi sorğu əsasında aparılır. Bu münasibətlərin istifadə edilməsi üçün İAS-nin nəzəriyyəsinə iki fundamental axtarış daxil edilmişdir. Onlar pertinentlik və relevantlıqdır. Pertinentlik dedikdə sənədin məzmununun istifadəçinin informasiya tələbatına uyğunluğu başa düşülür. İnformasiya tələbatını ödəyən sənədlərə pertinent sənədlər deyilir. Relevantlıq sənədin məzmununun informasiya sorğusuna uyğunluğunun göstəricisidir.
İnformasiya boşalması
İnformasiya boşalması (ing. underflowing) – iki qurğu, yaxud proses arasında informasiya mübadiləsi zamanı buferə verilənlərin daxilolma sürətinin, onların oradan oxunma sürətindən az olması nəticəsində yaranan hal. Məsələn, CD-R və ya DVD-R diskinə informasiyanın yazılışı zamanı qurğu bütün yazma prosesi boyunca eyni bir sürətlə fırlanmalıdır. Əgər kompüter hər hansı səbəbdən (şəbəkədə olan problem, yaxud verilənlərin götürüldüyü qurğunun yavaş sürətli olması səbəbindən) verilənləri qurğuya tələb olunan sürətlə çatdıra bilmirsə, onda buferin boşalması baş verir və nəticədə diskin yazılışı uğurlu olmur. Bunun aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar: hazırda çalışan başqa proqramlar olub-olmamasına əmin olmaq, yazılışı aşağı sürətlə aparmaq, kompüteri müvəqqəti olaraq şəbəkədən ayırmaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnformasiya bərabərsizliyi
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik — smartfonlar, planşetlər, noutbuklar və internet də daxil olmaqla rəqəmsal texnologiyaya bərabər olmayan çıxış. İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) dünya iqtisadiyyatlarının və sosial əlaqənin əsası kimi istehsal texnologiyalarını alt-üst etdiyi informasiya dövründə internetə və digər İKT-lərə çıxışı olmayan insanlar sosial-iqtisadi cəhətdən əlverişsiz vəziyyətdədirlər; çünki iş tapa bilmirlər, işə müraciət edə bilmirlər, alış-veriş edə bilmirlər və öyrənə bilmirlər. == Tarixi == Avropadakı rəqəmsal bərabərsizliyin tarixi kökləri erkən müasir dövrdə yazılı və çap mediası vasitəsilə real vaxt rejimində hesablama, qərar qəbul etmə və vizuallaşdırma formalarına daxil ola bilən və bilməyənlər arasında artan bərabərsizliyə istinad edir. Bu kontekstdə təhsil və məlumatın sərbəst paylanması arasındakı əlaqə ilə bağlı etik müzakirələr Meri Uolstonkraft, İmmanuel Kant və Jan Jak Russo (1712–1778) kimi mütəfəkkirlər tərəfindən qaldırılmışdır. Russo hər hansı bir cəmiyyətin iqtisadi faydalarının ədalətli və mənalı şəkildə bölüşdürülməsini təmin etmək üçün hökumətlərin müdaxilə etməli olduğunu müdafiə edirdi. Böyük Britaniyada Sənaye inqilabı fonunda Russonun ideyası yeni istehsal formalarından zərər görənlər üçün təhlükəsizlik şəbəkəsi yaradan zəif qanunları əsaslandırmağa kömək etdi. Sonralar teleqraf və poçt sistemləri inkişaf etdikdə, bir çoxları Russonun ideyalarından istifadə edərək, hətta çətin xidmət göstərən vətəndaşların subsidiyalaşdırılmasını nəzərdə tutsa belə, bu xidmətlərdən tam istifadə etmək üçün mübahisə edirdilər. Beləliklə, "universal xidmətlər" ABŞ-də AT&T kimi telefon xidmətləri çətin kənd istifadəçilərinə xidmət göstərməyə imkan verən tənzimləmə və vergitutma sahəsində innovasiyalar demək idi. 1996-cı ildə telekommunikasiya və internet şirkətləri birləşdikcə, Federal Kommunikasiya Komissiyası rəqəmsal bərabərsizliyi aradan qaldırmaq üçün tənzimləmə strategiyalarını və vergi siyasətini nəzərdən keçirmək üçün 1996-cı ildə Telekommunikasiya Xidmətləri Aktını qəbul etdi. "Rəqəmsal bərabərsizlik" termini bərabərsizliyin aradan qaldırılması üçün informasiya və kommunikasiya texnologiyaları şirkətlərini vergi və tənzimləməyə çalışan istehlakçı qrupları arasında istifadə olunsa da, mövzu tezliklə qlobal mərhələyə keçib.
İnformasiya cəmiyyəti
İnformasiya cəmiyyəti — əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyət. İnformasiya cəmiyyəti IC postsənaye cəmiyyətinin bir konsepsiyasıdır. Bu, istehsalatın əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiyanın inkişafının yeni tarixi fazasıdır. İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır. İC-nin fərqləndirici cəhəti: Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması; daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması; insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılmasıır. == İC-nin xarakterik xüsusiyyətləri == Mənbə: informasiya böhranı aradan qalxır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyyət həll olunur; informasiyanın başqa resurslardan üstünlüyü təmin edilmiş olur; bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır; informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır; informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir; inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır; İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı reallaşır; təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsi artır; İC-nin də xarakterik xüsusiyyətləri ilə yanaşı təhlükəli meylləri vardır. Bunları aşağıdakı kimi vermək olar: cəmiyyətə kütləvi informasiya vasitələrinin təsiri artır; informasiya texnologiyaları təşkilatların və insanların şəxsi həyatına dağıdıcı təsirlər edə bilər; informasiya bolluğunda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır; insanların böyük əksəriyyətində yeni cəmiyyətə uyğunlaşmaq çətinliklər yaradır.
İnformasiya direktoru
İnformasiya direktoru – təşkilatın aşağıdakılar üçün məsul rəsmi şəxsi: İnformaiya texnologiyalarının əldə edilməsinin və informasiya resurslarının idarə edilməsinin qanunvericiliyə, sərəncamlara, göstərişlərə, siyasətlərə, qaydalara və rəhbərliyin müəyyən etdiyi prioritetlərə uyğun tərzdə həyata keçirilməsini təmin etmək üçün təşkilatın icra rəhbərliyinə və digər yuxarı idarəetmə heyətinə məsləhət və digər köməyin təmin edilməsi; Təşkilat üçün nöqsansız və inteqrativ informasiya texnologiyaları arxitekturasının işlənməsi, gerçəkləşdirilməsi, saxlanması və inkişaf etdirilməsi; İş proseslərinin təkmilləşdirilməsi də daxil olmaqla təşkilat üçün bütün əsas informasiya resurslarının idarə edilməsi proseslərinin effektiv və səmərəli layihə və istismarını təkmilləşdirmək. == Ədəbiyyat == İmamverdiyev Y. N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
İnformasiya elmi
İnformasiya elmi (ing. İnformation science) ― informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası gənc elm sahəsidir. "İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir. == Məzmunu və yanaşması == İnformasiya elmi maraqlı tərəflər nöqteyi-nəzərindən məlumatı başa düşməyə və sonra lazım olduqda informasiya və digər texnologiyaların tətbiqinə yönəlib. Başqa sözlə desək, bu elm o sistem daxilində ayrı-ayrı texnologiya parçalarını deyil, sistemli problemləri həll edir. Bu baxımdan, informasiya elminin texnoloji determinizmə, texnologiyaların “öz imkanlarını reallaşdıran, yalnız maddi resurslar və tərtibatçıların yaradıcılığı ilə məhdudlaşan öz qanunlarına uyğun təkamül etdiyi” inamına cavab olduğunu görmək olar. Buna görə də, onlar müstəqil idarəetmə sistemi kimi qəbul edilməlidir və nəticədə cəmiyyətin bütün digər alt sistemlərinə nüfuz etməlidir." == Ümumi məlumat == İnformasiya elminin formalaşmasına təkan verən əsas səbəb amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir. 1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing.
İnformasiya fəlsəfəsi
İnformasiya fəlsəfəsi — məlumat anlayışını öyrənən fəlsəfənin bir qolu. İnformasiya fəlsəfəsi həm mövzunun tarixi aspektləri, həm də sistemləşdirmə ilə məşğul olur. Fəlsəfənin bu qolu 20-ci əsrin sonlarında formalaşmışdır; adı 1990-cı illərdə L. Floridi tərəfindən təqdim edilmişdir. İnformasiya fəlsəfəsi məlumatın təbiətinin və əsaslarının, o cümlədən onun dinamikasının, istifadəsinin və elmi tədqiqinin öyrənilməsi və informasiya nəzəriyyəsinin və hesablama metodlarının işlənib hazırlanması və fəlsəfi problemlərə tətbiqi ilə məşğul olan fəlsəfənin bir sahəsidir. == Hekayə == Erkən inkişaf, Floridinin 1930-cu illərdə Türinqin işinə gedib çıxan "süni intellekt fəlsəfəsi" idi. Artıq 1964-cü ildə bu mövzuda mindən çox məqalə var idi. Floridi informasiya fəlsəfəsinin mənşəyini A. Slomanın (ing.) rus əsərində izləyir. 1978-ci ildə nəşr olunan "Fəlsəfədə kompüter inqilabı". Sloman belə bir fikir irəli sürdü: bir neçə il ərzində süni intellektlə bağlı əsərlərlə tanış olmayan filosoflar özlərini peşəkarcasına səriştəsiz tapacaqlar; süni intellektlə bağlı əsərlərlə tanış olmadan ağıl, qnoseologiya, estetika, elm fəlsəfəsi, dil fəlsəfəsi, etika fənlərinin tədrisi fizikləri kvant mexanikası ilə tanış etmədən öyrətməyə bənzəyəcək. Floridi 1992-ci ildə "hesablama dönüşü"ndən danışan Lesli Burkholderin işini də vurğulayır: informatika elminin praktiki inkişafı təkcə təbiət elminin deyil, həm də metodların geniş dəyişməsinə səbəb olmalı idi.
İnformasiya magistralı
İnformasiya magistralı (ing. Infobahn (information bahn), rus. информационная магистраль, türk. bilgi yolu) – “information superhighway” üçün qısaltma. Alman dilindəki sürətli avtomagistralların adından (autobahn) götürülüb. 1990-cı illərdə populyar olan termin. Kompüter texnologiyaları və siqnalları mövcud modemli onlayn sistemlərdən dəfələrlə çox sürətlə buraxa bilən optik-lif rabitə xətləri bazasında olan rəqəmsal ikitərəfli rabitə vasitəsini bildirir. İnformasiyanın belə rabitə magistralı ilə ötürülməsi tamamilə yeni imkanlar açır. Məsələn, interaktiv televiziyanın yaradılmasında: tamaşaçı minlərlə hazır proqramın, filmin və verilişin arasından seçim edə bilər, yeni verilişlərin hazırlanmasında və translyasiya olunmasında aktiv iştirak edə bilər – sərbəst olaraq bir videokameradan başqasına keçə bilər, yaxud kameranı lazım olan istiqamətə dönməyə məcbur edə bilər. Hesab edilir ki, bu sistem televiziyanı əvəz edəcək, həm də eyni zamanda videotelefon və telestudiya olacaq.
İnformasiya menecmenti
İnformasiya menecmenti – XX əsrin 70-ci illərində meydana gələn informasiyanın idarəolunması və bölüşdürülməsini təmin edən menecmentin xüsusi sahəsidir. == Menecmentdə informasiya anlayışı == İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq. İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə: texniki, sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər informasiya növlərini fərqləndirmək olar. Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqin ümumi xüsusiyyətləri də bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa üzvlərinə çatdıra bilsinlər.
İnformasiya müharibələri
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
İnformasiya müharibəsi
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
İnformasiya mədəniyyəti
İnformasiya mədəniyyəti (en: Information culture, ru: Информационная культура) — insanın informasiya cəmiyyətinə uyğunlaşması üçün zəruri olan bilik və vərdişlərdir. Hazırda bu anlayış altında, ilk növbədə, informasiya texnologiyalarından istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Başqa sözlə, informasiya cəmiyyətində o insan “mədəni” hesab olunur ki, o, informasiya texnologiyalarından istifadə edə bilir. İnformasiya mədəniyyətinin formalaşmasında kom pyuter şəbəkələrinin rolu çox böyükdür. İnformasiya mədəniyyəti: Cəmiyyətin informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən effektli istifadə etmək bacarığıdır Cəmiyyətdə informasiyalaşma və informasiya texnologiyaları vasitələrinin inkişafı sahəsində qabaqcıl nəaliyyətlərin tətbiqidir Müasir texniki vasitə və metodlardan, kompüter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığıdır.
İnformasiya mərkəzi
İnformasiya mərkəzi (ing. information center, rus. информационный центр ~ tr. bilgi merkezi) – adətən, böyük kompüter kompleksi və onunla bağlı olan yerlər (binalar); təşkilatda informasiyanın idarə olunması və paylanması mərkəzi. Bu termin informasiyanın seçilib götürülməsi və qərar qəbul edilməsi prosesinə yardım üçün nəzərdə tutulmuş xüsusi növ hesablama sisteminə də aid edilə bilər; belə sistemdə informasiya, adətən, yalnız oxumaq üçün nəzərdə tutulub və informasiyanı göndərən başqa sistemlərdən çıxarılan və ya alınan verilənlərdən ibarətdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya nəzəriyyəsi
İnformasiya nəzəriyyəsi (ing. information theory; rus. теория информации; türk. bilişim kuramı) – predmeti informasiyanın xarakteristikaları və ötürülməsi olan riyazi fənn. İnformasiya nəzəriyyəsində başlıca olaraq kommunikasiyanın, informasiyanın kabellərlə ötürülməsindən tutmuş, bütövlükdə cəmiyyətdə informasiya axınına baxılmasınadək, verilənlərin həcmi, veriliş sürəti, kanalın buraxılış imkanı və verilişin dəqiqliyi kimi aspektlərinə baxılır. 1948-ci ildə riyaziyyatçı Klod Elvud Şemon (C.E.Shannon) tərəfindən yaradılmış informasiya nəzəriyyəsi ilkin olaraq rabitə sahəsində tətbiq olunmuş, hazırda isə hesablama texnikası da daxil olmaqla digər sahələrə tətbiq edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya partlayışı
İnformasiya partlayışı (ing. information explosion, rus. информационный взрыв, türk. bilgi patlaması) – bəşər tarixinin hazırkı dövrünə aid işlədilən geniş yayılmış termin; bu dövr onunla səciyyəvidir ki, informasiyaya yiyələnmək və onu yaymaq mexanikləşdirmə və sənayeləşdirməni çəmiyyətin hərəkətverici qüvvəsi kimi sıxışdırdı. Bu termin həm də bu gün kütləvi informasiyanın həcminin sürətlə artmasını göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=991165 Conceptualizing Information Systems and Cognitive Sustainability in 21st Century 'Attention' Economies (Includes Syllabus) http://www.sims.berkeley.edu/research/projects/how-much-info-2003/ How Much Information?
İnformasiya prosesləri
İnformasiya proseslərinə — informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir. İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir. İnformasiyanın saxlanması — informasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılmasını nəzərdə tutur. İnformasiya daşıyıcısı kimi kağızdan, köhnə kompüterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiya sistemi
İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır. İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir: tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir. istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorğular aydın və obyektiv olmalı, sorğulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.
İnformasiya texnologiyaları
İnformasiya texnologiyası (ing. information technologies) — informasiya termini latınca "informatio" sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca "techne" (ustalıq, bacarıq) və "logos" (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir. İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. == İnformasiya texnologiyalarının tarixi == "İnformasiya texnologiyaları" istilahı təxminən 1970-ci illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər и informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. Tarixən belə olub ki, ordular bu cür tədqiqatları stimullaşdırdılar, bununla da mexanikləşdirmə və hesablama texnikası sahəsində innovasiyaları təkan veridilər və maliyyələşdirdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert и Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur.
İnformasiya texnologiyası
İnformasiya texnologiyası (ing. information technologies) — informasiya termini latınca "informatio" sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir. texnologiya sözü yunanca "techne" (ustalıq, bacarıq) və "logos" (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunun və həmin proseslərin özlərini ifadə edir. İnformasiya texnologiyası verilənlərin toplanması, ötürülməsi və emalı üçün üsul və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir. == İnformasiya texnologiyalarının tarixi == "İnformasiya texnologiyaları" istilahı təxminən 1970-ci illərdə meydana gəldi. Amma onun əsas konsepsiyası daha əvvəl izlənilirdi. 20-ci əsr boyu ordular elektronika, kompüterlər и informasiya nəzəriyyəsini inkişaf etdirmək üçün müxtəlif sənaye sahələri ilə birləşdilər. Tarixən belə olub ki, ordular bu cür tədqiqatları stimullaşdırdılar, bununla da mexanikləşdirmə və hesablama texnikası sahəsində innovasiyaları təkan veridilər və maliyyələşdirdilər. 1971-ci ildə İT üçün əlamətdar hadisə baş verdi, belə ki, ilk e-poçt mesajı iki meynfreym arasında göndərildi. İlk kommersiya kompüteri ABŞ Siyahıyaalma Bürosu üçün C. Presper Ekkert и Con Moçli tərəfindən hazırlanmış UNIVAC I olmuşdur.
İnformasiya təhlükəsizliyi
İnformasiya təhlükəsizliyi – informasiya risklərini azaldaraq onu qorumaq təcrübəsi. Bu, informasiya risklərinin idarə edilməsinin bir hissəsidir. İnformasiya təhlükəsizliyi adətən verilənlərə icazəsiz və ya qeyri-münasib formada girişin, onlardan qeyri-qanuni istifadənin, informasiyanın açıqlanmasının, pozulmasının, silinməsinin, dəyişdirilməsinin, təftiş edilməsinin, qeydə alınmasının və ya dəyərsizləşdirilməsinin qarşısının alınmasını və ya azaldılmasını əhatə edir. Bu, həmçinin bu cür hadisələrin mənfi təsirlərini azaltmağa yönəlmiş tədbirləri özündə birləşdirir. Qorunan informasiya istənilən formada ola bilər. Bunlara elektron və ya fiziki, maddi (məsələn, sənədləşmə işləri) və ya qeyri-maddi (məsələn, bilik) forma daxildir. İnformasiya təhlükəsizliyinin əsas diqqəti təşkilatın məhsuldarlığına maneçilik törətmədən, məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının balanslaşdırılmış qorunması, səmərəli siyasətin həyata keçirilməsinə yönəlmişdir. Buna əsasən aşağıdakıları əhatə edən strukturlaşdırılmış risklərin idarə edilməsi prosesi vasitəsilə nail olunur: İnformasiyanın və əlaqəli aktivlərin, əlavə olaraq potensial təhlükələrin, boşluqların və təsirlərin müəyyən edilməsi; Risklərin qiymətləndirilməsi; Risklərin necə həll edilməsi barədə qərarın verilməsi; Riskin azaldılması tələb olunduğu zaman müvafiq təhlükəsizlik nəzarətinin seçilməsi və ya layihələndirilməsi, onların həyata keçirilməsi Fəaliyyətlərin monitorinqi və hər hansı bir problemi, dəyişiklik və ya təkmilləşdirmə imkanlarını həll etmək üçün lazım olduqda düzəlişlər etmək Bu intizamı standartlaşdırmaq üçün alimlər və peşəkarlar parollar, antivirus proqramı, qoruyucu divarlar, şifrələmə proqramı, hüquqi məsuliyyət, təhlükəsizlik şüuru və təlimi, həmçinin daha başqa mövzular üzrə təlimatlar, siyasətlər və sənaye standartları təklif etmək üçün əməkdaşlıq edirlər. Bu standartlaşdırma daha çox məlumatların əldə edilməsi, işlənməsi, saxlanması, ötürülməsi və məhv edilməsinə təsir edən geniş çeşidli qanun və qaydalarla idarə oluna bilər. Bununla belə, daimi təkmilləşdirmə mədəniyyəti qəbul edilmədiyi halda müəssisə daxilində hər hansı standart və təlimatın tətbiqi məhdud təsir göstərə bilər.
İnformasiya çıxarma
İnformasiya çıxarma (ing. information extraction, rus. извлечение информации, türk. bilgi çıkarma) – təbii (insan) dildə yazılmış sənədlərdən tanınabilən informasiyanın kompüter vasitəsilə çıxardılmasından ibarət hərəkət; məsələn, ingilis dilində hava haqqında məlumatı oxuyub, tarix və temperaturlar cədvəlinin qurulması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya azadlığı
Məlumat azadlığı və ya İnformasiya azadlığı — fərdin məlumatı dərc etmək və istehlak etmək azadlığı. Məlumat əldə etmək fərdin məlumatı səmərəli şəkildə axtarmaq, qəbul etmək və ötürmək qabiliyyətidir. Bura bəzən "elmi, yerli və ənənəvi biliklər; məlumat azadlığı, açıq internet və açıq standartlar daxil olmaqla, açıq bilik resurslarının yaradılması, məlumatların açıq əldə edilməsi və əlçatanlığı; rəqəmsal irsin qorunması; mədəni və dil müxtəlifliyinə hörmət, məsələn, əlçatan dillərdə yerli məzmuna çıxışı təşviq etmək, hamı üçün ömür boyu və elektron keyfiyyətli təhsil; əlillər tərəfindən bacarıq, təhsil, cins, yaş, irq, etnik mənsubiyyət və əlçatanlığa əsaslanan bərabərsizliklərin aradan qaldırılması da daxil olmaqla, yeni media və informasiya savadlılığının və bacarıqlarının yayılması və onlayn sosial inklüzivlik; mobil rabitə, internet və genişzolaqlı infrastruktur da daxil olmaqla əlaqə və əlverişli İKT-nin inkişafı" aiddir. İnformasiyanın açıq nəşri və formal informasiya azadlığı qanunları da daxil olmaqla, hökumət məlumatlarına ictimai çıxış geniş şəkildə hökumətdə demokratiyanın və dürüstlüyün mühüm əsas komponenti hesab olunur. Maykl Baklend məlumat əldə etmək üçün aradan qaldırılmalı olan altı növ maneəni müəyyən edib: mənbənin identifikasiyası, mənbənin mövcudluğu, istifadəçinin qiyməti, provayderin dəyəri, koqnitiv giriş və məqbulluq. "İnformasiya əldə etmək", "məlumat əldə etmək hüququ", "bilmək hüququ" və "məlumat azadlığı" bəzən sinonim kimi istifadə edilsə də, müxtəlif terminologiyalar məsələnin xüsusi (əlaqəli olsa da) ölçülərini vurğulayır. Məlumat azadlığı şifahi, yazılı, çap, elektron və ya bədii formalar vasitəsilə istənilən mühitə tətbiq edilə bilən ifadə azadlığı ilə bağlıdır. Bu o deməkdir ki, söz azadlığının hüquq kimi müdafiəsi təkcə məzmunu deyil, həm də ifadə vasitələrini əhatə edir. Məlumat azadlığı internet və informasiya texnologiyalarının məzmununda bəzən məxfilik hüququ ilə ziddiyyət təşkil edən ayrıca anlayışdır. İfadə azadlığı hüququ kimi, şəxsi toxunulmazlıq hüququ da qəbul edilən insan hüququdur və məlumat azadlığı bu hüququn genişləndirilməsi kimi çıxış edir.
İnformasiya dövrü
İnformasiya çağı, İnformasiya əsri, Rəqəmsal dövr, Rəqəmsal əsr — XX əsrin ortalarından başlayan tarixi dövr. Sənaye inqilabı zamanı qurulan ənənəvi sənayelərdən informasiya texnologiyalarına əsaslanan iqtisadiyyata sürətli keçid ilə xarakterizə olunur. İnformasiya çağının başlanğıcı 1947-ci ildə tranzistorun, 1957-ci ildə optik gücləndiricinin və 1970-ci il yanvarın 1-də başlayan "Unix" vaxtının inkişafı ilə əlaqələndirilir. Bu texnoloji irəliləyişlər məlumatın emalına və ötürülməsinə əhəmiyyətli təsir göstərmişdir. Birləşmiş Millətlər Təşkilatının Dövlət İdarəetmə Şəbəkəsinə görə, İnformasiya çağı sosial təkamülün hərəkətverici qüvvəsi kimi modernləşdirilmiş informasiya sistemləri və internet kommunikasiyalarına səbəb olan kompüter mikrominiatürləşdirmə nailiyyətlərindən istifadə etməklə formalaşmışdır. == Erkən inkişafın icmalı == === Kitabxananın genişləndirilməsi və Mur qanunu === Kitabxananın genişləndirilməsi 1945-ci ildə Fremont Rayder tərəfindən hesablanmışdır ki, kifayət qədər yer mövcud olduqda hər 16 ildən bir tutum ikiqat artır. O, həcmli, çürüyən çap əsərlərini kitabxananın müştəriləri və digər qurumlar üçün tələb əsasında çoxaldıla bilən miniatürləşdirilmiş mikroformalı analoq fotoşəkillərlə əvəz etməyi təklif etmişdir. Bununla belə, Rider, illər sonra analoq mikroformanın rəqəmsal görüntüləmə, saxlama və ötürmə mühiti ilə əvəzlənəcəyini, avtomatlaşdırılmış, potensial itkisiz rəqəmsal texnologiyalar vasitəsilə məlumatın inkişaf sürətində böyük artımların mümkün ediləcəyini proqnozlaşdırmırdı. Müvafiq olaraq, 1965-ci ildə tərtib edilmiş Mur qanunu, sıx inteqral sxemdəki tranzistorların sayının təxminən hər iki ildən bir iki dəfə artdığını hesabladı. 1980-ci illərin əvvəllərində hesablama gücünün təkmilləşdirilməsi ilə yanaşı, daha kiçik və daha ucuz fərdi kompüterlərin çoxalması məlumatlara anında daxil olmaq və bu məlumatı paylaşmaq və saxlamaq imkanı yaratdı.