Həbib Sahir
Həbib Sahir (az.-əski. هبیب ساهیر) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi.
Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb.
Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib.
== Həyatı ==
Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb.