Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yazışma komitələri
Yazışma komitələri — ABŞ İstiqlal müharibəsi başlamazdan əvvəl, Britaniya Parlamentinə qarşı müxalifəti və daha sonra ABŞ-nin müstəqilliyinə dəstəyi koordinasiya etməyə çalışan ABŞ siyasi təşkilatları toplusu. Bostondan olan patriot Samuel Adamsın ideyası olan komitələr məktublar yazmaqla On üç koloniyadakı patriot liderləri arasında yeraltı rabitə şəbəkəsi yaratmağa çalışırdılar. Komitələr Filadelfiyada keçirilən Birinci Kontinental Konqresin yaradılmasında mühüm rol oynamışdılar. == Funksiyası == Komitələrin funksiyası müəyyən bir koloniyanın sakinlərini Britaniya tacının gördüyü tədbirlər barədə xəbərdar etmək və şəhərlərdən kəndlərə məlumat yaymaqdan ibarət idi. Xəbərlər adətən atda və ya gəmilərdə kuryerlər tərəfindən daşınan əl ilə yazılmış məktublar və ya çap edilmiş broşürlər vasitəsilə yayılırdı. Komitələr bu xəbərin fikirləri düzgün əks etdirməsinə cavabdeh idi və lazımi qəbul edən qruplara göndərildi. Bir çox müxbirlər müstəmləkə qanunvericilik məclislərinin üzvləri idi. Onlardan digərləri də "Azadlıq oğulları" və Gerb Aktı Konqresində fəal idilər. Komitələr patriotizmi və evdə istehsalı təşviq edir, amerikalılara dəbdəbədən çəkinməyi və daha sadə həyat sürməyi tövsiyə edirdi. Komitələr Amerika ictimai həyatının bir çox aspektləri üzərində öz səlahiyyətlərini tədricən genişləndirmişdilər.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Maşın yığımı
Maşın yığımı hissələrin və düyümlərin maşının təyinatına cavab verən, müəyyən olunmuş ardıcıllıqla birləşməsi və bərkidilməsidir. Məmulun təşkiledici hissələrinin söküləbilən və sökülməyən birləşməsinə düyüm deyilir. Düyümün əsas xarakteri onun başqa elementlərdən yığılmasıdır. Düyümə daxil olan iki və daha artıq hissələr birləşməsinə altdüyüm deyilir. Altdüyümlər dərəcələrinə görə fərqlənirlər. Ən yüksək dərəcəli altdüyüm yalnız bir hissədən ibarət olur. Yığmanın başlandığı hissə və ya düyüm baza elementi adlanır. →Maşınqayırmada yığmaya sərf olunan əməktutumu məmulun ümumi əməktumunun 25÷30%-ni təşkil edir. Fərdi və kiçik seriyalı istehsalda isə daha çox çatdırma işləri tələb olunduğundan bu nisbət 40÷45%-ə qədər qalxa bilir. == Təsnifatı == Maşınqayırmada yığma ümumi və düyüm olaraq iki qrupa bölünür.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Pambığın mexanikləşdirilmiş yığımı (film, 1961)
== Məzmun == Kinolent Azərbaycanda pambıq yığımında texnikadan-pambıqyığan kombayndan istifadə olunmasından, bunun əmək məhsuldarlığına böyük təsirindən danışır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teyyub Axundov Ssenari müəllifi: Əfqan Əsgərov, M.Qədimova Operator: Teyyub Axundov Səs operatoru: Sabir İsgəndərov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(I)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada məşhur pambıqçı Bəsti Bağırova tərəfindən tətbiq edilən iki əllə pambıq yığma üsulu haqqında danışılır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Pambıq yığımı Staxanovçuları (film, 1937)(II)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada məşhur pambıq ustası Qüdrət Səmədovun iki əllə pambıq yığmasından, onun iş üsulundan söhbət gedir. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: İvan Tartakovski Operator: Mirzə Mustafayev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 57.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb. == Olimpiada == === 38-ci Şahmat Olimpiadası. Drezden, Almaniya (2008) === === 39-cu Şahmat Olimpiadası. Xantı-Mansi, Rusiya (2010) === === 43-cü Şahmat Olimpiadası. ===