Sidik saxlamamazlıq
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması.
== Növləri ==
Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması.
Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama.
Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması
Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir.
Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.)
== Diaqnostika ==
Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:
Sidik gündəliyi (günlüyü)
Pambıqlı bez sınağı
Öskürək sınağı
İşəyəndən sonra qalıq sidiyin ölçülməsi
Sistoskopiya
Urodinamik sınaqlar
== Müalicə ==
Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır:
gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə
dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə
qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə
daşma tipli sidik qaçırması - kateter
funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi.
== Qaynaqlar ==
== Xarici keçidlər ==
Enurez nədir?