Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konserv
Konserv (lat. conservo - saxlanma) — xammalların yuma, ayırd etmə, soyma, doğrama, qaynatma və ya qızartma kimi ön əməliyyatlardan keçirildikdən sonra, lazımlı əlavələr (yağ, sous, şoraba v. b.) edilərək doldurulub bağlanıldığı hava sızdırmayan metal qutu və ya qablarda yüksək istiliklərə təbii/tabe tutulması və beləcə içində olması olabiləcək bütün mikroorqanizmlərdən təmizlənilməsi nəticəsi qida maddəsinin soyuq mühitdə qalması lazım olmadan pozulmadan illərcə söykən/dözməsini təmin edən əməliyyatlara və bu əməliyyatlar nəticəsi çıxan məhsullara konserv deyilir. == Konservin Tarixçəsi == İlk konserv şüşə qab içində 1804-cü ildə Nicolas Appert tərəfindən edilmişdir. Geniş ağızlı bir şüşə qab içinə konserv edəcəyi qidası qoyan Appert, qabın ağızını bir göbələk tibbə ilə zəif olaraq bağlamışdır. Hazırlanan qabdakı qidanın üzərində olan havanı götürmək üçün qabı 30. 60. dk. Qaynatmaqda olan su içində tutmuşdur. Daha sonra göbələk tıpayı möhkəmcə bağladıqdan sonra qabdakı konserv edilən maddənin uzun müddət söykən/dözdüyünü görmüşdür.
Ordubad Konserv Zavodu
Ordubad Konserv Zavodu — 1930-cu ildə istifadəyə verilmiş və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən yeyinti sənaye müəssisəsi. == Tarixi == Ordubad Konserv Zavodu 1928-1930-cu illərdə tikilib istifadəyə verilmişdir. Sahəsi 3 hektara yaxındır. Zavodun ilkin gücü ildə 400 min şərti banka (1 şərti banka 400 qram konserv məhsulu deməkdir) olub. Zavod işə başlayanda, əsasən ət konservləri, müxtəlif mürəbbələr və halva məhsulları istehsal edib. Ət konservlərinə tələbat azaldığından həmin məhsulun istehsalı dayandırılıb. 1970-1980-ci illərdə zavodda 20 adda müxtəlif konserv məhsulları (qoz, qızılgül, qovun, ərik, gilənar, tut mürəbbələri, cem, şirələr, ərik və şaftalı kompotları və s.) buraxılıb, olardan 8-i keyfiyyət nişanı alıb. Məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapmışdı. Naxçıvan MR-ın blokada şəraitinə düşməsi ilə əlaqədar zavodda işin ahəngi tədricən azalmışdır.
Qafqaz Konserv Zavodu
Qafqaz Konserv Zavodu — Azərbaycanda fəaliyyət göstərən konserv zavodu. == Tarixi == Qafqaz Konserv Zavodu MMC 12.09.2003-cü il tarixində Xaçmaz rayonunda fəaliyyətə başlamışdır. Müəssisənin ümumi sahəsi 40 hektara yaxındır. Qafqaz Konserv Zavodu illik 20–25 (13–15 faktiki) min ton meyvə-tərəvəz konservi və 9 (6 faktiki) min ton ət konservi məhsullarının istehsalı gücünə malik olmaqla, Azərbaycan Respublikasının Şimal Regionunda Kənd Təsərrüfatı məhsullarının əsas alıcısı kimi fəaliyyət göstərir. Müəssisədə 350 nəfərdən artıq işçi çalışır. Yaxın illərdə fabrikdə yeni məhsulların istehsalı ilə istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması işçilərin də sayının bir neçə dəfə artmasına şərait yaradacaq. İnkişafındakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını genişləndirmək məqsədilə "Qafqaz Konserv Zavodu"MMC Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq, beynəlxalq normalar çərçivəsində həyata keçirir. == Uyğunluq sertifikatı == Müəssisə 120-ə yaxın məhsul çeşidi istehsal etməklə məhsullarının 50–60%-nin yerli bazara satışını həyata keçirir. Müəssisənin ən əhəmiyyətli hədəfi şərtsiz müştəri məmnuniyyətidir.
Azərbaycan Dövlət Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Milli Konservatoriyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli "Azərbaycan Milli Konservatoriyası"nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. 10 avqust 2001-ci il tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olmuşdur. Bu sərəncama əsasən Konservatoriyanın rektoru Siyavuş Kərimi təyin edildi. Konservatoriyada fəlsəfə doktoru üzrə doktorantura təhsili verilir.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. == Tarixi == Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Bakı Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Kolumbiya Konservativ Partiyası
Kolumbiya Konservativ Partiyası (isp. Partido Conservador Colombiano) həmcinin S partiyası kimi də tanınır. Kolumbiyada XIX əsrdə mövcud olmuş iki əsas partiyadan biri olmuşdur. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. Partiyanın proqramı 1849-cu ildə təstiqlənmişdir. Əsası Mariano Ospina və Xose Eysebio Koro tərəfindən qoyulmuşdur. İlk əvvəl partiya Kolumbiya Liberal Partiyasına rəqib olaraq yaradılmışdır. 1948-ci ildə iki partiya arasında 10 il sürən münaqişə baş verir. Bu münaqişə tarixə La Violensiya müharibəsi kimi düşür.1957-ci ildə Konservativlər və Liberallar arasında ümumi razılığa gəlinərək barışıq elan edilir və Milli Cəbhə yaradırlar. Bu birlik Ölkəni 12 il idarə edir.
Konservantlar
== Qida konservantları == Qida əlavələrindən ən geniş istifadə olunanı konservantlar olub, qida məhsullarının mikroorqanizmlər tərəfindən xarab olmasının qarşısını alır. Bu bəhsdə yalnız kimyəvi yolla sintez olunmuş konservantlardan, onların təsnifatından və dünyada qəbul edilmiş kodlaşdırılmasından söz ediləcəkdir. Konservantlar bakteriyaların, zəhərli göbələklərin, mayaların və digər mikroorqanizmlərin inkişafını dayandırır və onların ərzaq məhsullarına təsirmi aradan qaldırırlar. Tətbiq olunan qida konservantları aşağıdakılardır; Sorbin turşusu — E200 Natrium sorbat — E201 Kalium sorbat — E202 Kalsium sorbat — E203 Benzoy turşusu — E210 Natrium benzoat — E211 Kalium benzoat — E212 Kalsium benzoat — E213 Para-oksibenzoy turşusunun metil efiri E214 Para-oksibenzoy turşusunun etil efiri — E215 Para-oksibenzoy turşusunun propil efiri — E216 Para-oksibenzoy turşusunun propil efirinin natrium duzu- E217 Kükürd dioksid — E220 Natrium sulfit — E221 Natrium hidrosulfit-E222 Kalium sulfit-E225 Kalsium sulfit-E226 Difenil- E230 orto-Fenilfenol- E231 Natrium orto-Fenilfenol- E232 Nizin-E234 Pimaritsin-E235 Qarışqa turşusu-E236 Natrium formiat-E237 Kalsium formiat-E238 Kalium nitrit-E249 Natrium nitrit -E250 Natrium nitrat -E251 Sirkə turşusu -E260 Kalium asetat -E261Konservantların təsir effekti mühitin pH-dan çox asılıdır. Onların əksəriyyəti turş mühitdə daha effektiv təsirə malik olduğundan, məhsulları konservləşdirərkən yeyinti turşuları sirkə, alma, limon, süd və başqa turşular əlavə edilir. Konservantlarınistifadə olunan miqdarı normadan az olduqda, mikroorqanizmlər onlardan qida mühiti kimi istifadə edərək çoxalırlar və məhsulun tez xarab olmasına səbəb olur. Нər bir konservant müəyyən bakteriyalar və mikroblar üçün effektiv təsirə malikdir. Hələlik bütün qida maddələri üçün universal konservant müəyyən edilməmişdir. == Konservant seçməyin qaydaları == Konservant geniş təsir dairəsinə malik olmalıdır; Hər hansı qida sistemində fəaliyyət göstərən mikroorqanizm əleyhinə effektiv təsir göstərməlidir; Qida məhsulunun istifadə müddəti qurtarana qədər öz təsirini göstərməlidir; Toksiki maddələrin əmələ gəlməsinin qarşısını almalıdır; Qida məhsulunun xarakter müsbət xassələrinə mənfi təsir etməməlidir; Ucuz olmalı və texnoloji istifadəsi sadə olmalıdır; Koservant fizioloji təhlükə yaratmamalıdır; Konservant, ərzaq məhsullarının istifadəsi zamanı hər hansı orqanizm üçün "öyrəşmə" effekti yaratmamalıdır; Konservant qida maddələri ilə qarşılıqlı təsirdə olub, əlavə məhsullar əmələ gətirməməlidir; Ekoloji və toksiki problemlər yaratmamalıdır. == Konservantların fıziki-kimyəvi xassələri == Ən çox istifadə olunan konservantlardan bir neçəsinin fıziki-kimyəvi xassələri və təsir dairəsi haqqında bəzi məlumatlar: Kükürd (ıv-oksid) — SO2- suda yaxşı həll olan qazdır.SO2+H2O = H2SO3 Əmələ gələn sulfit turşusu antimikrob və göbələkləri məhv etmək xassəsinə malikdir.
Konservasiya yağları
Konservasiya yağları -müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3-5 dəfə, sürtkülərə nisbətən 6-10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması.Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur. Mühərriklərin və ya mexanizmlərin karterinə mühafizəedici yağ doldurulur və qısa müddətdə işlədilir.və bu zaman konservasiya yağı mexanizmin hissələrinin səthinə yayılır, bu da iş prosesində yağlanmayan hissələrin mühafizəsini təmin edir.
Konservativ qüvvə
Konservativ qüvvə — görülən işi cismin hərəkət trayektoriyasından asılı olmayan, yalnız hərəkətin başlanğıc və son nöqtələrinin vəziyyətindən asılı olan qüvvəyə deyilir. Məs: Ağırlıq qüvvəsi, Elastiklik qüvvəsi və s.Qeyri-konservativ qüvvə — Görülən işi cismin hərəkət trayektoriyasından asılı olan qüvvə qeyri-konservativ qüvvə adlanır. Məs. sürtünmə qüvvəsi və s. Konservativ qüvvələr sonrakı xassələrə malikdir: Konservativ qüvvələrin gördüyü iş trayektoriyanın formasından asılı deyil. Qapalı trayektoriya boyunca hərəkət edən cismə təsir edən konservativ qüvvələrin işi sıfıra bərabərdir: A = 0. Konservativ qüvvələrin işi cismin başlanğıc və son vəziyyətlərindən asılıdır. Əgər cismə konservativ qüvvə təsir edirsə, onda cisim potensial enerjiyə malikdir. Ağırlıq, elastiklik və eletrostatik qüvvələr konservativdir.
Konservatizm
Mühafizəkarlıq (və ya konservatizm) — ənənəvi sosial institutları təbliğ etməyə və qorumağa çalışan estetik, mədəni, sosial və siyasi fəlsəfə. Mühafizəkarlığın mərkəzi müddəalarına görə, mədəniyyət və sivilizasiya status-kvo ilə dəyişə bilər. Qərb mədəniyyətində mühafizəkarlar mütəşəkkil din, parlament hökuməti və mülkiyyət hüquqları kimi bir sıra institutları qoruyub saxlamağa çalışırlar. Mühafizəkarlığın tərəfdarları çox vaxt proqressivizmə qarşı çıxır və ənənəvi dəyərlərə qayıdış axtarırlar. Termin siyasi kontekstdə ilk dəfə istifadə edilməsi 1818-ci ildə Fransua-René de Chateaubriand ilə Fransa İnqilabının siyasətlərini geri qaytarmağa çalışan Burbon bərpası dövründə yaranmışdır. Tarixən sağçı siyasətlə əlaqəli olan bu termin o vaxtdan bəri geniş baxışları təsvir etmək üçün istifadə olunur. Mühafizəkar kimi qəbul edilən vahid siyasət dəsti yoxdur, çünki mühafizəkarlığın mənası müəyyən bir yerdə və zamanda ənənəvi hesab ediləndən asılıdır. Mühafizəkar düşüncə özünü mövcud adət-ənənələrə və milli mədəniyyətlərə uyğunlaşdırdığı üçün xeyli müxtəlif olmuşdur. Məsələn, bəzi mühafizəkarlar dövlətin iqtisadiyyata daha çox müdaxiləsini müdafiə edir, digərləri isə daha sərbəst bazar iqtisadi sistemini müdafiə edir. Beləliklə, dünyanın müxtəlif yerlərindən olan mühafizəkarlar — hər biri öz adət-ənənələrini qoruyur — geniş spektrli məsələlərdə fikir ayrılığına düşə bilər.
Konservatoriya
Konservatoriya (lat. conservare — qorumaq, hifz etmək) — ali musiqi təhsil müəssisəsi. Musiqiçi, ifaçı və bəstəkar kadrları hazırlayır.
Konservləşdirmə
Konservləşdirmə — qida məhsullarının saxlanmasına dair bir üsul (konservdən hazırlama), məhsulların mikroorqanizmlərinin həyati fəaliyyəti üçün ərzaqların texniki emalından ibarətdir. Həmçinin qida məhsullarının yararlılıq müddətinin artırılması üçün digər bir üsuldur. == Tarixi == Sənaye miqyasında konservləşdirmə üsulu XIX əsrin əvvəllərinə aid kəşfdir. Əti saxlamaq üçün Nikolya Apperin 1809-cu ildə apardığı ilk təcrübələrdən biri belə olur: o, əti deşiyi olan metal qutuya qoyub qaynadır, bişəndən sonra deşiyi lehimləyir və əti qutu ilə birgə bir daha suda qaynadır. Beləliklə, ilk konserv məhsulu alınır. Bizim dövrdə də ev şəraitində ərzağın şüşə bankalarda konservləşdirilməsi o dövrün konservləşdirməsini xatırladır. Konservləşdirmənin sənaye miqyasında geniş tətbiqi cəmiyyətin yeyinti təsərrüfatında bir inqilabdır. Konservləşdirmə ərzaq ehtiyatı yaradılmasında insanlara böyük imkanlar verir. Yəni ərzaq ehtiyatı yarandıqca istehlakın tənzimlənməsi də mümkün olur, qida müxtəlifliyi artır və ərzağı uzaq yerlərə daha çox aparmaq olur və sairə. İlk konserv zavodu 1804-ci ildə Paris yaxınlığındakı əyalətlərin birində N.Apper tərəfindən açılır.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. == Tarixi == XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. == Mənbə == Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Lozanna Konservatoriyası
The Lozan Haute école de musique (HEMU, 2010-cu ildən qabaq İnkişaf etmiş Musiqi Araşdırmaları İnstitutu kimi tanınan, 1861-ci ildə Lozan Konservatoriyası olaraq qurulmuşdur) — İsveçrənin Fransız dilli qərb hissəsindəki Romandayda yerləşən bir İsveçrə musiqi məktəbidir. Qərbi İsveçrə Tətbiqi Elmlər Universitetinin qurucu bir təşkilatıdır.
Moskva Dövlət Konservatoriyası
Çaykovski adına Moskva Dövlət Konservatoriyası — Moskvanın ali musiqi təhsil müəssisəsi, Rusiyanın aparıcı universitetlərindən biri. == Tarixi == 1866-cı ildə Nikolay Rubinşteyn və Prince Nikolay Petrovitch Troubetzkoy tərəfindən yaradılıb. Konservatoriya 1860-cı ildə yaradılmış Rusiya Musiqi Cəmiyyətinin Moskva şəbəsinin musiqi sinifləri əsasında təşkil edilib. == Zalları == Konservatoriyanın Böyük Zalı Kiçik zal raxmaninov zalı (1890-cı ildə tikilib) Кonfrans zalı N.Myaskov adına zal Rubinşteyn adına muzeydə oval və sərgi zalları == Ədəbiyyat == Московская консерватория 1866-1966. – М., 1966.
Naxçıvan Konservatoriyası
Naxçıvan Konservatoriyası - (1998, 27 fevral) musiqi sahəsində ali təhsil müəssisəsi. == Tarixi == 1998-ci il 27 fevral Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin nəzdində yaradılmışdır . == İxtisasları == Fakütə daxili bölmə statusuna malikdir. Konservatoriyada fortepiano, xalq çalğı alətləri, simli alətlər, musiqişünaslıq, ifaçılıq və dirijorluq üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irsinin öyrənilməsinə xüsusi diqqət yetirilir. N. k.-nın ayrıca tədris korpusu, musiqi kabineti, konsert salonu var.
Paris Konservatoriyası
Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dram və rəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP). Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir. == Tarix == Paris Konservatoriyasının tarixi XIV Lüdovikin 1669-cu il iyunun 28-də qurduğu Kral musiqi məktəbinə (fr. École Royale de Chant) qədər gedib çıxır. 1785-ci ildə Fransua Josef Qossek konservatoriyanı yenidən qurdu. 1793-cü ildə konservatoriya Kral musiq məktəbi milli qvardiyanın musiqiçiləri üçün olan bir məktəblə birləşdirildi və İnsitut national de musique olaraq adlandırıldı. Böyük Fransa inqilabı ərəfəsində qurulmuş olan Milli konqres məktəbi 1795-ci ildə Musiqi Konservatoriyası (fr. Conservatoire national supérieur de musique) adlandırıldı və yeni konservatoriyanın ilk 350 şagirdi 1796-cı ilin noyabrında təhsillərinə başladı.
Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyası
Çaykovski adına Moskva Dövlət Konservatoriyası — Moskvanın ali musiqi təhsil müəssisəsi, Rusiyanın aparıcı universitetlərindən biri. == Tarixi == 1866-cı ildə Nikolay Rubinşteyn və Prince Nikolay Petrovitch Troubetzkoy tərəfindən yaradılıb. Konservatoriya 1860-cı ildə yaradılmış Rusiya Musiqi Cəmiyyətinin Moskva şəbəsinin musiqi sinifləri əsasında təşkil edilib. == Zalları == Konservatoriyanın Böyük Zalı Kiçik zal raxmaninov zalı (1890-cı ildə tikilib) Кonfrans zalı N.Myaskov adına zal Rubinşteyn adına muzeydə oval və sərgi zalları == Ədəbiyyat == Московская консерватория 1866-1966. – М., 1966.
Qazax Milli Konservatoriyası
Kurmanqazı adına Qazax Milli Konservatoriyası (qaz. Құрманғазы атындағы Қазақ ұлттық консерваториясы) — Qazaxıstanın ali musiqi müəssisəsi. == Tarixi == 24 iyul 1944-cü ildə Qazaxıstan SSR Xalq Komissarları Şurası oktyabrın 1-də Almaatı şəhərində Dövlət İncəsənət İnstitutunun təşkil olunması haqqında qərar qəbul etdi, hansı ki sonradan Almaatı Konservatoriyasına çevrildi, 1945-ci ildə universitetə ​​19-cu əsrin görkəmli qazax kyuşası Kurmanqazı Saqırbayulının adı verildi. 1938-ci ildə tikilən ilk binada konservatoriyadan əvvəl musiqi və xoreoqrafiya kompleksi yerləşirdi.1960-cı illərin əvvəllərində yeni korpus və 120 yaşayış və 42 məşğələ otağları və oxu və idman zalları olan yataqxana tikildi. 1981-1982-ci tədris ilində konservatoriyada 1200-dən çox tələbə təhsil alırdı, 234 müəllim, o cümlədən 20-dən çox professor və elmlər doktoru, 50-yə yaxın dosent və elmlər namizədi, SSRİ-nin 5 xalq artisti, 7 Qazax SSR xalq artisti burada işləyirdilər.2000-ci ilin noyabr ayında konservatoriyanın istifadəsinə əlavə dördmərtəbəli müasir bina verildi. == Fakültələri == Tədris prosesini 4 fakültə təmin edir: Vokal və dirijorluq fakültəsi İnstrumental İfaçılıq Fakültəsi Musiqiologiya və İdarəetmə Fakültəsi Xalq musiqisi fakültəsiBundan başqa ümumuniversitet kafedraları fəaliyyət göstərirlər İnnovativ Musiqi və Pedaqoji Texnologiyalar kafedrası Sosial və Humanitar Fənlər kafedrası Eksperimental İncəsənət Studio Məktəbi Bədən tərbiyəsi və idman bölməsi Qazax və xarici dillər bölməsi == Rektorları == 1944 — 1945 — İvan Kruqlıxin 1945 — 1951 — Axmet Jubanov 1951 — 1957 — İvan Kruqlıxin 1957 — 1967 — Quddus Xojamyarov 1967 — 1975 — Erkeqali Raxmadiyev 1975 — 1987 — Qaziza Jubanova 1987 — 1997 — Düsen Kaseyinov 1997 — 2018 — Janiya Əubəkirova 2018 — h/h. — Arman Judebayev == Binası == Bina 1935-1937-ci illərdə tipik məktəbin dizaynına əsasən inşa edilmişdir. Tədris korpusunun 2 tədris korpusu və konsert salonu daxildir.Əvvəlcə bina musiqi və xoreoqrafiya kombinatı üçün nəzərdə tutulmuşdur (indiki P. Çaykovski adına Almatı Musiqi Kolleci). 24 iyul 1944-cü ildə Qazaxıstan SSR Xalq Komissarları Şurası 1 oktyabr 1944-cü ildən binada konservatoriyanın yerləşdırılməsinə qərar verdi.
Çaykovski adına Moskva Dövlət Konservatoriyası
Çaykovski adına Moskva Dövlət Konservatoriyası — Moskvanın ali musiqi təhsil müəssisəsi, Rusiyanın aparıcı universitetlərindən biri. == Tarixi == 1866-cı ildə Nikolay Rubinşteyn və Prince Nikolay Petrovitch Troubetzkoy tərəfindən yaradılıb. Konservatoriya 1860-cı ildə yaradılmış Rusiya Musiqi Cəmiyyətinin Moskva şəbəsinin musiqi sinifləri əsasında təşkil edilib. == Zalları == Konservatoriyanın Böyük Zalı Kiçik zal raxmaninov zalı (1890-cı ildə tikilib) Кonfrans zalı N.Myaskov adına zal Rubinşteyn adına muzeydə oval və sərgi zalları == Ədəbiyyat == Московская консерватория 1866-1966. – М., 1966.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
İstanbul Universiteti Dövlət Konservatoriyası
İstanbul Universiteti Dövlət Konservatoriyası — İstanbul Universitetinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1914-1986-cı illərdə müxtəlif adlarla, fərqli qurumların nəzdnində fəaliyyət göstərən qurum 1986-cı ildə İstanbul Universitetinin tərkibinə keçərək İstanbul Universiteti Dövlət Konservatoriyası olaraq yenidən təşkil olunmuşdur. Hazırda konservatoriyada bəstələmə (kompozisiya), nəfəsli alətlər, simli alətlər, orkestr rəhbərliyi, zərb alətləri və fortepiano bölməsindən başqa teatr və balet bölmələri də vardır.
İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası
İTÜ Türk Musiqisi Dövlət Konservatoriyası Anadoluda açılan digər türk musiqisi konservatoriyalarından öncə açılmışdır. İTU- nun Maçka kampusunda yerləşir. Konservatoriyanı bitirən məşhur İTU məzunlarından bəziləri bunlardır: Volkan Konak, Funda Arar, Çelik Erişçi, Aşkın Nur Yengi, Melihat Gülses, Erkan Oğur, Erol Parlak, Pınar Dilşəkər və İsmail Hakkı Demircioğlu . Ata Dəmirer isə konservatoriyanı yarımçıq tərk edib.
Konsern
Konsern — investisiya, maliyyə, təbiəti mühafizə, xarici iqtisadi və digər müştərək fəaliyyətin, elmi-texniki və istehsalın inkişafı funksiyalarının könüllü mərkəzləşməsi əsasında fəaliyyəti və eləcə də müəssisələrin təsərüfat hesablı xidmətlərinin təşkilini həyata keçirən müəssisələr birliyidir. Formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır. XX əsrin 60-cı illərində, xüsusilə ABŞ-də böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.
Konsert
Konsert (lat. concertо — yarışıram) — əvvəlcədən hazırlanmış müəyyən proqram üzrə musiqi əsərlərinin, mahnıların, musiqilərin dinləyicilər qarşısında ifa olunması.
Duy (konsert)
== Konsert haqqında == 1 dekabr 2018-ci ildə Aygün Kazımova, David Vendetta və Kakhaberinin "Bakı Elektra Events Hall”-da keçirilən konserti. Konsertdə ilk öncə Rizvan Əliyev və Röya Miriyeva Aygün Kazımovanın mahnılarını akustik versiyada təqdim etdilər. Daha sonra səhnədə Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnə aldı. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa etdilər. Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxdı. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən Aygün Kazımova, rəqqas oğlanlarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkməyi bacardı. Ən sonda isə səhnəyə dünya şöhrətli DJ David Vendetta çıxdı. O, Aygün Kazımovanın ifasında olan “ Duy” mahnısını səsləndirdi. Konsertdə “ Duy” mahnısının klipi üçün bəzi kadrlar lentə alındı. Klipin reissoru Fuad Əlişovdur.
Öpsən (konsert)
== Konsert haqqında == 20 iyun 2007-ci ildə Aygün Kazımovanın "Tofiq Bəhramov adına Respublika Stadionunda" keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir. Aygün Kazımova ən sevilən hitlərini yeni oranjemanda dinləyicilərə təqdim etmişdir.
Aygün Şou (konsert)
== Konsert haqqında == 1 iyun 2019-cu ildə Aygün Kazımovanın "Heydər Əliyev Mərkəzi”-nin qarşısında keçirilən canlı solo konserti. Konsert Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. Xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Canlı konsert (albom)
Canlı konsert – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun Gəl adlı konsertində səslənən ifalardan ibarət canlı albomu. == Albom haqqında == 20 musiqi nömrəsi daxil olan albomda instrumental ifalarla yanaşı, Abbas Bağırov, Rauf Hacıyev, Vaqif Gərayzadə, Tofiq Quliyev, Fikrət Əmirov, Nailə Mirməmmədli, Niyazinin bəstələri yer alır.
Harpa (konsert zalı)
Harpa konsert zalı - İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı == Tarixi == Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə - İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. == Memarlığı == Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Konsert (film, 1961)
== Məzmun == Burada tanınmış müğənnilərdən Rauf Atakişiyev və Firəngiz Əhmədova çıxış edirlər.
Olduğu kimi (konsert)
== Konsert haqqında == 5 sentyabr 2009-cu ildə Aygün Kazımovanın "Yaşıl Teatrda" "PalSüd" şirkətinin təşkilatı ilə keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir.
Olduğum kimi (konsert)
== Konsert haqqında == 5 sentyabr 2009-cu ildə Aygün Kazımovanın "Yaşıl Teatrda" "PalSüd" şirkətinin təşkilatı ilə keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir.
Bilkent konsert zalı
Bilkent konsert zalı — Ankaranın Çankaya səmtində, Bilkent Universitetinə bağlı Musiqi və İfa Sənətləri Fakültəsində yerləşən konsert salonudur. 15 oktyabr 1994-cü ildə açılışı olan zalın memarları Erkut Şahinbaş və İlhan Kural, akustika üzrə mütəxəssisi isə finlandiyalı memar Matti Heykkinendir. Zalın əsas istifadəçisi Bilkənt Simfonik Orkestri olsa da, O, həmçinin Ankara Caz Festivalı və Beynəlxalq Ankara Musiqi Festivalı kimi müxtəlif milli və beynəlxalq musiqi tədbirləri çərçivəsində onlarla sənətçi, musiqi qrupları və orkestrə ev sahibliyi edir. İlham Gencer, Tahir Aydoğdu, Nilüfer Ruacan, Yıldız İbrahimova, Ayşe Tütüncü və Fahir Atakoğlu kimi sənətçilər salonda konsert verən önəmli adlar arasındadır. == Memarlıq xüsusiyyətləri == Bir çox binaya imza atan memarlar Erkut Şahinbaş və İlhan Kuralın birgə layihələndirdiyi konsert salonu 1993–1994-cü illər arasında Tepe İnşaat tərəfindən inşa edilib. Ümumi istifadə sahəsi 14328 kvadratmetr olan zalın tamaşaçı tutumu 800 nəfərdir. Finlandiyalı memar Matti Heikkinen üç mərtəbəli konsert zalının akustik məsləhətçisi idi. Akustik panelləri və səhnə lifti sistemi olan konsert zalı orkestr çuxuru yaradaraq səhnə əsərlərinin ifasına da şərait yaratmışdır. 800 nəfərlik zal həm də səsyazma studiyasıdır. 1 noyabr 1994-cü ildə Bilkənt Simfonik Orkestrinin açılış konsertinin keçirildiyi zalda iki Steynvey D model konsert pianosu var.
Ayrılarmı könül candan? (konsert)
== Konsert haqqında == "Ayrılarmı könül candan?" Aygün Kazımovanın 21 avqust 2015-ci ildə Bakıda yerləşən "Mambo beach" ailəvi istirahət mərkəzində keçirilən solo konsertidir. Aygün Kazımova konsertini "Bakı 2015 Avropa Oyunları"nın qaliblərinə həsr etmişdir. Konsertə fəxri qonaq kimi Ramil Səfərov qatılıb. Aygün Kazımova konsertin məşqlərini Türkiyədə etmişdir. Səhnədə onu yerli və əcnəbi rəqs qrupları müşayiət etmişdir..Konserti ilk olaraq “Coffee from Colombia” mahnısını səsləndirən Aygün Kazımova daha sonra qonaqları salamlayıb: “Xoş gəlmisiniz, canlarım. Bu gün sizlərə əsl şou göstərəcəm. Sizinlə birlikdə həm oxuyacam, həm rəqs edəcəm. Yanımda olduğunuz üçün təşəkkür edirəm”.
Simfonik orkestr üçün konsert
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Ya devuşka vostoçnaya (konsert)
== Konsert haqqında == Xalq Artisti Aygün Kazımovanın 20 oktyabr 2000-ci ildə "Heydər Əliyev Sarayı"nda keçirilən canlı solo konserti.
Şou Aygün Rəhimli (konsert)
Şou Aygün Rəhimli — Aygün Kazımova və Rəhim Rəhimlinin 20 avqust 2017-ci ildə Bakıda yerləşən "Dalğa Beach-Aqua Park" ailəvi istirahət mərkəzində keçirilən solo konsertidir. Konsertə aparıcılığı Şəhriyar Əbilov etmişdir. Konsertdəki rəqs ansamblına rəqqasə Oksana Rəsulova rəhbərlik etmişdir. “Şou Aygün Rəhimli”nin tanınmış qonaqları arasında müğənni Lətifə Soyuöz və Sevda Yahyayeva da səhnə almışdır. Aygün Kazımova və Rəhim Rəhimli sentyabr ayının 11-i Şamaxıda "Şou Aygün Rəhimli" adlı konsertlə də çıxış etmişlər.
Aygün Kazımova - 30 il (konsert)
== Konsert haqqında == 22 sentyabr 2017-ci ildə "Bakı Kristal Zalı"nda keçirilən canlı solo konsert. Konsertdə ilk dəfə "Kölgə ol" mahnısı Mircamal Haşımov ilə duet şəklində ifa olunub. Konsertin rejissorluğu üçün Fransadan Reda Bentifur dəvət olunmuşdur. Reda Bentifur Bakı Kristal Zalı səhnəsində keçirilən konsert üçün Azərbaycana dünya ulduzlarının konsertlərində çıxış edən 70 nəfərlik böyük komanda ilə gəldi, rəqqaslar əsasən Argentina, Meksika, Fransa, İtaliya və Kolumbiyadandır. Müsahibələrində Azərbaycana ilk dəfə və məhz Aygün Kazımovanın dəvəti ilə gəldiyini bildirən Reda, daha əvvəl Azərbaycanın pop kraliçasının kliplərini sosial şəbəkələr vasitəsi ilə seyr etdiyini və onun yaradıcı və çox çalışqan ulduz olduğunu qeyd edib. “Aygün Kazımova - 30 il” adlanan konsertin əsas xoreoqrafiya məşqləri iyul ayından Heydər Əliyev adına İdman Arenasında başlayıb, iki ay Reda Bentifurun rəhbərliyi ilə Sarayda məşq edən Aygün və beynəlxalq rəqqas komandası ilə Bakı Kristal Zalın səhnəsində məşqlərini davam etdirmişdir.Libaslara uyğun Aygün Kazımovaya saç aksessuarları da hazırlanıb. Xalq artistinin paltarları üzərində modelyer Rüfət İsmayıl çalışıb. O, ağ, qara, qırmızı və qızılı tonlardan istifadə edib. Maraqlı bir faktı qeyd edək ki, səhnəyə quraşdırılan dekor ağac müğənniyə baha başa gəlib. Belə ki, Pop Diva Aygün Kazımova ona 15 min manat ödəyib.
Beş dəqiqəlik konsert (film, 1941)
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Miri Yusif & Nigar Camal (konsert)
== Konsert haqqında == 22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Böyük simfonik orkestr üçün konsert (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur.İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Ümummilli lider Heydər Əliyevin adı verilib.
Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
Piano və orkestr üçün konsert No.2 , Op. 18 (C minor), 20-ci əsrin dahi rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900 və 1901-ci illər arasında yazılmış konsertdir. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü soloist olaraq, 2 dekabr 1900 tarixində ifa edilmişdir. Bütün əsər ilk dəfə, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianist olaraq, 9 Noyabr 1901 tarixində ifa olunmuşdur. Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı, onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir. == Arxa plan == Bəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən Nikolai Dahl adında terapevtə həsr olunmuşdur. == Bəstə == Əsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır.
Kanser
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Aranxues konserti
Aranxues konserti (isp. Concierto de Aranjuez) — ispaniyalı bəstəkar Xoakin Rodriqo tərəfindən yazılmış musiqi kompozisiyası (klassik gitara və orkestr üçün solo konsert). Bu, Rodriqonun ən məşhur əsəridir və onu XX əsrin ən görkəmli ispan bəstəkarları arasında bərqərar etmişdir. Rodriqo bu konserti 1939-cu ilin yazında Parisdə yazmışdır. Konsert ilk dəfə 9 noyabr 1940-cı il tarixində Barselonada Rodriqonun əsərini həsr etdiyi ispan gitaraçısı Rexino Sayns de la Masa tərəfindən ifa edilmişdir. Orkestrə Sesar de Mendosa Lassal dirijorluq edirdi. Konsert təl Rodriqonun ən populyar əsəri deyil, həm də XX əsrin klassiki musiqisinin ən məşhur əsərlərindəndir. Əsərin adı Rodriqonun arvadı ilə bal ayını keçirdiyi Aranxuesdəki kral sarayının bağlarına işarədir. Rodriqo əsərə XVIII əsrdə IV Karl və VII Ferdinandın hakimiyyət illərində ispan sarayında ab-havanı gətirmişdir, amma eyni zamanda Rodriqonun 1939-cu ildə yaşadıqları və düşüncələri də hiss olunur. Rodriqo və arvadı uzun müddət Kosertin ikinci hissəsinin mənşəyi barədə susmuşdular, buna görə də Adajionun 1937-ci ildə Gernikanın bombalanmasının təsiri altında yazıldığı versiyası çox populyar idi.
Aranxues konserti"
Aranxues konserti (isp. Concierto de Aranjuez) — ispaniyalı bəstəkar Xoakin Rodriqo tərəfindən yazılmış musiqi kompozisiyası (klassik gitara və orkestr üçün solo konsert). Bu, Rodriqonun ən məşhur əsəridir və onu XX əsrin ən görkəmli ispan bəstəkarları arasında bərqərar etmişdir. Rodriqo bu konserti 1939-cu ilin yazında Parisdə yazmışdır. Konsert ilk dəfə 9 noyabr 1940-cı il tarixində Barselonada Rodriqonun əsərini həsr etdiyi ispan gitaraçısı Rexino Sayns de la Masa tərəfindən ifa edilmişdir. Orkestrə Sesar de Mendosa Lassal dirijorluq edirdi. Konsert təl Rodriqonun ən populyar əsəri deyil, həm də XX əsrin klassiki musiqisinin ən məşhur əsərlərindəndir. Əsərin adı Rodriqonun arvadı ilə bal ayını keçirdiyi Aranxuesdəki kral sarayının bağlarına işarədir. Rodriqo əsərə XVIII əsrdə IV Karl və VII Ferdinandın hakimiyyət illərində ispan sarayında ab-havanı gətirmişdir, amma eyni zamanda Rodriqonun 1939-cu ildə yaşadıqları və düşüncələri də hiss olunur. Rodriqo və arvadı uzun müddət Kosertin ikinci hissəsinin mənşəyi barədə susmuşdular, buna görə də Adajionun 1937-ci ildə Gernikanın bombalanmasının təsiri altında yazıldığı versiyası çox populyar idi.
Avropa Konserti
Avropa konserti (ing. Concert of Europe) yaxud Vyana Sistemi — Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem. Vyana konqresindən sonra həyata keçirildiyi üçün Konqres Sistemi olaraq da bilinir. Konsert sistemi adətən böyük dövlətlərin sülh şəraitinin pozulmasına inandıqları zaman topladıqları konfranslar şəklində aparılırdı. == Ümumi məlumat == Avropanın konserti, Napoleonun imperatorluğunu məğlub edən, Dördlü İttifaq ölkələri tərəfindən, yəni Avstriya, Prussiya, Rusiya və Britaniya tərəfindən yaradılmış, daha sonra isə Fransanın da daxil olması ilə üzv ölkələrin sayı beçə çatmışdır. Bu yaradılmış sistemdə, əvvəllərdə İngiltərənin Xarici İşlər Naziri Robert Stüart, Avstriya Kansleri Klement von Metternix və Rusiya Çarı I Aleksandr baş rol oynayırdı. Şarl Moris de Talleyrand-Prigord, Fransanın yenidən beynəlxalq diplomatiyada digər böyük dövlətlərin yanında yer almasını təmin etdi. Avstriyanın Almaniya Konfederasiyası daxilində dominant güc olması və Avstriya Kansleri Metternixin mühafizəkar mövqeləri səbəbiylə Konsert dövrü, "Metternix Dövrü" olaraq xatırlandığı kimi, Vyana Konqresinin Avropanı Fransa inqilabından əvvəlki status-kvoya gətirmək yolunda reaktiv səyləri üzündən "Avropa Bərpa Dövrü" olaraq da adlandırılır. Almanca (alm. Pentarchie‎ (pentarşi)) və rusca isə Vyana Sistemi (rus.
Konsort Şahzadə
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Konvers (Vayominq)
Konvers Rayonu (ing. Converse County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 052 nəfər olmuşdur. Rayonun paytaxtı Duqlas şəhəridir.
Kraliça-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Kral-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Şahzadə-konsort
Kral-konsort, şahzadə-konsort və ya kraliça-konsort (Prince consort) — monarxın həyat yoldaşı (kişi və ya qadın özü monarx olduqda bu titul işlədilmir). Müasir dövrün konsortları II Elizabetin həyat yoldaşı şahzadə Filip və Danimarkanın kraliçası II Marqretin əri şahzadə Henrikdir. Kraliçanın həyat yoldaşının yüksək statusunu göstərmək üçün ona şahzadə, şahzadə-konsort və ya kral-konsort titulu verilə bilər. Kraliçanın ölümündən sonra konsort titulu itirilir və sadəcə şahzadə və ya hersoq çağrılır. Anoloji status, kraliça-konsort kralın da həyat yoldaşına verilə bilər. Məsələn, VI Georqun həyat yoldaşı kraliça II Elizabetdə bu statusu daşımışdır (1936—1952).
Şon Konneri
Ser Tomas Şon Konneri (ing. Sir Thomas Sean Connery; 25 avqust 1930[…] – 31 oktyabr 2020[…]) — şotland əsilli Böyük Britaniya kinoaktyoru və prodüseri. Oskar (1988), BAFTA (1988, 1990) və Qızıl Qlobus (1972, 1988) mükafatlarının laureatıdır. 70-dən artıq kinofilmdə rol almış, həmçinin 1962–1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekranizasiyası olan Ceyms Bond haqqında 7 filmdə çəkilmişdir. 1988-ci ildə "Toxunulmazlar" (ing. The Untouchables) filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında Oskar mükafatına layiq görülmüşdür. 1991-ci ildə ona Fransanın Fəxri Legion Ordeninin komandor dərəcəsi, 2000-ci ilin iyulunda isə kraliça II Elizabet tərəfindən cəngavər dərəcəsi və "ser" titulu verilmişdir.
Kövsəri
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri. == Həyatı və yaradıcılığı == Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır: == Tədqiqi == Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.
Kövsər
Kövsər (fars. کوثر‎, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir.Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər. İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir. == İnkişaf == 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibəti ilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur.Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir. === Tənqidi === İran mətbuatı bildirirdi ki, Kövsər qırıcıları üçün baza modeli ABŞ istehsalı olan Northrop F-5 təyyarələri olmuşdur, eyni zamanda müsəlman bir millət tərəfindən hazırlanan ilk döyüş təyyarəsi olduğu üçün təyyarə dördüncü nəsil döyüş təyyarəsi mükafatına layiq görülməlidir.İranın xaricində olan media qrumları Kövsəri F-5-in köhnəlmiş bir versiyası kimi qəbul edərək ona istehza edilmişdir. Tayvan istehsalı olan AIDC AT-3 ilə müqayisələr edilmişdir.IISS-in hərbi aviasiya üzrə böyük zabiti olan Douglas Barrie bildirir ki, iranlılar F-5 qırıcısını baza modeli olaraq götürdükləri bu təyyarədə yeniliklər və dəyişikliklər həyata keçirmişdirlər.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.