Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhmətli
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır. == Mədəniyyəti == Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır. Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır. == Coğrafiyası və iqlimi == Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir. Kəndin ərazisi 3697 hektardir. == Əhalisi == Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Söhbətli
Söhbətli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 355 nəfər təşkil edir.Əhalisini azərbaycanlılar təşkil edir.
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir.İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi. Sartr gələn bu tənqidlərə belə bir cavab vermişdi: “Mən Amerika Birləşmiş Ştatlarına yox, irqi ayrı-seçkiliyə qarşıyam.” Digər tənqidlərdə Sartın ABŞ-də qaldığı qısa müddətdə əhalinin gündəlik vərdişləri barədə düzgün müşahidələr apara bilmədiyi bildirilmişdi.
Qoşqar Təhməzli
Qoşqar İlahi oğlu Təhməzli (29 may 1970, Vejnəli, Zəngilan rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri. == Həyatı == Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonu Vejnəli kəndində anadan olub. 1977–1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib.Tibb elmləri üzrə fəlsəfə doktorudur (Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi"). == Fəaliyyəti == 1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995–1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997–2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004–2005-ci illərdə "Nəbz" Tibb mərkəzinin baş direktoru, 2008–2016-cı illərdə isə "Medeks" MMC-də baş direktor vəzifələrində çalışıb.Müxtəlif tibbi layihələr həyata keçirən Q.Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer" adına layiq görülüb. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, "Müharibə veteranı" statusuna layiq görülmüşdür. 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Şöhrətli Azərbaycan (1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Döyüş Şöhrətli Varislər (1974)
== Məzmun == Film Bakıdakı ixtisaslaşdırılmış Cəmşid Naxçıvanski Adına 2 Saylı Hərbi Məktəbdən, bu məktəbdə təhsil alan gələcək zabitlərin necə hazırlanmalarından danışılır. Filmdə deyilir ki, burada ilk buraxılış 1973-cü il iyulun 12-də olub. Məktəbdə Azərbaycanın hər yerindən şagirdlər oxuyur, onlar hərbi işi öyrənirlər. Burada təcrübəli müəllimlər dərs deyirlər. Tez-tez müharibə veteranları ilə görüşlər keçirilir.
Şöhrətli Azərbaycan (film, 1935)

Döyüş şöhrətli varislər (film, 1974)