MÜSİBƏT

is. [ ər. ]
1. Bəla, fəlakət, afət. Müsibətə düşmək. Müsibətdən qurtarmamaq.
– Birisinin başına bir müsibət gələndə yenə bir yandan bir qəlb təskinliyi olur. C.Məmmədquluzadə.
[Musa:] Kişi gərək hər müsibətə mərdanəlik ilə davam eləyə. Ə.Haqverdiyev.

□ Müsibət çəkdirmək – başına bəla gətirmək, əziyyət vermək, çox incitmək.
Müsibət çəkmək – başı bəlalar çəkmək, məşəqqət görmək, ağır vəziyyət keçirmək.
Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan. (Nağıl).

2. Matəm, yas, ölüm hadisəsi, faciə, bədbəxtlik.
Bu müsibətdə, cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. M.S.Ordubadi.
Qardaşım bu vaxta qədər nə üçün gəlmədi? Başıma gələn qara müsibətdən xəbəri yoxdurmu? A.Şaiq.

3. Müsibətlə şəklində zərf – çox böyük çətinliklə, əzab-əziyyətlə, zorla (çox zaman “ənvai-müsibətlə” şəklində işlənir). Müsibətlə işi görüb qurtarmaq.
– Min ənvaimüsibətlə qayaya dırmaşdı. Koroğlu”.
Kişi ənvai-müsibətlə qapının qıfılını sındırardı və açardı. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜSİBƏT müsibət bax fəlakət
  • MÜSİBƏT bəla — afət — fəlakət — bədbəxtlik — zaval — kədər — iztirab

Antonimlər (əks mənalı sözlər)

  • MÜSİBƏT MÜSİBƏT – SƏADƏT Dörd milyondan artıq əhalinin səadəti də, müsibəti də məndən asılıdır (M.S.Ordubadi)
MÜSƏVVƏR
MÜSİBƏTLİ
OBASTAN VİKİ
Müsibəti-Fəxrəddin
Müsibəti-Fəxrəddin (az.-əbcəd موصیبت فخرالدین‎) — Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirov tərəfindən 1896-cı ildə yazılan faciə. Bu, Azərbaycan dramaturgiyasında ilk faciədir. Bu əsərdə patriarxal nizama qarşı, mülkədar təsərrüfatının transformasiyası uğrunda mübarizə aparan gənc liberal zadəgan obrazı yaradılıb. "Müsibəti-Fəxrəddin" faciəsi həm özünün ideya-məzmun dəyərinə, həm də poetik-sənətkarlıq xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Əsər bu gün də özünün yüksək bədii əhəmiyyətini qoruyub saxlayır. == Tarixi == 1902-ci ildə Bakıda ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun beş pyesinin, o cümlədən "Fəxrəddinin vahiməsi"nin daxil olduğu toplusu nəşr olundu. Qalan pyeslər "Müasirliyin qəhrəmanları", "Görünməz qadın", "Yağışdan leysana" və "Evdə təhsilin şəkli" əsərləri idi. Həmin ildə faciə Vəzirovun şəxsi rəhbərliyi və Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski kimi sənətkarların iştirakı ilə səhnələşdirilib.1916-cı ilin noyabrında Mirzağa Əliyevin iştirakı ilə pyes yenidən tamaşaya hazırlandı. Rejissorların tələbi ilə Vəzirov hər gün gəlib məşqlərin gedişini izləyir, lazımi göstərişlər verirdi. Ancaq Hürü nənə rolunu oynayacaq qadın aktrisa yox idi.
Müsibəti–Fəxrəddin

Digər lüğətlərdə