1. Doğru yoldan çıxarmaq, pis yola salmaq, azdırmaq.
[Tahir Muxtara:] Bilirsiniz, pis yoldaş adamı yoldan sapdırarmış.
Bu yanlış mühakimə onu yolundan azdırmış, qaranlıq, uçurumlu yollara sapdırmışdı.
2. Əsas məqsəddən uzaqlaşdırmaq, fikrini çaşdırmaq, yayındırmaq.
[Əbülhəsən bəy:] …Qızı düşüncəsindən sapdırmaq üçün – sənin düşündüklərindən çox uzaqdayam, – deyə, vannaya keçdi.
[Cavanşir:] Mənim fikrimi sapdırma, qoca.