Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. == Süjet xətti == Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
Siyirtmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Kim Possibl: Bitirmə
Kim Possibl: Bitirmə (ing. Kim Possible: Graduation) - 2007-ci ildə çəkilmiş qısametrajı iki hissəli animasiyadır. Bu animasiya bütün seriyaların bitirir. == Məzmun == Birinci hissədə Həkim Drakken bitki qatillərinin köməyi ilə dünyanı ələ keçirmək istəyir. Bunun üçün Drakken xüsusi maddə hazırlayır. Bu müddətdə Kim onun planlarını yox etmək niyyətindədir. Onların mübarizəsindən sonra əvvəlki mübarizələrdən fərqli olaraq Drakkenin laboratoriyası dağılmır və gül bağına çevrilir. Amma bir müddətdən sonra Kim və Drakken ayrı-ayrılıqda özgəplanetlilər tərəfindən qaçırılır... İkinci hissədə dostlarını xilas etmək üçün Ron və Şiqo kosmosa yola düşürlər. Kim və Drakken xilas olan zaman dördlük dünyanı xilas etmək istəyirlər.
İtiləmə (film, 2009)
"İtiləmə" (ing. Shank) — 2009-cu ilin, cavan britaniyalı rejissor Saymon Pirsin gənclər arasında zorakılıq və homoseksuallıq haqqında film. == Süjet == Kel adlı 18 yaşlı oğlan gənc bandanın üzvüdür. Özünün boş həyatında narkotik, seks, günahsız insanlara zorakılıqdan başqa heç nə bilmir. Amma onun balaca bir gizli sirri var. Bu sirri banda üzvlərindən ehtiyatla gizlətmək lazımdır: o gizli gay'dir və onun kişilərdən xoşu gəlir. O gizli olaraq bandanın başçısı Connoya aşiqdir, filmin gedişi ilə bilinir ki, o da Kelə biganə deyil. Ancaq açıq şəkildə bu hissləri etiraf etməkdən söhbət belə gedə bilməz: bandada homofobiyaya pərəstiş edilir, elə yaxınlıqda yaşayanlar da «mavisayağı» göründükləri üçün döyülürlər. Başqa bir hücumun qurbanı Olivye adlı fransalı tələbə olur. Hadisələr elə cərəyan edir ki, Keli onun əvvəlki "banda-dostları" izləməyə başlayır və o Olivyenin evində özünə sığınacaq tapır.