MƏZƏLİLİK

is. Məzəli adamın hal və hərəkəti; oyunbazlıq, təlxəklik.
□ Məzəlilik etmək (eləmək) – gülməli hərəkətlər etmək, oyun çıxartmaq, hoqqabazlıq etmək, təlxəklik etmək. [Pəri Cadu:] Bu da bizim dəlimizdir.
Belə məzəlilik edir. Ə.Haqverdiyev.
[Qasım:] Əşi, nə danışırsan? Məzəlilik eləmə! S.Rəhimov.

Məzəliliyə salmaq – zarafata salmaq, məzəli sözlərlə başını tovlamağa çalışmaq.
Hümmət məzəliliyə salıb, [kolxozçuları] başından eləməyə çalışdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏZƏLİLİK duzluluq — maraqlılıq
  • MƏZƏLİLİK oyunbazlıq — təlxəklik
  • MƏZƏLİLİK yumor — əyləncəlilik

Antonimlər (əks mənalı sözlər)

  • MƏZƏLİLİK MƏZƏLİLİK – QARAQABAQLIQ – Özünü məzəliliyə qoydun, bəsdir! (M.İbrahimov); Onun qaraqabaqlığı bizi narahat edir (Ə
MƏZƏLİ
MƏZƏLLƏT

Digər lüğətlərdə

ориентиро́вка по-большеви́стски сочини́тельный угна́ться шестиуго́льник грызу́н незаконнорождённый по-бо́цмански подса́ливать упро́чивать хаза́рский старица шалет altruistic charbon holomorphic machine-cut proverbialist smell out tales-book монарх переливание приободриться противолодочный развратный