Mozalan Satirik Kinojurnalı
== Tarixi ==
Kinojurnal 1970-ci ildə təsis edilmişdir.1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir.1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir.1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar.1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır.İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi. Vaxtında bir çoxunun qorxulu röyasına çevrilən "Mozalan" 2007-ci ildən fəaliyyətinə qaldığı yerdən davam edir. Kinojurnalın hazırkı baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğludur.
= Xronologiya =
== Mozalan № 1 (1971) ==
Hörmətli alim yoldaşlar (film, 1971) (Qısametrajlı bədii süjet — Mozalan №:1)
"Yüz vədə bir borcu ödəməz" (film, 1971) (Qısametrajlı sənədli süjet — Mozalan №:1)
Çay daşının göz yaşı... (film, 1971) (Qısametrajlı sənədli süjet — Mozalan №:1)
== Mozalan №2 (1971) ==
Şəbih (film, 1971) (Qısametrajlı bədii süjet — Mozalan №:2)
Vətəndaş sərnişinlər...