Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döyüşdə yaralanma
Döyüşdə yaralanma (ing. Wounded in action) — müharibə zamanı döyüş bölgəsində həlak olmayan, lakin yaralanan döyüşçülərin təsviri. Tipik olaraq bu, müvəqqəti və ya daimi olaraq silah gəzdirməyə və ya döyüşməyə davam edə bilməyəcəyinizə işarədir.ABŞ ordusu üçün WIA-ya qoşulmaq ümumiyyətlə bənövşəyi ürək təyin edilməsinə səbəb olur, çünki medalın məqsədi (ən yüksək mükafatlardan biri, ABŞ hökuməti tərəfindən rəsmi olaraq verilmiş hərbi və ya mülki şəxs) döyüşdə ölmüş, əlil və ya yaralananları tanımaqdır. == NATO-nun tərifləri == === Döyüşdə yaralı === Xarici bir agent və ya səbəb üzündən bir xəsarət alan zaman döyüşdə öldürüləndən xaric itki. Termin, hər hansı bir yara və digər yaralanmaları əhatə edir, bədənin bir deşmə olub olmadığını, nüfuz edən və ya deşilmiş bir yarada olduğu kimi, ya da kontuziya edilən yarada olduğu kimi; bütün qırıqlar, yanıqlar, partlayışlar, bioloji və kimyəvi müharibənin bütün təsiri, toionlaşdırıcı şüalanma və ya hər hansı digər dağıdıcı silah və ya agent təsiri. === Döyüşdə alınan yaralardan ölüm === Müalicə müəssisəsinə çatdıqdan sonra döyüşdə alınan yaralar və ya digər xəsarətlər nəticəsində ölən döyüş itkisi. ABŞ-də istifadə olunan qısaltma DOW, NATO isə DWRIA-dır.
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
"Döyüşdə fərqlənməyə görə" medalı
"Döyüşdə fərqlənməyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Döyüşdə fərqlənməyə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabelikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2. Təltif edən orqan "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Cəsur döyüşçü" medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Döyüşdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.Maddə 2.
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar.Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə,bir sıra hüceyrələr , o cümlədən ,stromal hüceyrələr,makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O,qeyri aktiv formada sintez olunur,proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır.O,hemopoez prosesinə,iltihab sitokinlərinin sintezinə,limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir.Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini,yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir.Onun differensisasiya təbiətli təsiri də məlumdur.Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.Onun geninin söndürülməsi əsasında autoimmun reaksiyaları duran və bədənin bütün ahələrini əhatə edən fatal iltihab patologiyası yaranır,yəni β tansformasiyaedici böyümə faktoru orqanizmdə autoimmun proseslərinin qarşısını alan bir faktor kimi də fəaliyyət göstərir.
Bitkilərin böyümə və inkişafı
Bitkilərin böyümə və inkişafı — hər bir orqanizm fasiləsiz olaraq kəmiyyət və keyfiyyət dəyişiklərinə məruz qalır. Bütün elm sahələrində böyümə termini həmişə hansısa prosesin, hadisənin, göstəricinin artması, yüksəlməsi kimi izah olunur. Biologiyada böyümə adı altında "canlı sistemlərin və onların hissələrinin quruluş və həcimcə dönməyən artımı" başa düşülür. Böyümənin bu tərifindən göründüyü kimi, onun yalnız inteqral və miqdarı keyfiyyəti nəzərə alınır. Burada orqanizimin quruluş elementlərinin əmələ gəlmə sürəti və istiqaməti, bu proseslərin əsasını təşkil eden mürəkkəb mübadilə reaksiyalarının xarakteri öz əksini tapmamışdır. Bəzi dərslik və dərs vəsaitlərində böyümə, orqanizmin ölçülərin və çəkisinin artması kimi götərilir. . XX əsrin əvvələrində İost göstərirdi ki, orqanizimin ölçülərinin hər hansı artımı hələ böyümə deyil. Böyümə zamanı xarici mühitdəki, qeyri-üzvi birləşmələr canlı vəziyyətə keçir.Bir qədər sonra İ. M. Şmalhauzen canlı orqanizimlərin böyüməsinə belə tərif vermişdir: "canlı varlıqların böyüməsi, orqanizimin fəal hissəciklərinin kütləcə artımından ibarətdir. Bu zaman, orqanizimdə sərbəst enerjinin artımı yüksəlir". E. S. Bonder və bir sıra alimlər, o cümlədən, İ. M. Şmalhauzen böyümə adı altında,canlı protoplazmanın kütləsinin artmasını nəzərdə tuturdular.
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.