TIXAMAQ
TIXANMA
OBASTAN VİKİ
2021 Süveyş kanalının tıxanması
Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur. İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir. Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır. Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi. Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur. == Zəmin == 1869 ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarında biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir ki, bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir. Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət gədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini şərtləndirmişdir. Kanalın genişləndirmə layihəsi realizasiya mərhələsində olmasına baxmayaraq, kanalın böyük bir hissəsi hələ də birtərəfli olaraq qalır.İrlandiya Milli dəniz kollecinin müəllimi və keçmiş kapitanı Bil Kavana, Süveyş kanalında üzməni «yüksək riskli çox mürəkkəb əməliyyat» kimi təsvir etmişdi. Küləyin əsməsi gəmilərin üzərində sanki bir yelkən kimi olan konteyner səthlərinə təsir edərək, gəminin istiqamətinə də təsir göstərir.

Digər lüğətlərdə

бригади́рство волосяно́й дохвали́ться ну́жность суще́ственный тот человеколюби́вый я́щурка вибри́рование гальваноско́п микрохирурги́я пустяко́вый сальвадо́рцы air-breather engine bola brack imbrices Lib-Lab motor plough terminological загрязниться изречение пчеловодство сердечный франт