1. Əl və ya başqa bir şeylə vuraraq əziyyət verilmək; kötəklənmək, əzişdirilmək. Bərk döyülmək.
– Bir də görürdün [Dəli Səməd] döyüldüyü yerdə, gözləri yaşlı qəhqəhə çəkib gülürdü.
[Əhməd:] Təqsir onda, amma döyülən mən.
[Səfər:] Döyülməyinə döyüləcəyəm, qoy … ağıllı-başlı döyülüm.
2. Çəkicin zərbi ilə yayılıb müəyyən şəklə salınmaq. Mis döyülüb nazikləşdirildi.
3. Bir şeylə vurularaq səs çıxarılmaq; taqqıldadılmaq.
Qapı döyülür, Asya qapını açır.
Birdən qapının yavaşcadan döyüldüyü eşidildi.
Çox keçmədi ki, pəncərə içəridən iki dəfə yavaşca döyüldü.
4. Sünbüldən ayrılmaq (müxtəlif alətlər vasitəsilə).
Hətta burası da yadımdadır ki, …[taxıl] təzə döyülürdü.
…Gecə döyülən taxılı sovururdular.
Tarlalardan biçilmiş buğda, arpa [sentyabrda] xırmanlarda döyülüb yığışdırılır.
5. Üyüdülmək, narın hala salınmaq. Həvəngdə döyülmək.
6. Qiymə halına salınmaq. Ət qiyməkeşlə döyüldü.
7. məc. Məğlub edilmək, əzişdirilmək.
8. xüs. Müəyyən üsulla bədənə yeridilmək.