O, avara, səfil və sərgərdan həyat sürürdü.
// Başını itirmiş, çıxış yolu tapa bilməyən.
Yazıq Ələsgərəm, sərgərdan canım; Qurban sizin kimi dosta, gözəllər!…
Boynu çiynində, qoltuğunda əli; Zarü-məhzun, məlulisərgərdan.
□ Sərgərdan gəzmək (dolanmaq) – veyillənmək, işsiz-gücsüz, bikar gəzmək, avaralanmaq.
Ey soran halım mənim, mən bir dili-sədparəyəm; Eşq səhrasında sərgərdan gəzən avarəyəm.
Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı.
Sərgərdan qalmaq – əli hər şeydən çıxmaq, yersizyurdsuz qalmaq, işindən, yurdundan avara düşmək.
Baş tülək deyilsən, çolpa balasan; Sərgərdan qalarsan, tora düşərsən.
[Kəndli:] …Biz 40 gün nə üçün avara, sərgərdan qalaq?
Sərgərdan qoymaq (eləmək) – işdən-gücdən eləmək, işindən ayırıb avara qoymaq.
Bu dərdlər oyar məni; Al qana boyar məni; Ögeydən ana olmaz; Sərgərdan qoyar məni. ( ).
Bir nəzər qıl mənə, ey çeşmi-xumar; Eyləyibdir məni sərgərdan zülfün.
[Mirzə:] Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib, gətirib buraya.