Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peşna mağarası
Peşna (mak. Пешна) ― Makedoniyada mədəniyyət abidəsi elan edilmiş mağara. Mağara Makedonski-brod qəsəbəsindən 6 kilometr aralıda yerləşir. Speleoloqların fikrincə, Peşna Balkan yarımadasında ən böyük girişə malik mağaradır: Peşnanın girişinin hündürlüyü 40 metr, eni isə 56 metrdir. Mağaranın uzunluğu isə 124 metr (407 ft)-dir. Mağarada yarasalar yuva qurur və orada yaşayır. New York Times qəzetində mağaranın gözəlliyi "Üzüklərin hökmdarı" (ing. Lord of the Rings) filmindəki Helms Deep ilə müqayisə edilimişdir. Mağaranın şimal hissəsində, güclü yağışlar və qar əriməsindən sonra, yayda təmamilə quruyan su axını yaranır. Mağaranın girişində orta əsrlərə aid bir qala və dəyirmanın qalıqları var.
Yəsna
Yəsna - ("ehtiram", "pərəstiş", "qurban vermə") "Avesta"nın 72 fəsildən ibarət olan, ibadət, müxtəlif adətlər, mərasimlər və qurban verilməsi zamanı oxunan ayrı-ayrı duaları özündə ehtiva edən ən həcmli hissəsidir. Metrik formada tərtib olunmuş və xarakterinə görə Bibliya peyğəmbərlərinin nitqlərini xatırladan "Qatlar" ("himnlər", nəğmələr") onun ən mühüm qismidir (17 fəsildən ibarətdir). Yasnanın qismən şeirlərlə tərtib olunmuş Yeddi fəsli (35-41-ci fəsillər) Qatlara yaxınlaşır. Bu fəsillərdə ən qədim zamanların ruhu duyulmaqdadır. Yasnanın nəticə hissəsində dualar vardır.
Esna
İsna (ərəb. إسنا‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində, əl-Üqsür və İdfu şəhərləri arasında yerləşən şəhərin 70 min əhalisi var. əl-Üqsür, İsnanın 55 km cənubunda yerləşir.
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
Desna çayı
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həm də onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir. == Adının mənası == Adının mənası q.slav. дєснъ — "sağ" deməkdir.
Pesan (Urmiya)
Pesan (fars. ‎‎‎‎‎پسان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (76 ailə).
Peyna buzlağı
Peyna buzlağı (bolq. ледник Пейна, ‘Lednik Peyna’ \'led-nik 'pey-na\) — 11.4 km uzunluğu, 3 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Blaqun buzlağından cənub-qərbdə, Mörfi buzlağından şimal-şərqdə, Vilkinson buzlağından şimal-qərbdə yerləşmişdir. Buzlaq şimali Bolqarıstanda yerləşən Peyna şəhərinin adını daşıyır. Peyna buzlağı 66°53′45″ c. e. 66°09′25″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Vesna Mişanoviç
Vesna Mişanoviç (Başagiç; 27 noyabr 1964, Sarayevo) — Bosniyalı şahmatçı, qadınlar arasında qrosmeyster (1991) Yuqoslaviya çempionu (1988). Yuqoslaviya milli komandalarının tərkibində 6 olimpiadaya qatılmışdır (1988-1990 - Yuqoslaviya; 1994, 1998-2000 - Bosniya və Herseqovina). Salonikidəki 13-cü Olimpiadada (1988) komanda 3-cü yeri tutmuşdur.
Vesna Vuloviç
Vesna Vuloviç (serb-xorv. Vesna Vulović/Весна Вуловић; 3 yanvar 1950, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya – 23 dekabr 2016, Belqrad) — stüardessa, Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu sahibi. McDonnell Douglas DC-9–32 (JAT 367 reysi) təyyarəsi 10.160 metr (33.333 fut) hündürlükdə partlamışdır.. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur. Vesna Vuloviç 3 yanvar 1950-ci ildə Belqradda anadan olmuşdur. Onun atası biznesmen, anası fitnes üztə təlimatçı idi. O xatırlayırdı: Belqrada qayıdan Vuloviç dostlarından birinin bələdçi geyimindən təsirlənərək uçuş üzrə bələdçi olmaq qərarına gəlir. Vuloviç xatırlayırdı: Beləliklə, Vesna 1971-ci ildə Yuqoslaviyanın ən nəhəng daşıyıcısı olan JAT aviaşirkətinə işə qəbul edildi. 26 yanvar 1972-ci ildə DC-9–32 Jugoslovenski Aerotransport təyyarəsi (JAT, beynəlxalq adı — Yugoslav Airlines) Kopenhagen — Zaqreb dairəsində Stokholm — Kopenhagen — Zaqreb — Belqrad marşrutu üzrə uçuş həyata keçirirdi. Təyyarənin içində 28 nəfər var idi ki, onların da 5-i stüardessa Vesna Vuloviç də daxil olmaqla, ekipaj üzvləri idi.
Fabio Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Fabiu Pena
Fábio Pena (27 avqust 1990, Pires-du-Riu, Qoyas) — hücum mövqeyində oynamış braziliyalı keçmişfutbolçudur .
Karlos Pena
Karlos Pena (ing. Carlos Roberto Pena Jr.; 15 avqust 1989, Kolumbiya[d], Missuri) — Amerikalı aktyor, müğənni və rəqqas. Karlos Pena daha çox Nickelodeonun Big Time Rush serialındakı Karlos rolu ilə tanınır. == Bioqrafiya == Karlos Pena 15 avqust 1989-cu ildə Missuri ştatının Kolumbiya şəhərində anadan olub. Atası ispan və venesuelalıdır, anası isə dominikanlıdır. O, Florida ştatının Weston şəhərində böyüyüb. Çirlidinq olduğu Sagemont Upper Schoolda oxuyub. Onun ilk aktyorluq rolu ER-də 15 yaşında qonaq ulduz kimi, daha sonra həmin il Judging Amy, Summerland və Ned's Classified School Survival Guide filmlərində qonaq rollarında oynayır. Karlos PenaVeqa hələ orta məktəbdə oxuyarkən Super Soaker brendinin əyləncə su tapançasının televiziya reklamlarında çəkilirdi və onun şəkli hətta oyuncağın qablaşdırmasında da görünürdü. === Karyera === Karlos PenaVeqa Boston Konservatoriyasında musiqili teatrda oxuyarkən meneceri onu Big Time Rush üçün dinləmələrə dəvət edir.
Vesna Milanoviç-Litre
Vesna Milanoviç-Litre (d. 30 may 1986; Sinj, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Vesna Milanoviç-Litre Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Xəms-əl-Xəşna
Xəms-əl-Xəşna (ərəb. خميس الخشنة‎, fr. Khemis El Khechna) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin qərb hissəsində, dəniz səviyyəsindən 77 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 35 kilometr cənub-şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 76,474 nəfər idi.
Polar Pena Karraso
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Mariya del Pilar Pena
Mariya del Pilar Pena (d. 4 aprel 1986) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Mariya del Pilar Pena, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Aespa
Aespa (kor. 에스파) — "SM Entertainment" tərəfindən yaradılmış Cənubi Koreya qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Cizell, Vinter və Ninqninq. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan-klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Heşan
Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir və daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kesha
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması. Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər.
Mesona
Platostoma (lat. Platostoma) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Nəsnas
Nəsnas (lat. Pongo, malay Orang utan – "orman-adam, meşə insanı"), Primatlar dəstəsinin Hominidae ailəsinə daxil olan bir cinsdir və iki bioloji növə ayrılır: Sumatra nəsnası (Pongo abelii); İndoneziyanın Sumatra adasında yaşayan və təbiətdə sayısı hardasa 7,000-7,500 olan növdür. Borneo nəsnası (Pongo pygmaeus); Borneo adasına yaşayan və təbiətdə sayısı 50,000 olan növdür.
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Əsnaf
Əsnaf (ərəbcə — sinif) — orta əsrlərdə termin adətən tacir və sənətkar təbəqəsinə aid edilirdi. Bizim dövrdə termin bir çox hallarda xırda burjuaziya mənasında işlənir.
Əşnas
Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü.
Deina
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
“Ət-tibb ətibba fi Əsna əl-Təmaddun əl-İslami”
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami
Ət-tibb əl-ətibba fi Əsna əl-Təmaddun əl-İslami — Müəllifi məlum olmayan (azərb. “İslam Mədəniyyətində Tibb və Təbiblər”‎) əsər Misirdə nəşr olunan “Əl-hilal” jurnalında 1910-cu ilin aprelində nəşr edilmişdir. Əlyazmalar İnstitutunda qorunan əlyazma məhz həmin məcmuədən Azərbaycan dilinə tərcümə edilərək köçürülmüşdur. Mətn ağ cizgili dəftərdə bənövşəyi mürəkkəblə yazılmışdır. Xətti nəstəliqdir. Həcmi: 16 vərəq, ölçüsü 17x17 sm-dir.