Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hazırım
Hazırım, Candan Erçetin'in ilk albomudur. Bu albomu 1995 ildə çıxardıb.
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. == Tarixi == Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır.Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır.Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.İxtira daha əvvəl 1901-ci ildə Çikaqoda işləyən yapon alimi Satori Katoya aid edilirdi. Kato, kəşf etdiyi hazır qəhvəni Nyu Yorkdakı "Pan-Amerikan" sərgisində tanıdır. Daha sonra isə, 1910 ildə Amerika Birləşmiş Ştatlarında ixtiraçı Corc Vaşinqton öz hazır qəhvə hazırlama metodunu inkişaf etdirmişdir.
Nazırlı
Nazırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin əvvəllərində Nəzirli kəndinin adı "Qılınclı" adlanırmış. Qılınclı kəndi vaxtilə çox böyük kənd olub. O vaxtlar Kür çayının daşması nəticəsində kəndin əhalisi dörd yerdə və hər birinin arasında 5–6 km məsafə olan ərazilərdə məskən salmışlar. Hətta bu dörd kəndin dördünü də yaşlı adamlar "Qılınclı" (yaşlıların dili ilə desək "Qılışdı") adlandırırlar. Hal-hazırda bu kəndlərin indiki adları: Mollalı, Məşədiibişli, Məmmədli və Nəzirli adlanırlar. Nəzirli kəndini bir çoxları, "Mator Qılınclısı" kimi də tanıyırlar. Çünki, Nəzirli kəndi Kür çayının tam sahilində yerləşdiyi üçün, həyətyanı və əkin sahələrinin suvarılması üçün kəndin Kürə yaxın bir hissəsində çox böyük həcmdə və böyük gücə malik olan su motorları üçün böyük bir bina tikilib və içində 10 - a yaxın tank motorları yerləşdirilmişdır(1975-ci ildən bəri bu motorları yeni qurulmuş su üzərində Bərdə SSİ Nazırlı üzən nasos stansiyası əvəz edir). O vaxtdan Qılınclı kəndlərinin sakinləri öz aralarında biri-birinə izah etmək üçün, bu kəndin adını "Mator Qılınclısı" kimi adlandırmışlar. Nəzirli kəndinə yaranma tarixindən (1930-cu ildən) bəri, yalnız müstəqillik dövründə-2015-ci ildə təbii qaz xətti çəkilib, sakinlərin istifadəsinə verilmişdir.
Mark Hazinski
Mark Hazinski (20 aprel 1985) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Mark Hazinski Birləşmiş Ştatları 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazarkı-Qomər
Qazarkı-Qomər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
İkinci Nazırlı
İkinci Nazırlı (əvvəlki adı: Nəzirli) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Nəzirli kəndi İkinci Nazırlı kəndi adlandırılmışdır.
Hal-hazırda yaşayan yüz dahi
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Əfqanıstan müharibəsi (2001–hal-hazırda)
Əfqanıstan müharibəsi — 2001-ci ildə ABŞ-nin Əfqanıstana hücumundan sonra günümüzə qədər Əfqanıstanda davam edən münaqişələri əhatə edir. == Arxa plan == 27 may 2014 tarixində ABŞ prezidenti Barak Obama, ABŞ qoşunlarının döyüş missiyasının il sonuna qədər başa çatacağını açıqlamışdır. Geriyə 9,800 nəfərlik bir qrup qalacaq, Əfqan qüvvələri maarifləndiriləcək və məsləhət veriləcək ancaq 2015 tarixindən etibarən koalisiya qüvvələri qara toqquşmalarına qoşulmayacaq. Obama həmçinin 2016-cı ilin sonuna qədər bütün Amerika qoşunlarının ölkədən çəkiləcəyini açıqlamışdır.Ortaq Xüsusi Hərəkat Komandanlığının Taliban və Əl-Qaidəyə qarşı mübarizə edəcəyi və qrupların özlərinə etibarlı bölgələr yaratmasının qarşısına keçiləcəyi bildirilmişdir. == Münaqişələr == === 2015 münaqişələri === NATO silahlı qüvvələrini geri çəkməsindən sonra Taliban, Əfqan təhlükəsizlik qüvvələrinə hücum etməyə davam etmişdir. 2015-ci ilin may ayında Künduz vilayətinin çöllüklərində toqquşmalar intensivləşib. Xalq köç etməyə başlamış və bu bölgəyə uçuşlar ləğv edilmişdir. 22 İyunda Kabildə parlament binası hücuma məruz qalmışdır. Avqust ayında isə biri amerikalı əsgər olmaqla cəmi 50 nəfər, təlim düşərgəsinə hücum nəticəsində həyatını itirmişdir.Sentyabr ayında Taliban Künduz vilayətinin mərkəzinə doğru irəliləməyə başlamışdır. Sentyabrın sonunda Taliban rayon mərkəzini ələ keçirmişdir.
Hazır ol (film, 1939)
== Məzmun == Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur. == Film haqqında == Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir. Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır. Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir. Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.
Bakı Hazırdır (1940)
Bakı hazırdır! qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1940-cı ildə çəkilmişdir. Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. == Məzmun == Filmdə 1940-cı ilin payız günlərinin birində hava hücumundan müdafiə məşqlərindən bəhs olunur. Burada hava həyəcanı siqnalı verilərkən zəhmətkeşlərin nə etməli olduqlarından danışılır. Ümumi yoxlanış zamanı Bakı zəhmətkeşlərinin hərbi hava hücumundan müdafiəyə yaxşı hazırlaşdıqları qeyd edilir. == Filmin üzərində işləyənlər == Rejissor: Əbdül Həsənov Operator: Muxtar Dadaşov, Vladimir Yeremeyev, Fyodor Novitski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Buraxılışa Hazırdır (1974)
Buraxılışa hazırdır qısametrajlı sənədli televiziya filmi rejissor Oqtay Babazadə tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Bakıdakı Vano Sturua adına Gəmiqayırma Zavodunun işçilərinə həsr olunmuşdur. == Məzmun == Film Bakıdakı Vano Sturua adına Gəmiqayırma Zavodunun işçilərinə həsr olunmuşdur. == Festival və mükafat == 1974-cü ildə Kalininqradda "İnsan və Dəniz" şüarı altında keçirilən Ümumittifaq kino festivalında film I dərəcəli diplom almışdır.
İkinci Nazırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hal-hazırda yaşayan yüz dahi (layihə)
Hal-hazırda yaşayan yüz dahi (ing. Top 100 living geniuses) — Creators Synectics konsaltinq şirkəti tərəfindən hazırlanan, Böyük Britaniyanın Daily Telegraph qəzeti tərəfindən 28 oktyabr 2007-ci ildə dərc edilmiş və indiyədək dünyanın diqqətində olan siyahı. == Siyahının liderləri == 1-2. Albert Xoffman (kimyaçı, İsveçrə) — 27 bal 1-2. Tim Berners-Li (kibernetik, Böyük Britaniya) — 27 bal 3. Corc Soros (maliyyəçi və filantrop, ABŞ) — 25 bal ... 5-6. Nelson Mandela (siyasətçi, Cənubi Afrika Respublikası) — 23 bal ... 12-14. Əli Cavan (alimi, ABŞ) — 20 ...
Liverpul FK-nun tarixi (1985-hazırda)
1985-ci ildəki Eyzel faciəsinə görə, məşqçi Feqan istefa verdi. Co Feqandan sonra, baş məşqçilik postuna Kenni Dalqliş keçir. O, oynayan məşqçi olur. Kenninin dövründə "Liverpul" 3 dəfə liqada 1-ci olur, 2 dəfə İngiltərə kubokunu qazana bilir. 1985/86 sezonunda "Liverpul" klassik dublya imza atır. Həmin sezon "Liverpul" həm çempionatı, həm də İngiltərə Kubokunu qazana bilir. 15 aprel 1989-cu ildə "Hillsboro" faciəsi baş verir. 96 "Liverpul"lu həlak olur. 1988/89 sezonu "Liverpul" pərəstişkarları üçün ən drammatik sezon oldu. "Arsenal"ın "Liverpul"la eyni xalı olmasına baxmayaraq, top fərqində "kanonirlər" "qırmızılar"dan üstün oldular.
Rusiya–Ukrayna müharibəsi (2022–hal-hazırda)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. == Zəmin == === Postsovet münasibətləri === 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.
ABŞ Müdafiə naziri
ABŞ Müdafiə naziri (ing: Secretary of Defense of the United States of America; az: Amerika Birləşmiş Ştatları Müdafiə Katibi) ABŞ Müdafiə Nazirliyinin rəhbəridir . Müdafiə naziri ölkənin müdafiə siyasətinə cavabdehdir və ABŞ Silahlı Qüvvələrində ABŞ Prezidentindən sonra ikinci vəzifəli şəxsdir və Nazirlər Kabinetində ən vacib dörd nazirlikdən biridir.Müdafiə naziri Birləşmiş Ştatlar prezidenti tərəfindən təyin edilir və Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndikdən sonra vəzifəsinə başlayır. Bugünkü Müdafiə naziri vəzifəsinin icrasına 23 iyul 2019 tarixindən etibarən başlamış Mark Esperdir.
Abdel Hakim Caziri
Abdel Hakim Caziri (2 iyul 1981) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdel Hakim Caziri Əlcəzairi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Fransa Baş naziri
Fransanın Baş naziri (frans. Premier Ministre Frosançais) – Rəsmi olaraq Fransa Respublikasının Baş naziri, Fransa Respublikasının Hökümətinin başçısı və Nazirlər kabinetinin lideridir.
Gürcüstanın baş naziri
Gürcüstan Baş nazirlərinin siyahısı — 26 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Gürcüstan Respublikasının Baş nazirləri bu siyahıda göstərilib. Bu siyahıda Gürcüstanda 1918-ci ildən 2015-ci ilədək Baş nazir və ya analoji vəzifəni tutan şəxslər təqdim olunub. Gürcüstanın ilk Baş naziri Noy Ramişvili idi, indiki isə Georgi Kvirikaşvilidi. Baş nazir vəzifəsi Gürcüstan Demokratik Respublikasının 1918-ci ildə müstəqillik elan etdikdən dərhal sonra yaradılıb. Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə vəzifə hökumət sədri (gürc. მთავრობის თავმჯდომარე) adlanırdı. Sovet qoşunlarının Gürcüstan ərazisinə soxulduqdan sonra Baş nazir postu ləğv olundu, lakin onun əvəzinə Xalq Komissarları Sovetinin sədri (gürc. სახალხო კომისართა საბჭოს თავმჯდომარე), daha sonra isə Nazirlər Şurasının sədri (gürc. მინისტრთა კაბინეტის თავმჯდომარე) vəzifələri yaradılmışdı. Müasir anlayışda Baş nazir postu 1991-ci ilin avqustunda bərpa edildi, lakin 1995-ci ilin dekabrında ləğv olundu.
Livan Baş Naziri
Livanın Baş naziri — Livan Ərəb Respublikasının baş naziri. Vəzifəni Həsən Diyab icra edir.
Pakistan Baş naziri
Pakistan Baş naziri — Vəzifəni 18 avqust 2018-ci ildən Pakistan İslam Respublikasının 22-ci Baş naziri İmran Xan icra edir. == Tarixi == Baş nazirin ofisi bölünmədən və 1947-ci ildə Pakistanın qurulmasından dərhal sonra yaradıldı; Baş nazir İngiltərə Monarxiyasının nümayəndəsi olan general-qubernatorla yanaşı mövcud idi. İlk Baş nazir Ləyaqət Əli Xan, 1951-ci ildə öldürülməsinə qədər mərkəzi icra səlahiyyətlərini həyata keçirdi. Ancaq Baş Qubernatorun davamlı müdaxiləsi nəticəsində səlahiyyətlər yavaş-yavaş azalmağa başladı. 1956-cı ildə mərkəzi güc verən ilk Konstitusiya toplusuna baxmayaraq, sonrakı altı Baş nazir general-qubernator tərəfindən 1951-ci ildən 1957-ci ilə qədər vəzifədən alındı. Bundan əlavə, Konstitusiyanın ilk dəstəyi general-qubernatoru Pakistan prezidentinə çevirdi. 1958-ci ildə Prezident İskəndər Mirzə yeddinci Baş naziri cəmi iki həftə içində hərbi vəziyyət tətbiq etmək üçün vəzifəsindən azad etdi, Prezident Mirzə qısa müddət Baş nazir postunu tutan ordu generalı Əyyub Xan tərəfindən devrildi. 1962-ci ildə Konstitusiyanın ikinci dəstəsi Baş nazir vəzifəsini tamamilə ləğv etdi, çünki bütün səlahiyyətlər Pakistan prezidentinə verildi. 1965-ci ildə keçirilmiş prezident seçkilərindən sonra səlahiyyətlərin mərkəzləşdirilməsi ilə bağlı prezidentliyə dair tənqid. 1970-ci ildə edilən ümumi seçkilərdən sonra, Başçı Köməkçi olan Nurul Amin ilə birlikdə ofis quruldu.
Rusiya Baş naziri
Baş nazir (Премьер-министр, Romanizasiya: Prem'yer-ministr) olaraq da tanınan Rusiya Federasiyası Hökumət Başçısı (Председатель Правительства Российской Федерации, Romanizasiya: Predsedatel' Pravitel'stva Rossiyskoy Federatsii), Rusiya Federasiyası Hökuməti haqqındakı Federal Konstitusiyanın 24-cü maddəsinə görə “hökuməti idarə edən Rusiya Federasiyasının ikinci ən güclü səlahiyyətlisidir”
SSRİ Müdafiə Naziri
SSRİ hərbi nazirliklərinin rəhbərləri — Sovet Rusiyası və SSRİ hərbi nazirliklərinin rəhbərləri (1917–1991). == Respublika Silahlı Qüvvələrinin Baş Komandanı == Baş Komandan: Nikolay Krılenko — (20 noyabr 1917–13 mart 1918) İoakim Vasetis — (6 sentyabr 1918–8 iyul 1919) Sergey Kamenev — (8 iyul 1919–1 aprel 1924) == RSFSR bütün dəniz qüvvələrinin komandanları == Modest İvanov — (1917–1918) Pavel Dıbenko — (1918–1918) Vasili Altfater — (1918–1919) == SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı == SSRİ-nin birinci hökuməti formalaşana qədər RSFSR Komissarlığı Xalq Komissarları: Nikolay Podvoyski — (8 noyabr 1917–13 mart 1918) Lev Trotski — (29 avqust 1918–26 yanvar 1925) Mixail Frunze — (26 yanvar — 31 oktyabr 1925) Kliment Voroşilov — (6 noyabr 1925–20 iyun 1934) == SSRİ Müdafiə Xalq Komissarlığı == Xalq komissarları: Kliment Voroşilov — (20 iyun 1934–7 may 1940) Semyon Timoşenko — (7 may 1940–19 iyul 1941) İosif Stalin — (19 iyul 1941–25 fevral 1946) == SSRİ Hərbi Dəniz Donanması Xalq Komissarlığı == 1937-ci ildə SSRİ Müdafiə Xalq Komissarlığından ayrılıb, 1946-cı ildə Siahlı Qüvvələr Xalq Komissarlığı ilə birləşdirilib. Xalq Komissarları: Pyotr Smirnov — (30 dekabr 1937–30 iyun 1938) Mixail Frinovski — (8 sentyabr 1938–20 mart 1939) Nikolay Kuznetsov — (28 aprel 1939–25 fevral 1946) == SSRİ Silahlı Qüvvələr Xalq Komissarlığı (15.3.1946-cı il tarixindən nazilirlik) == Müdafiə və Hərbi Dəniz Donanması Xalq Komissarlıqlarının birləşməsi nəticəsində yaranıb. Xalq Komissarları (15.3.1946-cı il tarixindən nazirlər): İosif Stalin — (25 fevral 1946–3 mart 1947) Nikolay Bulqanin — (3 mart 1947–24 mart 1949) Aleksandr Vasilevski — (24 mart 1949–25 fevral 1950) == SSRİ Hərbi Nazirliyi == SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Nazirliklərinə bölünməsi nəticəsində yaranıb. Hərbi Nazir : Aleksandr Vasilevski — (25 fevral 1950–15 mart 1953) == SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Naziliyi == SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Nazirliklərinə bölünməsi nəticəsində yaranıb. Hərbi Dəniz Naziri: İvan Yumaşev — (25 fevral 1950–20 iyul 1951) Nikolay Kuznetsov — (20 iyul 1951–15 mart 1953) == SSRİ Müdafiə Nazirliyi == Hərbi və Hərbi Dəniz nazirliyinin birləşməsi nəricəsində yaranıb.
Suriya Baş naziri
Suriya Baş Naziri — Suriyanın baş naziri. Vəzifəni Hüseyn Ərnus icra edir.
Yaponiya Baş naziri
İcra etmə səlahiyyəti Baş nazirin rəhbərlik etdiyi və Parlament qarşısında məsuliyyət daşıyan Kabinetə verilmişdir. Parlament üzvü olan və Parlament tərəfindən müəyyən edilən Baş nazir mülki və böyük əksəriyyəti Parlament üzvləri arasından olmaqla dövlət nazirlərini təyin etmək və vəzifədən azad etmək səlahiyyətinə malikdir. 26 dekabr 2012-ci ildən etibarən Yaponiyanın hazırkı, sayca 96-cı Baş naziri Yaponiya Liberal-Demokratik Partiyasının lideri Sindzo Abedir.
İraq Baş naziri
İraqın Baş naziri — İraqın baş naziri. Vəzifəni 24 fevral 2020-ci ildən Məhəmməd Təhviq Əlavi icra edir.
İsrail Baş naziri
İsrail Baş naziri (ivr. ‏רֹאשׁ הַמֶּמְשָׁלָה‏‎) — İsrailin hökumət başçısı və baş icraçısıdır. İsrail dövlət başçısı olaraq bir prezidenti olan bir respublikadır. Ancaq prezidentin səlahiyyətləri əsasən təntənəlidir; baş nazir icra hakimiyyətini tutur. Baş nazirin rəsmi iqamətgahı Beyt Aghiyon Qüdsdədir. Hazırkı baş nazir vəzifəsini tutan doqquzuncu şəxs (vasitəçilər istisna olmaqla) Likud partiyasından olan Benyamin Netanyahudur.
İsrailin Baş naziri
İsrail Baş naziri (ivr. ‏רֹאשׁ הַמֶּמְשָׁלָה‏‎) — İsrailin hökumət başçısı və baş icraçısıdır. İsrail dövlət başçısı olaraq bir prezidenti olan bir respublikadır. Ancaq prezidentin səlahiyyətləri əsasən təntənəlidir; baş nazir icra hakimiyyətini tutur. Baş nazirin rəsmi iqamətgahı Beyt Aghiyon Qüdsdədir. Hazırkı baş nazir vəzifəsini tutan doqquzuncu şəxs (vasitəçilər istisna olmaqla) Likud partiyasından olan Benyamin Netanyahudur.
İtaliya Baş naziri
İtaliya Baş naziri, rəsmi olaraq İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti İtaliya Respublikasında hökumət başçısıdır. Baş nazir vəzifəsi İtaliya Konstitusiyasının 92-96-cı maddələri ilə müəyyən olunur. Baş nazir İtaliya Prezidenti tərəfindən təyin edilir və vəzifəsində qalmaq üçün İtaliya Parlamentinin etimadına sahib olmalıdır.
Ədliyyə naziri (İsrail)
Ədliyyə naziri (ivr. ‏מִשְׂרָד הַמִשְׁפָּטִים‏‎; ərəb. وزارة العدل‎) — İsrail məhkəmə sisteminə nəzarət edən İsrail hökumət nazirliyidir. İsrailin hazırkı ədliyyə naziri Avi Nissenkorn.
Azərbaycan–Ermənistan sərhəd böhranı (2021–hal-hazırda)
Azərbaycan-Ermənistan sərhəd böhranı — Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası zamanı yaranan sərhəd anlaşılmazlığıdır. Ermənistan Azərbaycan Ordusunun Qaragöl istiqamətindən irəliləyərək 3,5 kilometr ərazini ələ keçirdiyini iddia edir. Azərbaycan isə çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq Azərbaycan sərhəd qüvvələrinin Azərbaycana aid mövqelərdə yerləşdirildiyini qeyd edir. == Zəmin == Birinci Qarabağ müharibəsində Azərbaycana aid olan Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal altına salınmışdı. Lakin 2020-ci ildə tərəflər arasında baş vermiş İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitmiş və Azərbaycan bölgəyə nəzarəti yenidən təmin etmişdir. Sovet dövründə ölkələr arasında sərhəddə elə də önəm verilməməsi və ardınca bölgənin Ermənistan tərəfindən işğal edilməsi səbəbindən ərazidəki sərhəd xətti indiyədək təyin olunmamışdır. == Hadisələr == === May 2021 === === İyul 2021 === İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmuşdur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçu gizir Fərman Yaqublu Telman oğlu şəhid olmuşdur. Azərbaycan Ordusunun cavab zərbəsi nəticəsində qarşı tərəf susdurulmuşdur. === Avqust 2021 === === Sentyabr 2021 === === Oktyabr 2021 === === Noyabr 2021 === 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.