Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Töküntü (bitki)
Töküntü (bitki) – Bitkinin ölü hissəsi olub ölü kütləyə aiddir, bura torpağın səthinə və ya su hövzəsinin dibinə tökülən yarpaqlar, budaqlar, çiçəklər, toxumlar, meyvələr, qabıqlar, tozcuqlar, sporlar və s. daxildir. İllik töküntü bəzi bitki qruplaşmalarında (xüsusilə meşə) torpaq səthində döşənək yaradır. Torpağın səthinə, sonra isə onun qatlarına töküntü ilə bitki sintez edən üzvi maddə ilə yanaşı, torpaq qatlarından mənimsənilən mineral (kül elementləri) maddələr də daxil olur. == Töküntülərdə bitkilər üçün zəhərlilik (toksiklik) == Süxur töküntülərində suda asan həll olunan və bitkilər üçün zərərli duzların miqdarının yol verilən həddən (>0,25%) çox, yüksək qələvi (su suspenziyasında pH-ın 9,0-dan yuxarı) və güclü turş mühitin (pH-3,5-dən aşağı) olması ilə yaranır. Töküntülərdə ağır metalların (qurğuşun, sink, civə, kadmium, xrom və başqa elementlər) həddən çox toplanması ilə də canlı aləm üçün toksiklik yarana bilər. == Töküntülərdə ilkin ot bitkiləri == Töküntülərdə yayılan ilkin bitkilər. Bitkilərin tərkibi töküntüləri əhatə edən ərazidə yayılmış səciyyəvi bitkilərin xüsusiyyətlərindən, bitki sporlarının yayılmasından və töküntü süxurlarının aqrokimyəvi xassəsindən asılıdır. Töküntülərdə ilk bitki toxumlarının çıxışı küləklə gətirilən bitki növləri hesabına olur. Rayonun təbii amillərindən və töküntüləri təşkil edən süxurların fiziki və kimyəvi xassələrindən asılı olaraq ilkin ot bitkiləri alaq və ya yayılma arealına malik zonal bitki növləri ola bilər.
Yarpaq tökümü (roman)
Yarpaq tökümü — Məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin ilk dəfə 1930-cu ildə nəşr edilmiş romanı. == Məzmun == Yarpaq tökümü romanında maddi durum üzündən pis yollara düşən bir ailədən bəhs edilir. Evin bəyi olan Əli Rza bəy həmişə öz ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir. Əli Rza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var. Onların 5 uşağı olur... == Tərcümə == "Yarpaq tökümü" romanı ilk dəfə Vaqif Sultanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş Bakıda "Karvan" dərgisində (1990, XII kitab, s.27-73) dərc olunmuşdur.Vaqif Sultanlının tərcüməsi 1994-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-poliqrafiya Birliyində, Dəyirman romanı ilə birlikdə kiril əlifbasında 10.000 nüsxədə kitab kimi nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2007-ci ildə "Çinar-çap" nəşriyyatında üçüncü dəfə latın qrafikası ilə 500 nüsxədə yayınlanmışdır. 2006-cı ildə roman K.Əliyevanın tərcüməsində "Nurlan" nəşriyyatında 300 nüsxədə nəşr olunmuşdur. Həmin tərcümə əsasında roman 2015-ci ildə Bakı Kitab Klubunda 176 səhifədə, 100 tirajla çap edilmişdir. == Nəşr == Rəşad Nuri Güntəkin.
Yarpaq tökümü (teleserial, 2006)
Yaprak Dökümü, 2006-2010-cu illər arasında Kanal D-də yayımlanan ailə və dram janrlı türk serialıdır. Reşat Nuri Güntekinin eyniadlı kitabından uyğunlaşdırılıb. Ümumilikdə 5 sezondan ibarət olan serial 174-cü bölümü ilə sona çatdı. == Mövzusu == Ömrünü biri oğlan olan 5 övladına yaxşı fikirlər, təmiz şəxsiyyətlər bəxş etməyə həsr edən Əli Rıza bəy bir hadisədə haqsızlığa göz yumması istənildikdə rayon qubernatorluğundan istefa verir. yaşadı. Qızı Necla da İstanbulda universitet təhsili alanda ailə İstanbula, öz köhnə malikanəsinə köçür. Leylanın universitetə ​​hazırlıq kursu, Necla ilə Ayşenin məktəb xərcləri ailəni çətin vəziyyətə salır və Əli Rıza bəy yenidən işə başlayır. Ondan yeni işində öz prinsiplərini güzəştə getməsi tələb olunduqda, o, yenidən istefa verir. İndi şərtlər daha çətin olduğundan, ana Hayriyə xanım ərinin işdən çıxmaq qərarını dəstəkləmir və evdə iğtişaşlar başlayır. Şövkət əsgərlikdən qayıdıb bankda işə başlayanda Əli Rıza bəyin yükü yüngülləşir.
Yelena Tokun
Yelena Tokun (15 mart 1974, Moskva) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Tokun, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Ümumdünya hörümçək torunun tarixi
Ümumdünya hörümçək toru ("WWW", "W3" və ya sadəcə olaraq "İnternet") — internetə qoşulmuş kompüterlər vasitəsilə ilə istifadəçilərin daxil ola biləcəyi qlobal informasiya mühiti. Termin tez-tez səhvən internetin sinonimi kimi istifadə olunur, lakin veb elektron poçt və Usenet kimi internet üzərindən fəaliyyət göstərən bir xidmətdir. İnternetin tarixi və hipermətn tarixi Ümumdünya hörümçək torundan daha qədimdir. 1989-cu ildə Tim Berners-Li CERN-də (fr. Conseil européen pour la recherche nucléaire; azərb. Avropa Nüvə Tədqiqatları Şurası‎) işləyərkən Ümumdünya hörümçək torunu yaratdı. O, müxtəlif konseptlər və texnologiyaları tətbiq edərək "universal əlaqəli məlumat sistemi"ni təklif etdi. Bu fikrin əsası isə məlumatlar arasındakı mövcud əlaqələr idi.Berners-Li, ilk veb-serveri, veb-brauzeri və HTML (ing. Hypertext Markup Language) sənəd formatlaşdırma protokolunu işləyib hazırlamışdır. 1991-ci ildə HTML-i istifadəyə verdikdən və 1993-cü ildə brauzerin mənbə kodunu ictimai istifadə üçün yayımladıqdan sonra, Mark Andrissenin Mosaic (sonralar Netscape Navigator) brauzeri vasitəsilə istifadəsi və quraşdırılması xüsusilə asan olan və tez-tez istifadə olunan bir çox veb brauzer yaradıldı.