Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hamarlama
Cilalama- materiallarda kiçik abrazivlərlə aparılan mexaniki emal növü. İncə emal üsullarına aid olub metalların və qeyri-metallar ın emalında tətbiq olunur. Materialın üst səthi mexaniki, kimyəvi və elektrolit üsulları ilə ovularaq səthdə minimum kələkötürlük və parıltılıq yaradılır. Aşağıdakı cilalama üsulları mövcuddur: Əl ilə cilalama (fərdi istehasalatda tətbiq olunur) Maşınla cilalama (seriyalı və kütləvi istehsalda) Hidroabraziv cilalama (iriseriyalı və kütləvi istehsal) Ultrasəs cilalama (bərk xəlitələrin emalı) Elektrolit cilalama (kütləvi istehsal) Kimyəvi-mexaniki cilalama (bərk xəlitələrin emalı) Cilalama prosesini aparmaq üçün əsas və köməkçi materiallardan istifadə edilir. Əsas material kimi ölçüləri 0,05–50 mkm həddində olan abraziv materiallar (almaz, korund, karbidlər) tətbiq olunur. Köməkçi materiallar kimi isə əsasən emal növündən asılı olaraq yağlayıcı maddələrdən (yağ, kerosin, su, stearin, çarezin, duz məhlullarından ibarət pastalar) istifadə olunur. == Həmçinin bax == Ovuc daşlayıcı == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı, Apostroff, I hissə, 2012.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qatlama
Qatlama (qaz. қаттама; qırğ. каттама; türk. katmer; monq. гамбир) və ya fəsəli - türk xalqlarının və həmçinin monqol və bolqar mətbəxlərinə aid, xəmir və kərə yağı və ya digər qatı yağdan ibarət laminat bir xəmirdən hazırlanmış ləkəli yüngül xəmirdir. Kərə yağı xəmirin içinə qoyulur, bişmədən əvvəl dəfələrlə qatlanan və yuvarlanan bir paton düzəldir. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Osman Pazarlama
Osman Pazrlama — Türk komediya filmi. Filmin rejissoru Togan Gökbakar, ssenaristi isə Şahan Gökbakardır. Filmdə müğənni Demet Akalın da rol almışdır. == Mövzusu == Osman Pazarlama, aşiq olduğu qıza evlənmək üçün varlı olmağı və uğurlu bir iş adamı olmağı hədəfləyən Osman Şaşmazın gülüşlü hekayəsini danışır. Sevdiyi qızın atasına özünü sübut etmək ehtirası ilə müxtəlif sərgüzəştlərə çəkilən Osmanın ən böyük köməkçiləri Erkan və ailə dostunun qızı Songüldür. Daim yeni məhsullar hazırlayarkən və bu məhsulları sahibkarlıq dünyasına tətbiq etməyə çalışarkən, Osmanın bazara çıxartmaq səyləri fərqlidir, gülməli olmaqla yanaşı, bu çətin prosesdə zənginliyin çox da uzaq olmadığını başa düşəcəkdir.
Osman Pazarlama (film, 2016)

Atatürkü Xatırlama, Gənçlik və İdman Günü
Atatürkü Anma Gənclik və İdman Bayramı (türk. Atatürk'ü Anma, Gençlik ve Spor Bayramı) — Hər il mayın 19-da qeyd olunan Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının rəsmi bayramıdır. 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma bərəsi ilə Samsuna endi və həmin gün müttəfiqlərin işğalına qarşı Türkiyənin Qurtuluş Savaşının başlanğıcı hesab olunur. Atatürk bu bayramı türk gənclərinə hədiyyə edib. Uzun illər "Gənclik və İdman Bayramı" olaraq qeyd olunan bayram, 1981-ci ildə dövrün prezidenti Kənan Evrenin qəbul etdiyi və elan etdiyi dəyişikliklə "Atatürkü Anma, Gənclik və İdman Bayramı" adlandırıldı. == Tarixi == Atatürkü Anma, Gənclik və İdman Bayramı ilk dəfə 1926-cı ildə Samsunda Qazi Günü adı ilə qeyd olundu və 24 May 1935-ci ildə Atatürk Günü adı ilə rəsmiləşdi. Atatürk gününü bütün gənclərə aid etmək olar. 20 iyun 1938-ci il tarixli qanunla 19 may "Gənclər və İdman Günü" kimi adlandırılmışdır. 12 Sentyabr çevrilişi ilə hakimiyyətə gələn Kənan Evrenin sədrlik etdiyi Milli Təhlükəsizlik Şurası 1981-ci ili Atatürkün anadan olmasının 100 illiyi kimi qəbul edərək, bu ili Atatürk ili elan edib. Bayram tədbirləri çərçivəsində “Gənclik və İdman Bayramı”nın adı dəyişdirilərək “Atatürkü Anma, Gənclik və İdman Bayramı” oldu.