Bəhmətli

Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır.[2]

Bəhmətli
41°27′26″ şm. e. 46°38′06″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.273 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6213[1]
Nəqliyyat kodu 62
Xəritəni göstər/gizlə
Bəhmətli xəritədə
Bəhmətli
Bəhmətli

Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır.

Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir.

Kəndin ərazisi 3697 hektardir.

Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.

Kənd, RİHB-nin ərazi İcra nümayəndəsi və Bəhmətli Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıqmaldarlıqdır.

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. http://archive.is/9GAmL.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.