Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsibəti-Fəxrəddin
Müsibəti-Fəxrəddin (az.-əbcəd موصیبت فخرالدین‎) — Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılan faciə. Bu, Azərbaycan dramaturgiyasında ilk faciədir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. == Tarixi == 1902-ci ildə Bakıda ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun beş pyesinin, o cümlədən "Fəxrəddinin vahiməsi"nin daxil olduğu toplusu nəşr olundu. Qalan pyeslər "Müasirliyin qəhrəmanları", "Görünməz qadın", "Yağışdan leysana" və "Evdə təhsilin şəkli" əsərləri idi. Həmin ildə faciə Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib.1916-cı ilin noyabrında Mirzağa Əliyevin iştirakı ilə pyes yenidən tamaşaya hazırlandı. Rejissorların tələbi ilə Vəzirov hər gün gəlib məşqlərin gedişini izləyir, lazımi göstərişlər verirdi. Ancaq Hürü nənə rolunu oynayacaq qadın aktrisa yox idi.
Müsibəti–Fəxrəddin

Musabəyli
Musabəyli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Musabəyli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filol.ü. fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filol. e. doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər.
Musabeyli (Kilis)
Musabeyli Kilis ilinin sahə baxımından ən böyük ilçe sidir. == Tarix == Bölgədə Türklər, Ərəblər, Qaraçılar və kürdlər mövcuddur. Ayrıca Erməni mənşəli ailələr də vardır. Türklər 'in Anadolu' ya yerleşmelerinden əvvəl bölgə, böyük bir meşə sahəsi olaraq bilinməkdədir. Bu tarixdən sonra Murathöyügü adı ilə məskunlaşma vahidi halına gətirilmişdir. Ancaq, qəti olaraq quruluş tarixi məlum deyil. Adından da aydın olduğu kimi ilçe mərkəzi mound mövqesindədir. Zaman zaman edilən inşaat və iş qazıntıları əsnasında tarixi əsərlər bulunmaktadir. Bu tarixi qalıqların hititlər dövrünə aid olduğu sanılmaqdadır. 14 Aprel 1997 tarixində və 2768 saylı qərarla bölgə, Mədəniyyət və Təbiət Qoruma Qanunu lazımınca qoruma altına alınmış, ikinci və üçüncü dərəcədən arxeoloji sit sahəsi olaraq elan edilmişdir.
Musabəyli (Ağsu)
Musabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə M. K. Rəhimov adına orta məktəb vardır. == Coğrafiyası və iqlimi == Musabəyli kəndi şərqdən Qaraqoyunlu, qərbdən Növcü kəndi ilə həmsərhəddir. Qaraqoyunlu ilə bu kəndi Nazir çayı ayırır. == İqtisadiyyatı == Kənd əhalisi əsasən əkinçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olur. == Din == Kənddə Musabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Musabəyli (Füzuli)
Musabəyli – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Musabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranmışdır. 1875-ci ildə Mirzənağılı оbasından Şıx Musa İsmayıl оğlu (1841--?), Şıx İsa İsmayıl оğlu (1846--?), Nüzgar kəndindən Qasım Kərbəlayı Əhməd оğlu (1834--?), Hüseyn Kərbəlayı Əhməd оğlu (1836--?), Məmməd Kərbəlayı Əhməd оğlu (1858--?), Rza Kərbəlayı Əhməd оğlu (1870--?), Qaracallı оbasından Məmməd Gülməmməd оğlu (1836--?), Zeynal Gülməmməd оğlu (1842--?), Qəhrəman (1844--?), Bayram Gülməmməd оğlu (1854--?), Hüseyn Gülməmməd оğlu (1856--?), Abbas Yusif оğlu 1816--?), Məmməd Yusif оğlu (1828--?) köçüb əski Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Kənd Şıx Musa Ismayıl оğlunun şərəfinə Musabəyli adlandı. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Musabəyli oyk., diiz. Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Musa- bəy adlı şəxsə məxsus ərazidə salındığı üçün belə adlandırılmışdır. R-nun ərazisində Musa- bəyin adı ilə bağlı bir neçə mikrotoponim də qeydə alınmışdır, Füzuli r-nunun Pirəhmədli i.ə.v.-də kənd.
Musabəyli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.