Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülənçilik
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.