Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avropaya meyllik
Avropaya meyllik ( Avropa ittifaqçılığı ) - Avropaya inteqrasiya və Avropa İttifaqını genişləndirmək məqsədlərini güdən siyasi konsepsiyadır. Bu konsepsiya Avropa Birləşmiş Ştatlarının yaradılmasına can atan avro-federalistlər tərəfindən dəstəklənir. Əks mövqe Avropa inteqrasiyasına şübhə ilə yanaşan və ya mənfi münasibəti olan Avropa skeptisizmidir. Daha ümumi termin " anti-Avropaçılıq "dır. == Avropayönlü siyasi partiyalar == DIEM25 Volt Avropa === Avropa İttifaqında === Avstriya: Avstriya Xalq Partiyası, Avstriya Sosial Demokrat Partiyası, Yaşıllar (Avstriya), NEOS - Yeni Avstriya və Liberal Forum Belçika: İslahat Hərəkatı, Açıq Flaman Liberalları və Demokratları , Sosialist Partiyası (Belçikanın Fransız İcması), Xristian Demokratlar və Fleminqlər, Ekolo, Yaşıllar (Belçika), Vooruit, Les Engagés, Bolqarıstan: Demokratik Qüvvələr Birliyi, Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar, Güclü Bolqarıstan üçün Demokratlar, Hüquq və Azadlıqlar Hərəkatı, Birləşmiş Xalq Partiyası, Bolqarıstan Vətəndaşlar üçün, Belə bir xalq var, Bolqarıstan Demokratik Mərkəzi, Bolqarıstan Avro-solları, Bolqarıstan Sosialist Partiyası, Volt Bolqarıstan. Xorvatiya. Xorvat demokrat birliyi, Sosial - demokrat partiyası Kipr. Demokratik birləşmə, Avropa partiyası, Birləşmiş demokratlar. Danimarka. Radikal Venstre, Sosial demokratlar, Mühafizəkar Xalq Partiyası.
Səthi meyillik xəritəsinin tərtibi
Səthi maillik xəritəsinin tərtibi == Ümumi məlumat == Səthi axın potensial enerjisini yaradan relyefin bütün ünsürləri eroziya prosesini yaradan imkanına malikdir. Daha doğrusu hər hansı bir şəraitdə eroziya prosesinin əmələgəlmə gərginliyi və inkişafı ilk növbədə yerin relyefindən, eləcə də mövcud yamacların mailliyindən, baxarlığından, onların məsafəsindən və yamacların səth quruluşunun formasından (kələ-kötürlü, çala və qabarıqlığın bir-birini əvəzetmə tezliyindən) asılı olur. Ümumiyyətlə səthi maillik xəritəsi dedikdə yer səthinin relyef quruluşunda sərbəst su axımının yaranması potensialına malik relyefin müəyyən maillik bucağı altında şaquli formasını özündə əks etdirən planı yada düşür. Səthi maillik xəritəsi hər hansı şəraitdə səth axınlarının sərbəst baş vermə ehtimalı olan bütün ərazilər üçün tərtib edilir. Bundan başqa dağətəyi və dağlıq bölgələrdə torpaqların becərilməsi müxtəlif maillik bucağına və baxarlığa malik yamaclarda aparıldığına, eləcə də leysan xarakterli yağışların yağma ehtimalı çox olan dağətəyi və dağlıq bölgələr üçün səthi maillik xəritələrinin tərtibi olduqca vacibdir. Səthi maillik xəritələri digər tərəfdən ona görə lazımdır ki, tərtib edilmiş həmin xəritələrdə yer səthinin hansı dərəcədə mailliyə malik olması və eroziyaya potensial təhlükəli sahələr əvvəlcədən müəyyən edilir və sel hadisəsi baş verdikdə və səthi yayılma prosesi getmə ehtimal olan yerlər (xüsusən əkinaltı torpaqlar yayılan sahələr) üzrə eroziyaya qarşı tədbirlər sistemi göstərilməlidir. == Maillik dərəcələrinin seçilməsi == Xəritələr tərtib edilərkən səth axınlarına potensial təhlükəli yamacların və digər sahələrin maillik dərəcələrini ifadə etmək üçün aşağıda göstərilən şkaladan istifadə edilməlidir: 0-1, 1-3, 3-5, 5-10, 10-15, 15-20, 20-30, 30-45, >45. Göstərilmiş metod və şkaladan istifadə edilərək Azərbaycan Respublikasının eroziyaya potensial təhlükəli bütün əraziləri üçün irimiqyaslı (1:10 000) səthi maillik xəritələri tərtib edilməlidir. Həmin materiallar əsasında gələcəkdə torpaqların səthi və qobu eroziyasının qarşısının alınmasına aid tədbirlər kompleksinin işlənməsi məqsədilə müvafiq kiçik (1:100000, 1:200000 və 1:500000) miqyaslı xəritələr hazırlanmalıdır. == Maillik xəritələrin əhəmiyyəti == Son vaxtlar iqlimdə istiləşmələrin yüksələn xətlə davam etməsi ilə əlaqədar leysan xarakterli yağıntıların tez-tez təkrarlanması və bunun nəticəsində torpaq eroziyası prosesləri və yaşayış məntəqələrinin, yerüstü və yeraltı xətt tikintilərinin su basması halları güclənmişdir.