Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məftil
Məftil adətən nazik, uzun və əyiləbilən, en kəsiyi dairəvi olaraq hazırlanmış metal və ya süni materialdır. Digər en kəsik formaları dördbücaqlı,altıbucaqlı,və ya oval şəklində ola bilir. Uzun olduğundan məftillər dolağa yığılır və dəst şəklində saxlanır. Məftillərin hazırlanması üçün tətbiq olunan materiallar polad, mis, bürünc, alüminium, gümüş, qızıl və paslanmayan poladdır. Son vaxtlar kiçik miqdarda avtomobil və aviasiya sənayesində maqnezium məftillərdən də istfadə olunur. == Hazırlanması == Məftil hazırlama texnologiyası çəkmə üsuluna əsaslanr. Emal zamanı dartma-sıxma prosesində yonqar ayrımadığndan metalda baş verən deformasiya istiliyin ayrılması ilə müşqaiyət olunur. Proses zamani soyuq və isti çəkmə, yayma və elektrolit emalı fərqləndirilir. Məftilin çəkilməsində öncə ştamplama və ya yayama yolu ilə hazırlanmış pəstah çəkmə daşının deşiyindən keçirilir və çəkilir. Çəkmə zamanı pəstah material itkisi olmadan uzanır və nazilir.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Tikanlı məftil
Tikanlı məftil - Hər hansısa bir ərazinin sərhədlərini müəyyənləşdirmək üçün istifadə olunan vasitə. Tikanlı məftillər, iki mis dəmir parcasının bir-birinə burulması yolu ilə möhkəmləndirilir və əsasən hasarların üzərinə yerləşdirilir. Tikanlı məftillərdən həbsxana, getto və hərbi hissələrin sərhədlərinin müəyyənləşdirilməsi zamanı daha çox istifadə edilir.
Orta mənzilli ballistik raket
Orta mənzilli ballistik raket (OMBR) KMBR-dən daha çox mənzilə sahib olan ballistik raket növüdür. KMBR-lər də olduğu kimi nüvə başlıq daşıma tutumuna malikdir.
Qısa mənzilli ballistik raket
Qısa mənzilli ballistik mərmi mənzili 1000 km və ya daha az olan ballistik raketlərdir. Ayrıca nüvə başlıq daşıya bilmə tutumuna sahibdirlər. Ballistik raketlərin müasir hərbi hərəkatlarında istifadəsi İkinci Dünya müharibəsi illərinə təsadüf edir. Faşist Almaniyasının 1942-ci ilin sonlarından etibarən inkişaf etdirdiyi V-2 ballistik raketlərinin atası sayılır. Bu mərmilər içlərinə yerləşdirilən primitiv bir avtomatik pilot sisteminin köməyi ilə 800-1000 metr hündürlükdə 500 km/saat sürətlə uça bilirlər və 1000 kq partlayıcı maddə ehtiva edən hərb başlığını 250 km uzaqlığa çatdıra bilirlər.
Eşqin Mehtili
Eşqin Tərlan oğlu Mehtili (20 oktyabr 2001, Əlinəzərli, Beyləqan rayonu – 14 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eşqin Mehtili 2001-ci il oktyabrın 20-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2008-2019-cu illərdə şəhid Rizvan Nəsirov adına Əlinəzərli kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-ci ildə keçirilən bilik yarışmasında Beyləqan rayonu üzrə "İlin ən yaxşı şagirdi" adına layiq görülmüş, xüsusi diplom və mükafatlarla təltif olunmuşdur. Kiçik yaşlarından atasını itirdiyi üçün həyata erkən atılmaq məcburiyyətində qalmışdı. Subay idi. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmış, 2020-ci ilin yanvar ayından isə, xidmətini Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində snayper kimi davam etdirmişdir. Xidmət etdiyi dövrdə o, yuxarı komandanlığın və şəxsi heyətin arasında xüsusi hörmət qazanmış, döyüş-hazırlıq təlimlərini dərindən öyrənərək, verilən tapşırıqları vaxtında və nöqsansız yerinə yetirmişdır. Zaman keçdikcə Eşqin Mehtili peşəkar snayper kimi formalaşmışdır. Belə ki, o, hələ təlim atışlarında bir neçə dəfə hərbi hissə rəhbərliyi tərəfindən ən yaxşı atıcı- kəskin nişançı kimi fəxri fərmanla təltif edilmiş və xüsusi təşəkkür almışdır.