DÖYÜKMƏK

f. Özünü itirmək, mat qalmaq, təəccüb etmək, çaşıb qalmaq, çaşmaq.
Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı. Çəmənzəminli.
[Ruqiyyə] ovçu əlindən qurtarmış maral kimi döyüküb töysünürdü. A.Divanbəyoğlu.
Arvad qab dəsmalı ilə yaşarmış gözlərini silib ərinin qabağında döyükə-döyükə (z.) qaldı. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖYÜKMƏK çaşmaq — itirmək

Antonimlər (əks mənalı sözlər)

  • DÖYÜKMƏK DÖYÜKMƏK – TOXTAMAQ Sofiya xanım Rüstəm bəyi görən kimi əvvəl döyükdü, rəngi qaçdı (Çəmənzəminli); Əziz özünü toxtatmağa çalışır, həkim əlini ondan çə
DÖYÜKMƏ
DÖYÜKMÜŞ

Digər lüğətlərdə