SALON

[fr.] сущ. салон (1. мугьманар кьабулдай кӀвал; 2. зал (мес. суддин); 3. деллекханайра итимриз, дишегьлийриз ва я аялриз къуллугъ авун патал кьилди кӀвал; qadın salonu дишегьлийрин салон; 4. харусенятдин ва зариятдин эсерар маса гудай магазин; 5. автомобилрин, автобусрин, троллейбусрин ва мс. пассажирар ацукьдай къен).
SALOL
SALTO
OBASTAN VİKİ
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Masaj salonu
Masaj salonu — masaj xidmətlərinin ödənişli olduğu yer. Masaj salonu termini ümumiyyətlə kommersiya məqsədli erotik masaj xidməti təklif edən məkanlar üçün istifadə olunur. Fahişəliyin qeyri-qanuni olduğu dövlətlərdə, ərazilərdə, regionlarda masaj salonları saunalar və spa müəssisələri kimi müntəzəm olaraq, fahişəliyin ön təşkilatı kimi çıxış edirlər. Masaj salonu termini adətən fahişəxana üçün evfemizm kimi istifadə olunur və masaj salonları kimi maskalanan qeyri-qanuni fahişəxanalar bir çox ölkələrdə olduqca geniş formada yayılmışdırlar.
Oyun salonu
Oyun salonu (ing. Amusement arcade) — kompüter oyunları, pinbol maşınları, elektromexanik oyunlar, hava hokkey masalarından ibarət olunan ictimai yer. Bəzi ölkələrin oyun salonlarında oyun avtomatları və ya paçinko kimi qumar maşınlara rast gəlmək olar.
Paris Salonu
Paris Salonu (fr. Salon de Paris)) — 1725-ci ildə Fransanın paytaxtı Paris şəhərində açılmışdır. 1748 və 1890-cı illər arasında Paris Salonu dünyada ən məşhur əsərlərin sərgiləndiyi sərgi hesab olunurdu. 1881-ci ildə Fransa mədəniyyət qurumu tərəfindən sərgi yenidən təşkil edilmişdir.
Rədd edilənlər salonu
Rədd edilənlər salonu (fr. Salon des Refusés) — əsasən Paris Salonunda sərgilənməkdən imtina edilən tabloların sərgiləndiyi salon. Salon rəssamların etirazlarından sonra 1863-cü ildə III Napoleonun göstərişi ilə yaradılmışdır.
Rəqs salonu
Rəqs salonu və ya rəqs zalı rəqs etmək üçün nəzərdə tutulmuş bir zaldır. XX əsrin ilk illərindən 1960-cı illərin əvvəllərinə qədər rəqs zalı diskotekanın və ya gecə klubunun məşhur sələfi olmuşdur. Ağır zərbəli bal rəqsi musiqisindən tutmuş big band, svinq və caz musiqi]]sinə qədər müxtəlif musiqilər geniş yayılmışdı. Rok-n-roll ilk dəfə gecə klubları ilə əvəz olunana qədər qısa müddət ərzində rəqs salonlarında oynanılmışdır.
Salonika
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Saloniki

Saloniki vilayəti
Saloniki vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1913–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saloniki şəhəri idi.
Salonikin Bəyaz qalası
Salonikin Bəyaz qalası (yun. Λευκός Πύργος; Turkish: Beyaz Kule; Ladino: Kuli Blanka) Yunanıstanın şimal hissəsi sayılan və Yunanıstan Makedoniyası adlanan regionunun paytaxtı olan Saloniki şəhərində sahilə yaxın ərazidə mövcud olan abidə və muzeydir. Hazırkı qala 12-ci əsrdə Bizans memarlığına aid istehkam sayılır və Osmanlı İmperiyasının padşahı II Murad tərəfindən 1430-cu ildə şəhər ələ keçirildikdən sonra regionun limanını gücləndirmək üçün yenidən inşa edildi. Qala Osmanlı dönəmində kütləvi edamlar və həbsxana məkanı kimi ad çıxarmışdır. 1912-ci ildə şəhər Yunanıstanın nəzarəti altına keçdikdən sonra bəyaz qalanın forması böyük ölçüdə dəyişikliyə uğradı və xarici görünüşü ağardıldı. Sonradan isə abidə şəhərin simvolu olaraq qəbul edildi. Bəyaz qala 34 metr diametrə malik, yer səviyyəsindən 23 metr hündürlüyündə silindr formalı tikilidir və üzərindəki kiçik qüllənin hündürlüyü 12 metr, diametrin ölçüsü isə isə 6 metrdir. Qalanın xarici divarında atış üçün nəzərdə tutulan pəncərələrin bəzilərinə spiral formalı yol ilə çatmaq mümkündür, digər pəncərələrə isə altı mərtəbənin hər birində mövcud olan mərkəzi otaqdan çatmaq mümkündür. Kiçik qüllədə olan evlərin diametri 10 m və qalanın ən üst mərtəbədə yerləşən platforma isə 5 metr genişlikdə ərazini əhatə edir. Şəhərin şərq hissəsini qoruyan qala Bizansların 1423-cü ildə Salonikini tərk edənə qədər uzun illər boyu Venesiya Respublikasının simvolu hesab olunurdu.
Salonikinin Bəyaz qalası

Salonitana tarixi
Salonitana tarixi (xorv. Historia Salonitana, Povijest biskupa Salone i Splita) — Historia Salonitanorum atque Spalatinorum pontificum və ya Salona və Split yepiskoplarının tarixi. Foma Splitskinin qısaca Historia Salonitana, yəni Salonitana tarixi kimi tanınan bu əsəri XIII əsrdə qələmə alınmış salnamədir və xorvatların erkən tarixi ilə bağlı dəyərli məlumatları özündə əks etdirir. Bu əsər ilk dəfə İohannes Lusius tərəfindən çap edilib. Əsərin geniş versiyası Historia Salonitana maior, yəni Əsas Salonatina tarixi adlanır və XVI əsrdə çap edilib. Hər ikisinin tənqidi mətnləri isə Nada Klaiç tərəfindən 1967-ci ildə Belqradda yenidən çap edilib. Xronikada xorvatların gəlişi barədə belə məlumat verilirː Bu məlumat Chronicle of the Priest of Duklja (Duklyadan olan anonim keşişin xronikası) əsərində verilən məlumatla müqayisədə De Administrando Imperioda (İmperiya idarəçiliyindən) olan məlumata daha çox bənzər idi. Xronikada qeyd edilir ki, Bizans imperatoru Heraklius və Papa IV İohannes bəzi xorvatları xristianlığa döndərdi. Bu hər iki şəxs VII əsrin ortalarında ölüb və faktiki olaraq xorvatların Adtiratikdə təxminən əsrin əvvəllərindən bəri yaşadığını ortaya qoyur. Bu əsərdə xorvat kralı Dmitri Zvonimir və IV Pyotr Kreşimirlə bağlı geniş məlumatlar verilib.
Salonqa Milli Parkı
Salonqa Milli Parkı — Konqo Demokratik Respublikasında yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Konqo çayının əsas qolu üzərində yerləşən park çox təcrid olunmuş və kimsəsiz yerdədir və ancaq çay yoluyla ora getmək olar. Tamamilə tək olan parka demək olar ki, insan girməmişdir. 3,656,000 hektar sahəni əhatə edir. Salonqa Milli Parkı Afrikanın ən böyük yağış meşələrindən ibarət olub, çox nadir endemik heyvan növlərinə ev sahibliyi edir. Bu heyvanların arasında (bonobo) cücə şimpanzeləri, Konqo tovuz quşlarını, meşə fillərini və Afrika timsahlarını saya bilərik. Milli Parkın əhatə etdiyi sahədə bir çox çay və qolları kəsişir və çay terrasları və platoları əmələ gətirir. Cücə şimpanzelər yalnız buradakı vəhşi təbiətdə yaşayırlar. Bu şimpanzelər məşhur olan digər şimpanzelərdən yalnız 0.4% gen fərqinə malikdir.
İsrailin düşdüyü Milli Anma Salonu
İsrailin düşdüyü Milli Anma Salonu (National Memorial Hall For Israel's Fallen — היכל הזיכרון הממלכתי לחללי מערכות ישראל) — Jerusalem Herzl də [İsrail] İsrail Müdafiə Nazirliyinin bütün hərbi israillilərin və yəhudi döyüşçülərinin bu günə qədər Holokost sonrasında qurbanlarını xatırlamaq təşəbbüsüdür. Zalı qurma təklifi müdafiə naziri [Ehud Barak] tərəfindən 2010-cu ildə açıqlanmışdır. Memorial Hall 30 aprel 2017-ci ildə açılmışdır. Zalının mərkəzində İsrailin naməlum əsgərlərinə həsr olunmuş əbədi alov var. Simulation of memorial monument.
İstiqlaliyyәt salonu
İstiqlaliyyət salonu(ing. "İndependence Hall") Tomas Ceffersonun 1776-cı il 4 iyulda ABŞ istiqlal bəyannaməsini yazdıgı yer. 100 dolların arxasında İstiqlaliyyət salonunun təsviri vardır.
Film salonu
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Kino salonu

Sinema salonu

Tamaşa salonu
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Conson Salonu Dövlət Tarixi Abidəsi
Conson Salonu Dövlət Tarixi Abidəsi — xüsusilə mohak və digər İrokez Liqası xalqları ilə güclü əlaqələri ilə tanınan Nyu-York vilayətində Hindi İşləri Departamentinin başçısı olmuş irlandəsilli pioner Ser Vilyam Consonun evi. Conson Salonu Nyu-Yorkun Constaun şəhərində yerləşir. Ev 1960-cı ildə Milli Tarixi Abidə elan edilmişdir.
Saloniki Beynəlxalq Sərgisi
Saloniki Beynəlxalq Sərgisi (yun. Διεθνής Έκθεση Θεσσαλονίκης, Rom: Diethnis Ekthesi Thessalonikis; qısaca: TIF (ΔΕΘ)), Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikidə hər il keçirilən beynəlxalq sərgi tədbiridir. 1926-cı ildən bəri hər il sentyabrın ilk həftəsində keçirilir və açılışı ənənəvi olaraq Yunanıstan baş nazirinin bir sıra bəyanatları ilə qeyd olunur. Sərgi İkinci dünya müharibəsindən bu yana ilk dəfə olaraq COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ləğv edilmişdir. Saloniki Beynəlxalq Sərgisi Salonikinin mərkəzindəki YMC Meydanında yerləşən TIF HELEXPO Beynəlxalq Sərgi və Konqres Mərkəzi tərəfindən təşkil edilən tədbirdir. Bu sərgilər Yunanıstanın ən mühüm sərgi təşkilatı agentliyi olan TIF HELEXPO tərəfindən təşkil edilir. TIF HELEXPO sərgi mərkəzini idarə edir və onun sahibidir. Saloniki Beynəlxalq Sərgisi Avropa standartlarına müvafiq gələn sərgi sahələrinə malik olub, il boyu ticarət və istehlak sərgilərinə ev sahibliyi edən əhəmiyyətli bir təşkilatdır. TIF HELEXPO Sərgi Mərkəzinin ümumi sahəsi 180.000 kvadratmetrdir. Bunun 62.000 kvadratmetri qapalı sərgi sahələrindən ibarətdir və funksional olaraq dizayn edilmiş və bir-biri ilə əlaqədar olan 17 pavilyondan ibarətdir.
Saloniki bolqar oğlanlar gimnaziyası
Saloniki Bolqar oğlanlar gimnaziyası "Müqəddəslər Kiril və Mefodi" (bolq. Солунска българска мъжка гимназия „Св. св. Кирил и Методий“) – Makedoniyada ilk bolqar oğlanlar gimnaziyası, Bolqarıstan təhsilinin ən əhəmiyyətli mərkəzlərindən biri. Gimnaziya 1880-ci ilin payızında Saloniki şəhərində yaradılmış və 1913-cü ilə qədər mövcud olmuşdur. Saloniki Gimnaziyasının davamçısı Bolqarıstanın Pirin Makedoniyasının Blaqoyevqrad şəhərindəki "Müqəddəs Kiril və Mefodi" Milli Humanitar Gimnaziyası hesab olunur. Salonikidəki Bolqar cəmiyyəti kimi, 1893-cü ildən sonra gimnaziyanın şagirdləri və müəllimləri iki düşərgəyə — "inqilabçılar" və "təkamülçülər"ə bölündülər. Gimnaziya iki hərəkat arasında mübarizənin mərkəzlərindən biri idi. Təkamül inkişafının tərəfdarlarının fikirləri Ekzarxiyanın Makedoniya əhalisinin mədəni-maarif və iqtisadi inkişafının qanuni vasitələrlə davam etdirilməsinin zəruriliyi mövqeyi ilə əlaqələndirilir. İnqilabçılar Makedoniyanın muxtariyyəti üçün silahlı mübarizə hazırlamaq haqqında Daxili Makedoniya-odrin inqilab Təşkilatı ideyalarının tərəfdarları idilər.
Salonalı İsaiya
Salonalı İsaiya (yun. Ησαΐας Σαλώνων, 1780, Desfina – 1821) — Yunanıstan pravoslav keşişi, 1821-ci il Yunanıstan inqilabının iştirakçılarından biri. == Həyatı == İsaiya Fokidanın Desfina kəndində anadan olmuşdur. İbtidai təhsilini Salona (Amfisa) şəhərində rahib Gerasimos Litsikasın yanında almışdır. 1797-ci ildə Desfina monastırında rahib olmuş və Osios-Lukas (Müqəddəs Luka) monastırında diakon təyin edilmişdir. Daha sonra İoannina şəhərində Kozmas Balanos və Afanasios Psalidas altında təhsil almışdır. Tezliklə igumen oldu və Konstantinopol patriarxı VI Kirillin marağını cəlb etmiş, təhsilini davam etdirmək üçün 1814-cü ildə onu Konstantinopola dəvət etmişdir. Burada gələcək Patriarx V Qriqori ilə tanış olmuşdur. İsaiya Desfinaya qayıtdı və 1818-ci ildə Salona yepiskopu təyin edildi. İki il sonra Yeşaya Filiki Eteriyanın üzvü olur və xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, Salonada gizlətdiyi üsyan üçün pul və silah toplayır.
Salonikili Filipp
Salonikili Filipp (q.yun. Φίλιππος ὁ Θεσσαλονικεύς, lat. Philippus Thessalonicensis; təq. I əsr, Saloniki – təq. I əsr) — qədim yunan şairi. "Palatin antologiyası" və "Planud antologiyası" Filippin əsasən təsviri olan təxminən səksən epiqramını ehtiva edir.

Значение слова в других словарях