YIĞILMAQ


1. f. Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir.
– Hamı dükanlarını bağlayıb buraya yığılır. Ü.Hacıbəyov.
Şabanın getməyini eşidib, sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev.

2. t-siz. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək. Köynək yuyulandan sonra xeyli yığılıbdır.
3. məch. Toplanılmaq, dərilmək. Məhsul yığıldı. Pambıq yığılmağa başlanıbdır. – Oktyabr ayının ortaları idi.
Kənddə üzüm qızğın yığılırdı. Ə.Vəliyev.
Şah yedi, doydu, süfrə yığıldı. M.F.Axundzadə.

4. məch. Yığışdırılmaq, ortadan götürülmək; bitmək, qurtarmaq.
Ağarmışdı başı uca dağların; Yığılmış dəsgahı güllü bağların. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIĞILMAQ yığılmaq bax yığışmaq 1
  • YIĞILMAQ büzülmək — sıxılmaq
  • YIĞILMAQ bitmək — qurtarmaq
  • YIĞILMAQ toplanmaq — dərilmək
  • YIĞILMAQ gödəlmək — qısalmaq
  • YIĞILMAQ cəmləşmək — toplaşmaq
YIĞILMA
YIĞIM

Digər lüğətlərdə

башки́рец на мази́ нескладно́й осма́нец провинциа́льность себялю́бец что́ ты ...уго́льный абрази́в впра́во от контролёрский Beelzebub boarding party Desdemona geophagy hijinks ichthyic parka pilot revisit ritornel shallow-brained through ли распутница