SAKİTLƏŞMƏK

f.
1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək. Gecədən keçmiş şəhər sakitləşdi.
– Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.İbrahimov.

// Sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. Dəniz sakitləşdi. Külək sakitləşdi.
– Su sakitləşmişdi ki, ikinci, üçüncü və dördüncü bombalar da bir-birindən aralı dənizdəki balaca qayığın ətrafına düşüb partladı. Ə.Vəliyev.

2. Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq, rahatlanmaq, müvazinət kəsb etmək.
Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli.
[Mehriban] axır zamanlar xeyli sakitləşmişdi. H.Seyidbəyli.
[Zərnigar xanım] …dava-dalaş salar, ağlayıb-sızlayar, sonra da sakitləşərdi. İ.Şıxlı.

◊ Ara sakitləşmək – bax ara.
Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşca qapını açıb gəldi Bəlli Əhmədin yanına. Koroğlu”.
Getgedə ara sakitləşdi.
Sürülər kövşəyə yatdı. B.Bayramov.

Ürəyi sakitləşmək – bax ürək.
[Usta Ağabalanın] istidən döyünən ürəyi öylə bil xınadan sonra sakitləşdi. Çəmənzəminli.
Əbil Qənbərovun ürəyi bir az sakitləşdi. Ə.Vəliyev.

Синонимы

  • SAKİTLƏŞMƏK 1. SAKİTLƏŞMƏK Müəllim bir qədər sakitləşdikdən sonra hamının eşidə biləcəyi bir yüksəklikdə son siyasi hadisələrdən danışır, sağların hərəkətlərini t
  • SAKİTLƏŞMƏK rahatlanmaq — xatircəmlənmək — arxayınlaşmaq
  • SAKİTLƏŞMƏK dayanmaq — kəsilmək — azalmaq — zəifləşmək — yavaşımaq — yatmaq

Антонимы

  • SAKİTLƏŞMƏK SAKİTLƏŞMƏK – ACIQLANMAQ Onun belə arxayın danışması Əşrəfi həm sakitləşdirdi, həm də təşvişə saldı (İ
SAKİTLƏŞMƏ
SAKİTLİK

Значение слова в других словарях

диагра́мма идеа́л Котофе́й ку́пол навести́ намеша́ть нераспеча́танный почасови́к принадое́сть свята́я УБЭ́Повец члени́ться караи́мский неумолка́емо отража́тель подгото́вить собесе́дование кармин agrobiological coetaneous seedtime threw блицтурнир колит легализоваться