SADİR

[ ər. ] : sadir olmaq – çıxmaq, baş vermək, zahir olmaq.
[Ağa Həsən:] Xanım, nə taqsır məndən sadir olubdur ki, məni özündən uzaq edirsən? M.F.Axundzadə.
[Yaşlı kişi:] Məndən heç bir “günah” əmr sadir olmamışdır. S.Hüseyn.

SADİQLİK
SADİST
OBASTAN VİKİ
Sadir Məmmədov
Məmmədov Sadir Surxay oğlu (14 fevral 1950, Kəngərli, Ağdam rayonu) — hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olmuşdur. 1956-cı ildə Göytəpə kənd orta məktəbinə daxil olmuş, 1966-cı ildə həmin məktəbin X sinfini bitirərək H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni bitirmişdir. 1970-ci ildən Ağdam rayonu Söyüdlüqol orta məktəbində tarix, ictimaiyyət müəllimi işləmişdir. Eyni zamanda Ağdam şəhəri Üzeyir Hacıbəyov adına müsiqi texnikumunda həmin fənlər üzrə müəllim işləmişdir. 1971-ci ildə hərbi xidmətə çağırılmış, 1972-ci ildə xidməti başa vuraraq Söyüdlüqol orta məktəbində müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 1973-cü ildə Özbəkistan Respublikası Daxili İşlər orqanlarında xidmətə başlamışdır. 1 oktyabr 1973-cü ildə Buxara vilayətinin Nəvoi şəhər daxili işlər şöbəsinin cinayət-axtarışı bölməsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrində xidmətə başlamışdır. 1979-cu ildən Buxara şəhər Daxili işlər idarəsinin cinayət axtarış şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1982-ci ildə Moskva şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuşdur.
Sadir Durmaz
Sadir Durmaz (15 iyul 1963, Kırşəhər ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 27 və 28-ci çağırışlarının deputatı. Sadir Durmaz 1963-cü ildə Kırşəhər ilinin Çiçəydağı ilçəsində anadan olub. Karadeniz Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Kənd Təsərrüfatı Kredit Kooperativləri Baş İdarəsində müfəttiş yardımçısı, müfəttiş, şöbə müdiri, sədr müavini və sədr vəzifələrində çalışıb. Beynəlxalq Kooperativ və Çalışma İqtisadiyyatı Araşdırma İnstitutunun (CIRIEC) İstanbul Daimi Komissiyası üzvü, Kooperativ Təhsil Vəqfi İdarə heyəti üzvü, GÜBRETAŞ İdarə Heyəti sədri, Güven Sığorta AŞ İdarə Heyəti sədri, Tarım Kredispor İdman Klubunun prezidenti vəzifələrdə çalışıb. Kənd Təsərrüfatı Kredit Kooperativlərinin Yenidən Qurulması Layihəsinin Koordinatoru olub. Qəzetlərdə, jurnallarda məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2006-cı ildə MHP İdarə Heyətinin üzvü seçilib. MHP sədrinin yerli idarələrdən məsul müavinidir.

Значение слова в других словарях