1. Yemək şeylərinə azıq demişik. Azmaq feili olub və “çeynəmək” anlamında işlədilib. Azuqə həmin feildən əmələ gəlib və özümüzün doğma sözümüzdür, (azı diş ifadəsi də buradandır, “əzən dişlər” deməkdir).
2. Bu sözü alimlərimiz alınma hesab edirlər. Əslində, azuqə kəlməsi aş sözü zəminində yaranıb və bizim dilimizdən başqa dillərə keçərək forma dəyişmələrinə məruz qalıb. Mənbələrdə aşla (yemək), aşlıq (mətbəx), aş (голодать) kimi sözlərə çox təsadüf olunur. Tatar dilində azıq (съестные припасы), azımaq (жевать) sözləri var. Azı diş birləşməsindəki azı sözü də “aş”la (əzmək, çeynəmək, yemək) bağlıdır. Deməli, azuqə və aş (bu, qədim zamanlarda plov yox, ümumiyyətlə, “yemək” mənasını əks etdirib; aşpaz, aşxana, nə tökərsən aşına... kimi söz və ifadələr də bunu sübut edir) eyni kökə malik olan sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)