Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abuqali Uzdenov
Abuqali Uzdenov ― (qaraç.-balk. Ёзденлени Адурхайны джашы Абугъалий: 1897, Jazlıq, Kuban bölgəsi, Rusiya İmperiyası - 1992 Sarı düz, Qaraçay-Çərkəz Respublikası ) ― qaraçay-balkar dastançısı, şairi, musiqiçisi. == Haqqında == Abuqali Uzdenov 1897-ci ildə dağlı Jazlıq kəndində anadan olub. 30 il öz doğma kəndində yaşadıqdan sonra Sarrı düz kəndinə köçüb. Uzdenov qaraçay balkar əfsanələrinin ifaçısı və dastançı olub. Nart eposunun qaraçay-balkar nümunəsinin qorunmasında və unudulmamasında böyük rola malikdir. O, XIX əsrin sonu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş qaraçay şairləri, Kasbot Koçkarov, Appı Canıbəyovun əsəri olan mahnıları ifa edib. Xalq mahnıları və dastanlarını ifa etməkdən əlavə o həm də öz bəstələrini də ifa edirdi. Onun əsərlərindən iyirmiyə yaxını günümüzə qədər gəlib çatıb.
Aşurəli Zərbəliyev
Aşurəli Səfərəli oğlu Zərbəliyev (9 sentyabr 1999, Quxuroba, Qusar rayonu — 11 oktyabr 2020, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aşurəli Səfərəli oğlu Zərbəliyev 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olmuşdur. 2005-2014-cü illərdə Qusar rayon Quxuroba kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Aşurəli Zərbəliyev 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aşurəli Zərbəliyev 11 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qusar rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Valiko Juğeli
Valiko Juğeli (gürcücə: ვალიკო ჯუღელი; 1 yanvar 1887, Tiflis – 30 avqust 1924, Gürcüstan) — gürcü hərbçi və siyasətçi. Qatı bolşevizm əleyhdarlığı ilə seçilir.) Gürcüstan Demokratik Respublikasının Sovet Rusiyası tərəfindən işğal edilməsindən sonra Qırmızı Orduya qarşı Gürcüstanda müxtəlif dövrlərdə üsyanlar təşkil etməyə çalışmışdır. İlk əvvəllər, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına rəğmən, daha sonra bolşeviklərdən uzaqlaşmış və menşeviklərlə yaxınlaşmışdır. Bundan sonra o, menşeviklərin Gürcüstandakı ən məşhur üzvlərindən birinə çevrilmişdir. == Həyatı == Valiko Juğeli 1887-ci ilin 1 yanvar tarixində Gürcüstanda anadan olmuşdur. O dövrdə Gürcüstan torpaqları Rusiya imperiyasının ərazilərinə daxil idi.Həyatının erkən dövrlərindən siyasətlə maraqlanmışdır. Gürcüstanda Sovet İttifaqına qarşı üsyan təşkil etməyə çalışarkən ətrafındakı şəxslərlə birlikdə həbs edilmiş və qısa müddətlik araşdırma, məhkəmə prosedurlarından sonra güllələnərək edam edilmişdir. == Fəaliyyəti == XX əsrin əvvəllərində Rusiya imperiyasının bir parçası olan Gürcüstanda marksist hərəkatlarla maraqlanmışdır. İlk əvvəllər Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmasına rəğmən, dahasonra menşeviklərə qatıldı və bu qanadın Gürcüstandakı ən təsirli üzvlərindən biri oldu. 1917-ci ildəki Oktyabr inqilabından sonra bolşevik əleyhdarı hərəkatlara qatıldı.
Ağəli Dadaşov
Ağəli Dadaşov (tam adı: Ağəli Abbasəli oğlu Dadaşov; 20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Angeli-Rumini reaksiyası
Angeli-Rimini reaksiyası aldehid ilə əsas mühitində sulfonamid N-hidroksibenzolsulfanamidlə reaksiyaından hidroksi turşunun əmələ gəlməsidir. Digər bir reaksiya məhsulu sulfin turşusudur. Reaksiya iki İtalyan kimyaçısı Angelo Angeli və Enrico Rimini (1874-1917) tərəfindən aşkar edildi və 1896-cı ildə nəşr olundu. Reaksiya aldehidləri dəmir xlor ilə birlikdə aşkar etmək üçün kimyəvi bir testdə istifadə olunur. Bu testdə aldehidi təsdiq edən bir neçə damla nümunə etanolda həll olunur, bir az natrium hidroksid məhlulu ilə birlikdə sulfanamid əlavə edilir və sonra həll Kongo qırmızıya qədər asidləşdirilir. Əlavə edilmiş dəmir xlorid damlası aldehidin iştirakı ilə məhlulu parlaq qırmızı rəngə çevirir. Sülfonamid, etanoldakı hidroksilamin və benzensülfonil xloridin kalium metal ilə reaksiyaya girərək əldə edilir == Reaksiya mexanizmi == Bu reaksiyanın mexanizmi aydın deyil və bir neçə potensial yol var. N-hidroksibenzensülfonamid 1 və ya onun reduksiya forması 2, aralıq birləşmə 4 əmələ gətirmək üçün aldehid 3 ilə reaksiya verərək nükleofildir. 5 molekul içi proton mübadiləsindən sonra sulfin turşusu anyonu ayrılır və nitron 6 və ara maddə 7 vasitəsilə hidroksalmin turşu 8 əmələ gəlir. Alternativ olaraq, aziridin aralıq 9 birbaşa son məhsulu əmələ gətirir.
Ağəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir. Ələlxüsus, o vaxtlarda rusca oxumaq xalq arasında bidət, bəlkə daha ziyadə bir əmri-şəni kimi sayıldığı halda və valideyninin mümaniəti ilə bərabər bir az vaxtın müddətində şəhər məktəbinin üç klass dərslərini ikmal etmişdir.