SAÇ

is. İnsanın başında bitən tüklər. Qara saç. Xurmayı saç.
– Külək [Dürrənin] qumral saçını üz-gözünə çırpırdı. S.Vəliyev.
[Nərgiz] anasının ona ilk dəfə saç hördüyünü xatırlayırdı. B.Bayramov.

// Hörük.
[Koroğlu:] Siyah saçlar dal gərdənə düzülü; Qara gözlər xumarlanıb süzülü. Koroğlu”.

◊ Saç ağartmaq – bax baş ağartmaq (“baş”da).
Ömür çürütməsən, saç ağartmasan; Yaranmaz sənətkar, yaranmaz sənət! Z.Xəlil.

Saçı ağartmaq – yaşa dolmaq, qocalmaq. Artıq saçları ağarıb, qırmızı paltar ona yaraşmır.
Saçı dabanında (olmaq) – uzun hörükləri olan qız (qadın) haqqında.
[Yetər Kərbəlayıya:] Özü də çox gözəldir … uzunboylu, saçı dabanında, uçuq evin dirəyi bir qızdır… Çəmənzəminli.

Saçına dən düşmək – başı (saçı) ağarmağa başlamaq, təktək, seyrək ağ tüklər görünmək. İllər ötdükcə saçlarıma dən düşdü.
– Müsahibimin səliqə ilə vurulmuş saçlarına yenicə dən düşmüşdü. Q.İlkin.

Синонимы

  • SAÇ 1. SAÇ Miss Hanna Hüsni xanımın saçlarını kəsdi, dəstə ilə yerə qoydu (M.S.Ordubadi); BİRÇƏK Əliqulu çəpərdən bir taxta qopardıb Sülüyə qolazladı və s
  • SAÇ tük — qıl — hörük — tel

Омонимы

  • SAÇ SAÇ I is. Kəkil, tük. Səhər şəfəqini al əyninə gey; Bahar güllərini saçlarına tax (Ə.Kürçaylı). SAÇ II f

Этимология

  • SAÇ Güman ki, “yayılan” deməkdir: saçma (qırma), saçaq tipli sözlər də buna əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SACİÇİ
SAÇ-BİRÇƏK

Значение слова в других словарях