1. Hər hansı bir yerdə əhalinin yaşayışına lazım olan şərait və vəsait. Şəhərin abadlığına çox diqqət yetirilir.
2. Abad yer, yaşayış yeri, yaşayış üçün yararlı yer; şenlik. Ölkəmizin hər yeri abadlıqdır. – İnsan abadlıq, bayquş xarabalıq sevər. ( Ata. sözü ).
3. məc. klas. Ruh rahatlığı, dərdsizlik, qayğısızlıq mənasında.