Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samanlıq
Samanlıq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Samanlıq kəndi Qoşabulaq bələdiyyəsinə daxildir. Mis çayının hər iki sahilində,Çobandagın ətəyində yerləşən Samanlıq kəndi Kiçik Qafqaz daglarının yamac tipli kənd formasında salınan yaşayış məntəqələrindəndir.Kəndin ərazisində Qalaca deyilən yerdə aşkar olunan qəbirlər və yaşayış yerlərinin qalıqları sübut edirki bu kənd ərazisi Xocalı Gədəbəy (Son Tunc və Erkən Dəmir dövrü) mədəniyyətinin dövrünə aiddir.Samanlıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında 1918-1920 ci illər Gəncə qəzasının Qazax nahiyəsinə aid edilmişdir.1930 cu ildə rayonlar təzədən qurulanda Samanlıq kəndi Tovuz rayonuna verilib.1961 ci ildə Tovuz rayonuna uzaq olduğuna görə, 26 km Gədəbəylə məsafəsinə görə Gədəbəyə verilmişdir.Bu işi o zamankı kolxoz sədri Sadiqov Əsəd kişi Moskovaya rəsmi məktub yazaraq etmişdir.Kəndin ətraf yerlərində olan yer adları Türk ad sisteminə aid olan coğrafi toponimlərdir.Kəndin Şəmkir tərəfində Qazaxlar arxacı,Geriyan meşə,Ortalı təpə,Tovuz tərəfində Qabaqyal dağı,Qaryağdı,şərq hissəsində Düyərli,Qaranlıq,Dikdaş,Zağa dərəsi,Qələmkər kişinin yurdu,Səfərvurulan,Atxalxalı və.s yer adları bu gündə camaat tərəfindən işlədilir. Bələdiyyə sədri Ələkbərov Rasim Şamil oğludur. == Toponimikası == Samanlıq oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Çoban dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Tovuz r-nunun Alakol kəndindən köçmüş ailələr Samanlıq adlanan keçmiş yurd yerində salmışlar. Gəncə xanlığının Zülqədər tayfasının Zəyəm mahalının yaylaq yeri kimi istifadə olunmuşdur.Allahyar Bəy Zülqədərli bu zonanın yani Xınna dərəsinin bəyi kimi Samanlıq kəndinidə idarə etmişdir.Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarına qədər bu ərazi Alakol kəndinin əkin sahəsi olmuşdur. Sonralar bu ərazi qışlaq, binə, daha sonra isə yaşayış məntəqəsinə çevrildi.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Samanlıq güldəfnəsi
Samanlıq güldəfnəsi (lat. Trigonella foenum-graecum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güldəfnə cinsinə aid bitki növü. Vətənı Yaxın Şərq, Xüsusən Suriya, Cənubi-Qərbi Avropa, Hindistan və Çindir. Çindən Aralıq dəniziniə qədər geniş sahəyə yayılıb. Toxumları və bəzi ölkələrdə yaşıl yarpaqları göyərti kimi istifadə olunmaqdadır. Dadı acıtəhər və ətirlidir. Efirində 40 növ maddə tapılır. Qədimdən Orta Şərq ve Hind mətbəxində istifadə olunmaqdadır. == Xüsusiyyətləri == Sarə-kəhrəba rəngli rombşəkilli güldəfnə toxumları, adətən şoraba və pastaların hazırlanmasında isitfadə olunur. Xüsusən Hindistan subkontinentinin mətbəxində rast olunur.
Amanlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Almalıq
Almalıq (Kəlbəcər)
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Azadlıq
Azadlıq əsasən müxtəlif hallar (proseslər/hadisələr) arasında heç bir təzyiq olmadan fərdi seçim imkanıdır. Ümumi şəkildə qərar qəbul edən subyektin vəziyyətini göstərir. == Azadlıq anlayışı == İmmanuel Kant ilk dəfə olaraq azadlığı mənfi və müsbət olaraq iki qrupa bölmüşdür. Ser İsaiah Berlin adlı filosof "Azadlığın iki konsepti"ni belə şərh etmişdir: Mənfi azadlıq üçün misal kimi onu göstərk olar ki, məsələn hər hansı bir şəxs öz fikrini azad ifadə edən zaman o başqası və ya senzura ilə susdurulmasın. Müsbət azalıq isə o deməkdir ki, bu şəxs öz fikrini ifadə edən zaman kommunikasiya vasitələrindən və medya azadlığından istifadə edərək öz fikrini həqiqətən açıqlaya bilir. Niklas Luhman isə azadlığı dərketmə ilə əlaqələndirir: Azadlıq ona məhdudiyyət qoyulmasının hiss olunmamamsı kimi də başa düşülə bilər. İnsan davranışının müəyyən olunmasında konstitusiya və ya qanunla təmin olunan hüquq azadlıq kimi baxıla bilər. Ancaq bu subyektiv şəkildə mövcuddur. Dövlətin uyğun vəzifələrinə uyğun insan hərəkətlərinin idarəsi üçün hüquq daha çox dəqiq hüquqi mexanizmlərin olmasını tələb edir (məsələn əmək hüququ olanları işlə təmin etmək). == Fəlsəfə == === Azadlıq və zərurət === Azadlıq və zərurət insan fəaliyyəti ilə təbiət və cəmiyyət qanunlarıın qarşılıqlı münasibətini ifadə edən fəlsəfi kateqoriyalardır.
Dumanlıq
Dumanlıq və ya Nebula — astronomik səma cisimləri yığını. Bizim Qalaktikanın tərkibində hətta teleskopda belə ləkələr kimi görünən, əsasən qaz və tozdan ibarət olan dumanlıqlar da vardır. === Növləri === ==== Planetar dumanlıqlar ==== Bəzi dumanlıqlar formasına görə planetlərə bənzəyir və buna görə də planetar dumanlıq adlanır. Bu tip dumanlıqlara Lira bürcündə yerləşən dumanlıqları nümunə göstərmək olar. ==== Diffuz dumanlıqlar ==== Qeyri-müntəzəm formaya malik olan dumanlıqlardır. Bu tip dumanlıqlara nümunə olaraq Orion bürcündəki dumanlıqları göstərmək olar. == Tarixi rəvayət və əfsanələr == Nebula insanlar üçün ən ağır, ən ciddi və ən pis təhlükə sayılır. Nebulanın yerə yaxınlaşacağı və bunun da çox pis nəticələrə səbəb olacağını qədim maya təqvimi ilə yanaşı, mayaların rəvayətləri ilə əfsanələrində də əks olunduğu iddia edilir. Mayaların "Xibalba" dedikləri Nebula çox qədimlərdə "qorxu yeri" adlandırılırdı. Maya sivilizasiyası məhv oldu, Nebula unuduldu.
Qaranlıq
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Tamamlıq
Tamamlıq — ikinci dərəcəli cümlə üzvlərindən biri. Adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən?
Xaqanlıq
Xanlıq və ya xaqanlıq — xan, xaqan, xatun və ya xanımın idarə etdiyi ictimai-siyasi birlik. Bu ictimai-siyasi birliklər adətən Avrasiya çöllərində yerləşən köçəri türk, monqol və tatar cəmiyyətləri idi.Xanlıq orta əsrlərdə türkdilli xalqlarda ictimai-siyasi birlik idi. Onu xan idarə edirdi ki, adı da buradandır. Krım, Həştərxan, Kazan xanlıqları daha məşhur idi. 1740-cı illərdə Azərbaycanda 10-dan çox xanlıq meydana gəlmişdi. Onlardan Qarabağ, Quba, Şəki, Xoy xanlıqları Azərbaycanın siyasi həyatında mühüm rol oynamışdılar. Xanlıqlar XIX əsrin ikinci yarısınadək mövcud olmuşdular.Xaqanlıq erkən orta əsrlərdə türkdilli xalqlar da ictimai-siyasi birlik. Onu xaqan idarə edirdi, adı da buradandır. Monqol, Avar, Hun, Türk xaqanlıqları məşhur olmuşlar. Xanlıq ilə müqayisədə xaqanlıq çoxsaylı kiçik xanlıqların ona tabe olduğu böyük köçəri dövlət idi.
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Aranlı
Aranlı — təxəllüs. Bu təxəllüsü olan tanınmışlarMücahit Ahmet Aranlı — şair. Məqsəd Aranlı — şair.Yaşayış məntəqələriAranlı (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Aranlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Aranlı bələdiyyəsiAranlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Aranlı bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Ağalıq
Ağalıq (torpaq mülkiyyəti)
Maşlıq
Maşlıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Maşlıq oyk., sadə. Cəlilabad r-nunda kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif kəndlərdən çıxmış ailələrin Maşlıq adlı yerdə (Azərb. dilində maş paxlalı bitki, lobyanın bir növü) məskunlaşması nəticəsində yaranmışdır. Oykonim maş əkilən yer mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3654 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı (kartofçuluq-əkinçilik, maldarlıq və heyvandarlıq) təşkil edir. == Din == Kənddə "Şəhidlər" məscidi dini icması fəaliyyət göstərir.
Xanlıq
Xanlıq (dövlət) — xırda feodal dövləti. Xanlıq (Qubadlı) — Qubadlı rayonunda kənd. Xanlıqpəyə — Şuşa rayonunda kənd.
İmanlı
İmanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 213 nəfərdir. == Toponimiyası == Keçmişdə Cənub zonasında maldarlıqla məşğul olmuş pirembel (pirimbel) tayfasının beşinci qoluna məxsus altı ailənin başçısı Kərbəlayı İman xan adlı şəxs olmuşdur. XIX əsrdə həmin ailələrin oturaqlaşması nəticəsində yaranmış kənd də bu ailələrin mənsub olduğu qolun adı ilə imanlı (Kərbəlayı İmanın adından) adlandırılmışdır.
Alancıq (Mərənd)
Alancıq (fars. النجق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,408 nəfər yaşayır (333 ailə).
Azadlıq heykəli
"Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" (ing. Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir.Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.Orotoponimdir.
Azadlıq prospekti
Azadlıq prospekti (Rusiya)
Azadlıq qəzeti
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. == Tarixi == "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. == İlk sayı == Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Aminli
Aminli (Nir)
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.